.....

.....

Sevil Ülvinin şeirləri

*** Bu səssiz gecəni bağrıma basıb, Onu balam kimi oxşaya bilsəm.Yığıb ulduzları göyün üzündən,Gecəyə bir nənni düzəldə bilsəm. Yığıb ürəyimdən dərdi-sərimi,Asmışam gecənin səssizliyindən.Hər gecə mənimlə dərdləşsin deyə,Gecəyə can verdim mən iliyimdən. Qaranlıq gecənin səssizliyində,İnsanın ruhu da özünə yaddır.Gecə səssizlikdə boğulan adam,Səhər görürsən ki, sağ salamatdır. *** Divardan asdığım şəklin,İndi bilmirəm hardadır.Elə bilmə unutmuşam,Xatirələr yadımdadır. Evi də dəyişdim, çünkiHər şey qalmışdı yarıda.Bütün əşyalar yenidir,Hətta döydüyün qapı da. Ən gözəl şeirlərimi,Sənin eşqinə yazmışdım.Görüşümüzün ilk günü,Sizin küçədə azmışdım. Bir gün sən də az küçəni,Qapımı döy qonaq kimi.Yarımçıq qalıb sevgimiz,İçilməmiş şərab kimi. Bizi sevgili bilsinlər, Davam etdirək oyunu.Qapını açıq qoyacam,Gəl, gözləyəcəm yolunu. Hərdən məni Allah da,Heç yadına salmasın.Pəncərənə çörək qoy,Sərçələr ac qalmasın. Daha yadıma düşmür,Hər şeyə ağlamağım. Əvvəllər utananda, Qızarardı yanağım. Həsrətlə gözləyərdim,Nənəmgilin yolunu.Kimin hələ yadındaYeddi şüşə oyunu? Qatarlar aparardı,Adamları kəndinə.Uçan boşqablar çıxdı,Qatarların yerinə.

Daha Çox

Dədəm – İlham Qəhrəman (hekayə)

Uşaq yaddaşı daşa həkk olunmuş yazı kimidir.Məhəmməd peyğəmbər (s.a.v.) – Burdan bir atlı keçmədi?– Keçdi.          – Çaparağıdı, yorğaraq?– Çaparaq (və ya yorğaraq).– Çapsaq, çatarıq?– Həəə.– Dəh-dəh-dəh-dəh-dəəhhh! Bu sual-cavabdan ibarət qısa dialoq dədəmlə bağlı xatirələrimin əvvəlincisidi. Yadımdadı, Sus kəndinin Aşağı bağdakı çəmənliyində arxası üstdə uzanıb məniqarnına mindirirdi. Atlı haqqında soraqlaşmanın həm sualını, həm də mən əvəzcavabını deyib tamamlayandan sonra “dəh-dəh” deyib at çapışı qarnında məni atıb-tuturdu. Ardınca əlləri və dizləri üstdə at şəkli alıb  məni belində gəzdirirdi. Papağının dimdiyini geri hərləyib “höl-höl” deyə-deyə mənimlə qoç kimihölləşirdi. Balaca vaxtı nənəm mənə Bozu deyirdi, dədəm Dədəbalası çağırırdı. Yaxşı işimi görəndə ağızdolusu “dədəbalası” deyirdi, işim xoşuna gəlməyəndəAğəmmədlərə – Qızılcada nənəmin mənsub olduğu tirə – çəkdiyimi deyirdi. Nənəmnadir hallarda adını çəkərdi, eləcə ortalığa danışardı. Adını çəkməsə də, dinləyənlər bilirdi ki, dədəmdən söhbət gedir. Nənəm hərdən dədəmə özünəməxsusad qoyub bizimlə məzələnirdi. Aralıdan gələn dədəmi uşaqlardan birinə göstəribdeyirdi: – Dədikun gəlir. Dədəmin dədəsinin adı Nemət olub. Nemət babam Sus kəndində və ətrafda ən varlıadam olub. Kollektivləşmədə babamın 300 qoyunu çobanı və itiylə kolxoza alınır. Bu haqda kolxozun qaytanlı kitabında mal-dövləti kolxoza alınmış şəxs kimi (Sus, Qızılca, Zabux) bircə babamın adı varıdı. Babam səxavətli kişi olub. Kəndin xeyir-şəri üçün həmişə sürüsündən heyvan ayırarmış. Dədəm danışırdı ki, qonşu ermənikəndi Xənəzəyə getmişdim. Ata nal-mıx almaq üçün dəmirçi dükanına girdim. Dəmirçi erməni Susdan olduğumu biləndə atamı soruşdu. Dedim, Nemətinoğluyam. Bunu deyəndə erməni yuxalıb ağladı. Dədəmi maraq bürüyür. Ermənideyir ki, aclıq illərində getdim Susda Nemətin qapısına. Uşaqların ac olduğunudeyən kimi, 2 öküzə buğda yüklətdirdi, yanıma da 2 adam qoşub dedi, bu adamıaparın çaydan (Zabux çayı) adladın, getsin evinə. Bir dəfə də yay vaxtı uzun boylu, buxara papaqlı, əlində çəlik şərq ziyalısı görkəmində bir adam gəldi çıxdı alma bağında olduğumuz dəfə. Dədəmlə çox mehriban görüşdü. Özünü isnad verəndəməlum oldu ki, kişi Laçının Alıqulu kəndindəndir, şəhərdə (Laçında) yaşayırlar. Adı Seyid Abbasdır. Nemət babamla dost olublar. Babamın xeyirxahlığıyla bağlıxatirələrini danışdı. Abbas kişi Alıquluya qaçqın gəldiklərini, babamın onlaraheyvan damazlığı verdiyini, darda hamıya əl tutan olduğunu dedi. Sonradan bukişinin din adamı,

Daha Çox

1 90 91 92 93 94 143