.....

.....

Sahibə Yusifin  “BU DÜNYANI NAĞIL BİLƏK” adlı şeirlər kitabı çap olunub

Sahibə Yusifin “BU DÜNYANI NAĞIL BİLƏK” adlı şeirlər kitabı çap olunub

Öz dünyasından söz dünyasına
Şair Sahibə Yusif yaradıcılığına baxış


Son zamanlar ədəbi aləmdə, sosial şəbəkələrdə şeirləri ilə tanınan və sevilən şairlərdən biridir Sahibə Yusif. Onun şeir aləmi çox fərqlidir. Bu fərq onun qeyri-adi poetik dilidir, poetik baxışıdır. Və bu baxışlar təkcə qələmin deyil, fırçanın dili ilə ilə də danışır. Sözün əlindən tutub onu rəngləmək, ona can vermək, onu danışdırmaqla nazın çəkmək hər şairə məxsus olmur. Bu məxsusluq özü bir istedaddır, xoşbəxtlikdir. Məhz Sahibə xanım bu xoşbəxtliyi sözün gözəlliyində, şeir dünyasında tapmaqla onu yaşatmağı və qorumağı bacarıb. Yazdığı hər misrada söz dünyasının sehrini görürük, yeniliyi görürük. Bu yenilikdə daxili aləmimizin səsini, hər gün müşahidə etdiyimiz və bəlkə qəbul edə bilmədiyimiz ağrıların səsini eşdirik:
Zaman qəh-qəhə çəkir, Əlində piyaləsi.
Zaman və onun poetik baxışı şeirin dilində bir rəsm əsərini xatırladır. Sözün rəsmini çəkən müəllif zaman və onun çəkdiyi ağrıları gülüşlə əvəzləyir. Bu da təbiidi. Zamanın çəkdiyi qəh- qəhə şairin çəkdiyi ağrılardı, qəbul edə bilmədiyi haqsızlıqlardı. Bu ağrıları zamanla birgə elə biz də gülə-gülə çəkməyi bacarmışıq, daha doğrusu məcbur olmuşuq. Bu baxımdan Sahibə xanım illərlə qurduğu xəyallarından, tam ola bilməyən arzularından yoruluraraq:
Xəyal qurub çox yoruldum açığı, Xoşbəxtliyin gəldi məndən acığı…- deyir.
Əslində Sahibə xanımın özüylə bərabər böyüyən sözdünyasında çəkdiyi dərd-qəm vətən ağrılarının yüküdür. O da zərif çiyinlərində bu yükü zaman-zaman çəkməyə məcbur olub. Və şeir-şeir, söz-söz qəlbinin səsini dilə gətirərək kağızın, qləmin yaddaşına köçürüb. O, başqa bir dünyadan bu söz dünyasına baxıb gülümsünməklə və köks ötürməklə çox şeyi demək istəyir. Nədir bunlar. Təbii ki, əvvəl dediyim kimi min illərdi vətənimizin başına gətirilən müsibətlər, qanlı taiximiz, yaşadığımız faciələr. Bütün bunlar onun şair qəlbini göynədir:
Özgə qapılardan baxıb dünyama, Yorğun baxışlarla gülümsünürəm. Bu qərib şəhərdə keçən hər ana, Neçə kaşkilərlə köks ötürürəm.
yaxud:
İçindəki göynərtini poetik dillə ifadə etmək və onu oxucuya çatdırmaq bacarığı şair qəlbinin üsyankar səsi, haqqın sədasıdır. Məhz Sahibə xanım bu baxımdan vətən üçün, xalq üçün fəda etdiyi şair ömrünü misra-misra dilə gətirib. “Ömrüm ətəyimlə yerlə sürünür” ifadəsi olduqca mükəmməl və qəlbəyatımlıdır.
Əsl vətəndaş xalqını sevən, mənsub olduğu cəmiyyətin yolunda canını qutban verənlərdir. Şairlər bu qəbildəndir. Onların yaşadığı ömür təkcə özləri üçün deyil, bu vətən üçün, gələcək nəsil üçün qoyduğu unudulmaz xatirələrdir. Ölə-ölə yazmıram, yaza-yaza ölürəm- deyən böyük şairimiz M.Araz da yaza-yaza Vətən dərsini, Vətən sevgisini sözüylə, düşüncəsiylə xalqına ərmağan etdi. Bu baxımdan Sahibə xanım payız dərdini sözlə nəzmə çəkir:
Bu payız bənzəmir heç bir payıza, Buludu gözümün yaşından içir.
Sözün, fikrin böyüklüyünə diqqət edin. Bu payız o payızdı ki, 44 günlük müharibəmiz də, bir günlük antitürror savaşımız da elə payız fəslində başladı. Və böyük bir qələbə ilə torpaqlarımızı işğaldan azad edən igidlərimiz bir daha sübut edti ki, biz olan yerdə Vətən basılmaz. Bu yolda şəhid olan oğullarımız, qazilərimiz özləri boyda vətən oldullar. Şair poetizmin gücüylə lirizmin “lirik mən”ini iki misrada o qədər gözəl ehtiva edir ki, bir anlıq Şəhid anaların bulud kimi dolan gözləri insanın göz önündə canlanır. Bu, şairin sözlə çəkdiyi ən böyük rəsm əsəridir, desəm yanılmıram.
