Qardaş Qazaxıstanın gənc və tanınmış şairlərindən olan Dəuletkerey Kəpoğlunun Azərbaycanda şeirlər kitabı İbrahim İlyasllının və Rəsmiyyə Sabirin tərcüməsində çap olundu.
Dəuletkerey Kəpoğlu
***
Müjdə istəyirəm!
Bu gün
ağcaqayın ağacı
çiçəklədi budaq-budaq;
Elə bil Aya da işıq yolladı.
Lakin cövlan edən quzey küləyi
yavaş-yavaş
bu növcavan ağacın “əlləri”ni
göyüzünə qaldırdı.
Bizim aprel ayının,
bizim çiçək ayının
hər bir gözəlliyinə
dördgözlə baxdığım vaxt
külək titrədir ruhumu…
Burda ağcaqayın çiçəklədi,
lakin mən
Altayda qoyub gəldiyim
yalqız ardıc ağacıyçün darıxdım…
İSTANBUL
Mərmərə qıyısı, günəşli bir gün.
Aşığın nəğməsi – həsrət və kədər…
Kəsmə nəğməni, dostum, kəsmə!
Həsrətin sonunda solmuşam mən də…
İstanbul…
Aylı gecələrin sehrli şəhəri!
O heç kimə fikir verməyir sanki…
Tərk etdiyim yerlər ağlıma gəlir. –
Heç çıxmır ki yadımdan
yosun qoxulu göllər,
hətta qurbağa səsi…
“Topqapı” sarayı – bir böyük dövlət,
Bəyazidin dövrü – yüksəlişə əlamət!
Bir köküm də Gültəkin,
Bəs haradayıq biz indi?..
Müəzzini yatıb qalan minarə…
Dənizdə döyünən Günəş – anadır…
Osmanlının tarixdəki varlığı
Tanrının türklərə hədiyyəsidir…
…Otükən ovalıq Altaylardadır,
Ükökün yaylası Altaylardadır.
Gültəkinin yaratdığı xaqanlıq,
Göytürkün bayrağı Altaylardadır.
Xaqandan sultana dönən
İlk nəğmə Altayda başladı.
Mənim başım göylərdədir,
Ruhum dəmirdən pərdədir.
Amma birdən qopdu tufan,
Bürüdü dördyanı qapqara duman.
Görməz oldu göz-gözü.
Keçdik Altaydan, keçdik,
ayrıldıq Ükökdən də.
…Baxıram dənizə bu düşüncəylə,
Qasıb-qovurdu ortalığı qara külək.
İstanbul da yorğun düşüncəm oldu…
Sonra nağıllar susdu,
hikmətlər də qeyb oldu…
Çevirən: Rəsmiyyə SABİR