Təşəkkür deyərək Fidan yerində sevincindən atılıb düşür, atasının onun düşündüklərini təsdiqləməyini gözləyirdi.— Nədir? — deyə
Zərif Kölgələr
Yazmaq sevinci – Rey Bredberi
Yazmaq sevinci Şövq. Ehtiras. Bu sözləri nə qədər az eşidirik artıq. Həm həyatda, həm də
Borc – Fatimə Əlihüseyn (hekayə)
Borc… Yox,mən əlimi qaşığa uzadıb,yemək yeyə bilmərəm…Uşaqlarım qaranlıq,soyuq evdə ac qalıblar, mən burada kabab, aş
Ənvər Nəzərlinin qəzəlləri
*** Günümü qarə edən zalım, üzün ağ olsun,Qoydun ağlar məni, keyfin-damağın çağ olsun. Bir zaman
Balaca müəllimə – Rafiq Yusifoğlunun şeirləri
QLOBUS – Atacan, bu qarpızdır?– Yox, qızım, qlobusdur.Bir bax, dənizlər, çaylar…Qlobusun üstündəDünyamızın şəkli var.– Şəkli
Payız bir az ayrılıq qoxuyur – Anar Gülümsoy
payız bir az ayrılıq, bir az hicran qoxuyur, payızda soyuqlayır ürəklər də azacıq,köçüb gedən durnalar
Gülümsə, qadın – Ülkər Nicatlının şeirləri
Yuxusu üşüyən körpə Yurd uğrunda şəhid olub atasıBu körpənin yuxusuna qar yağır.Açılmayan dili üstə, ilahi,”
Hüseyn Cavid şeirləri
QADIN Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkənYaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.O bir mələk… onu təqdis edər böyük yaradan.O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,Onun ayaqları altındadır fəqət cənnət:Qadın gülərsə şu issız mühitimiz güləcək,Sürüklənən bəşəriyyət qadınla yüksələcək. GET Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!Duydum artıq sənin eşqindəki məna nə imiş!.Bivəfasən, mələk olsan belə uymam daha, get!Kim ki uymuş sana, könlüm kibi divanə imiş.Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!Anladıq şəfqəti-ayini-məsiha nə imiş!Səni bir sadədil, azadə mələk sanmış idim,Neyləyim! Ah, könül ruhuna biganə imiş.Səni təqsir edərək bir daha sevməm əsla,Nə imiş sanki bu eşq?!Aşiqi-şeyda nə imiş.Aləmi-zevqi-səfadan bana bəhs etmə,saqınBildik artıq bu cahan mülkü nə viranə imiş *** Olubdu qəlbimə hakim mənim məlali-vətən,Başımda şur ilə məskən salıb xəyali-vətən.Vətən, vətən deyərək hər diyarə səs salıram,Düşərmi bircə dilimdəm mənim məqali-vətən?Vətən məhəbbətini əmr edibdi peyğəmbər,Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən…Neçün şərafətini, fəxrini verib əldən,Bu qədər yurduna biganədir ricali-vətən?Ürək dolubdu nədən, sanki qan piyaləsidir,Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,Əminəm, heç də silinməz bu ibtizali-vətən.Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,Səlamımı eşidə bəlkə növnəhali-vətən.Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.Əgər sual edələr – Cavidin xəyalı nədir?Deyin həqiqəti, ancaq olub maali-vətən. *** Gəldin də, niçin pəmbə buludlar kimi axdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?Sərpildi alev ruhuma süzgün baxışından,Sarsıldı da həp bənliyim, ey afəti-devran.Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Hüznlü demokratiya – Anar Adil (şeirlər)
Hüznlü demokratiya Səni ovcunun içində saxlaya bilməyən adam darıxır barmaqların bu tayında.Küləyin havasına oynayır həyətdəki
Sıxıntı – Ceylan Mumoğlu (hekayə)
SIXINTI İşdən çıxan kimi ətrafına baxmadan evə tələsirdi. Elə tələsirdi ki, az qalırdı yüyürərək evinə