Və nankor qonşularımıza, mənfur düşmənlərə qarşı içindəki gizlədə bilmədiyi kini şair hayqırtı ilə dilə gətirir:
Siz harda bəslədiniz bu qədər xalqa kini, Bir bu qədər çaqqalı, bir bu qədər tülkünü, Bağışlayın yaltaqlar amma mən sizin kimi, Xoşbəxt ola bilmirəm…
Xoşbəxtliyini vətəninin azadlığınıda, haqqın-ədalətin mizanında, xalqın birliyində axtaran müəllifin iç dünyasındakı bu fəryadı duymaq o qədər də çətin deyil. Bu illərin yığını, bu gördüklərinin bəşəri bir bəlasıdır. Daima əzilən, sınan, parçalanan xalqın əsl şairi belə də olmalıdır. Bu, onun haqq səsi, ədalətinin qələbəsidir ki, bu gün o qələbəni əldə etmişik!
Sahibə xanım vətənə olan sədaqətini, məhəbbətini şəxsi həyatında da daima qoruyub və əzizləyib. Onun vətən sevgisi qədər əzizdir insani sevgisi. O, gözəl anandır, gözəl qadın və həyat yoldaşıdır. Bütün bu dəyərləri özündə əks etdirməyi bacaran şair bir qadın olara daim seviləcək, onu sevənlərin qəlbində özabidəsini quracaqdır. Çünki, şeirlərinin hər misrasında sevginin aliliyini, mənəviyyat elminin daşıyıcısı kimi insanlıq elminin zirvəsini quran Sahibə xanım həyatda necə var, şeirlərində də özüdür. Şəxsiyyəti ilə yaradıcılığı eynilik daşıyan şairin ən böyük şanı-şöhrətidir bu qazanc. Şeirinə nəzər salaq:
Mənə yüksəkdən baxma! Səni yaxşı görmürəm. Gözlərim bulanıqdır, Düş, otur ürəyimdə, Qəlbim sənə qayıqdır.
Poeziyanın diliylə mənəvi aləminin dili o qədər doğmadır ki, bu doğmalıqda hər şey apaydın görünür. Olduqca sadə, zərif, incə duyğuların sahibi olan Sahibə xanım sevgisinin ucalığını qəlbinin yaddaşında yaşatmaqla bərabər, ömür yoluna nur kimi ələməyi də bacarır. Bu nurdan zövq alıb boy atan misralar oxucu qəlbini də nura boyayır. Bu, şair ömrünün qələbəsidir…
Sevgisinin uğrunda döyüşkən ruhuyla çırpınan, vətən andını sevgi andıyla bir yaşadan Sahibə Yusif səadətini, xoşbəxtliyini bir qadın qüruru ilə, bir qadın abır-həyası ilə yaşatmaqla taleyinin, bəxtinin yaşıl işığına üzünü tutub gedir. Bu yol o qədər uzun və şərəflidir ki, onu qət etmək o qədər çətin deyil. Həyatın hər çətinliyinə tab gətirən və ürəyində əbədiyyətə çevirdiyi xoşbəxtlik yuvasının qoruyan şair sözün zirvəsidə parıldayan ulduza bənzəyir sanki onun saflığıdan, gözəlliyindən, doğru və dürüstülüyündən güc alaraq yazır:
Ayaqlama səadəti,
İzin ürəyimə batır. Bəlkə elə xoşbəxtliyin Mənim ürəyimdə yatır.Çağdaş Azərbaycan ədəbiyyatında güclü yazan gənclər var. Onlar hər an seçilir və oxunur. Onlardan biri də Sahibə Yusifdi. Hansı janrda yazırsan yaz, yetər ki, ədəbiyyat olsun. Yetər ki, səni oxuyan oxucu kitabı yerə yox, ürəyinin başına qoysun. Səni qəlbində, ruhunda yaşada bilsin. Səni oxuduqca ilhamına əhsən deyə bilsin. Bu baxımdan Sahibə Yusif şanslı şairdi. İnanıram ki, onun “Nağıl bilək bu dünyanı” kitabı hər kəsin masaüstü kitabı olacaq. Nağılların sonunda üç alma düşdüyü kimi, həyatı da, dünyanı da təmiz qəlblə yaşayıb ömür sürən kəslər o cənnət almasını mütləq dadacaq. Məhz şair bunu demə istəyir. Gözəl düşünün ki, həyatı gözəl görəsiniz:
Nağıl tək düşünək bu dünyanı biz, Tez-tez əfsanələr gətirək dilə. Tutaq qəlbimizi təmizdən, təmiz, Verməyək ömürü tufana, yelə.
Sahibə Yusif təbli şairdir. Onun dili çox rahat, fikirləri rəvan, şeir gücü məhsuldardır. Qələminin aldığı güc, mənəviyyatının təmizliyi, insanlığının şərafətidir. Sənə bu yolda uca və əvəzolunmaz uğurlar arzu edirəm, əzizim. Yolun işıqlı, uğurlu olsun!

Nəcibə İlkin