.....

.....

Mənim erməni oğlum  – Akşin Xəyal (roman, 1-ci hissə)

Mənim erməni oğlum – Akşin Xəyal (roman, 1-ci hissə)

Mənim erməni oğlum

Bu gün onunla bir daha görüşdük. Məktəbimizinarxasında − heç kimin görə bilməyəcəyi bir yerdə. Yenəhər zamanki kimi bir-birimizə gələcək planlarımızdan,xəyallarımızdan, arzularımızdan danışdıq. Gələn il hərikimiz orta məktəbi bitirib sənədlərimizi ali məktəbə vermək fikrindəydik. Mən ədəbiyyatçı, o isə inşaat mühəndisi olmaq istəyirdi. Ali məktəbi bitirəndən sonra ikimiz də Xocalıya qayıdıb işimizi, karyeramızı elə doğma
şəhərimizdə qurmaq fikrindəydik.
Sadiq mənimlə paralel sinifdə oxuyurdu. İki ildir ki, hər gün səhər dərsə gedəndə də, dərsdən qayıdanda da məni addım-addım izləyirdi, amma cəsarət eləyib yaxınla-
şıb sözünü deyə bilmirdi. Düzünü desəm, mən də ona qarşı biganə deyildim. Bir gün arxamca gəlməyəndə narahat qalırdım. Gözlərim şəhərin küçələrində, məktəbdə, məktəbin həyətində − bir sözlə, hər yerdə onu axtarırdı.

Nəhayət ki, keçən ay özündə güc tapıb yaxınlaşdı. Utana-utana sevgisini etiraf elədi. Mən də çox utanmışdım, amma cavab olaraq sadəcə gülümsəyib yoluma davam etdim. Həmin gündən etibarən hər fürsətdə görüşür, məktublaşırdıq.
Hər bir görüşümüz kimi bu görüşümüz də öz xüsusiliyi ilə yadda qalan oldu. Soyuqdan donmuş əllərimi ovuclarına alaraq öpüb nəfəsiylə qızdırmışdı. İlk dəfə idi
ki, əlimdən tuturdu. İlk dəfə idi ki, onun isti nəfəsini əllərimdə hiss edirdim. Nəfəsinin istisi barmaqlarımın ucundan sankibütün bədənimə yayılaraq xoş bir istilik vermişdi vücuduma. Həmin an bir daha onu nə qədər çox sevdiyimi anlamışdım.

Bugünkü görüşümüzlə bağlı düşüncələrimi, fikirlərimi hər gün yazdığım gündəliyimə həkk elədim. Altında tarixi qeyd etdim: 25 fevral 1992-ci il. Unudulmaz bir gün olduğu üçün tarixin altından qırmızı qələmlə xətt çəkdim. Gündəliyi bağlamışdım ki otağımın qapısı açıldı və qapının arasından balaca qardaşım Həmidin başı göründü:
− Gəl görüm, bacısının ürəyi, deyib qollarımı açdım.

Həmid hırıldıyaraq qucağıma qaçdı. Həmidin yeddi yaşı var. Birinci sinfə gedir. Evdə elə iki uşağıq. Mən və mənim ürəyimin bir parçası Həmid. Çox dəcəl uşaqdı.
Hərdən dəcəlliyinə əsəbləşsəm də, hirsim tez soyuyur, onu bağrıma basıb toppuş yanaqlarını öpüb dişləyirəm. Gülərkən mırıq dişləri onu daha da şirin göstərir. Qucaqlayıb yanaqlarından öpdüm, saçlarını əlimlə qarışdırıb:
− Nə istəyir mənim ürəyim? − deyə soruşdum.
Yenə mırıq dişləri ilə gülümsəyərək:
− Ana deyir gəlsin yemək yesin, − dedi.
Anam kartof qızartmışdı və mənim sevdiyim üçün xiyar şorabası da açmışdı. Belə soyuq, şaxtalı havalarda kartof qızartması ilə xiyar şorabası ən sevdiyim yemək olur. Hər üçümüz: anam, mən və Həmid süfrəyə oturduq. Bir atam çatmırdı. Atamı bir neçə gün idi ki, görmürdük.
Şəhər ermənilər tərəfindən mühasirədə olduğundan atam da digərləri kimi şəhərin kənarında qurulmuş müdafiə barikadasındakı müdafiə dəstəsində keşik çəkirdi. Atamla anam bir-birilərini sevib evlənmişdilər. Bir-birlərinə uzaqdan qohum idilər. Elə atam da anamı bir qonaqlıqda görüb bəyənmişdi. Həmişə onların sevgisinə həsəd aparmışam. Arada düşünürəm ki, görəsən, Sadiq də məni atamın anamı sevdiyi qədər sevirmi? Atam hüdürboylu, idmançı cüssəli biridir. Yaşının qırxdan keçməsinə baxmayaraq, çox güclü, cəld və çevikdi. Anam isə yaşına görə çox arıqdır. İncə beli, uzun saçları ilə həmişə hamıdan seçilib. Hətta deyərdim ki, anam şəhərdə ən gözəl qadındır.
Təzəcə yeməyə başlamışdıq ki, atışma başladı. Şəhər bombardman olunurdu. Anam ikimizi də otağın bir küncünə sıxıb quş qanadlarını açıb balalarını təhlükədən qoruyan kimi əllərini açaraq hər ikimizi bərk-bərk qucaqladı. Həmid qorxudan ağlamağa başladı. Düzü mən də qorxudan tir-tir əsirdim, amma uşaq qorxmasın deyə təmkinli davranaraq ona ürək-dirək verirdim. Yarım saata qədər bu vəziyyətdə qaldıq. Qapımız bərk-bərk döyülməyə başladı. Qorxudan üçümüz də bir-birimizə qısıldıq. Qapı getdikcə daha da bərk döyülürdü. Həmid də qorxusundan ağlamağını kəsib, bərəlmiş gözləriylə gah mənə, gah da anama baxırdı.
− Cəmilə, ay Cəmilə, aç qapını mənəm. Əmimin səsi idi. Əmim də atamla bərabər şəhər kənarında keşik çəkirdi. O yaşca atamdan balaca idi. Övladı olmadığı üçün yoldaşı ayrılıb getmişdi. Əmim də meylini bizə salmış, bizə öz övladı kimi baxır, hər nazımızla oynayırdı.

Anam cəld yerindən sıçrayaraq qapını açdı. Əmim yarı hərbi, yarı mülkü geyimdə içəri daxil oldu. Bizə təcili geyinməyimizi tapşırdı. Dediyinə görə, ermənilər tanklarla və digər hərbi texnikalarla artıq şəhərə daxil olurlar. Ona görə də bizi təhlükəsiz bir yerə aparmalıdır, evdə qalmaq qorxuludur. Səsindəki qorxu və həyəcandan vəziyyətin nə qədər ciddi olduğunu anladıq. Tez-tələsik əlimizə nə keçdiəynimizə keçirib evdən çıxdıq. Əmim Həmidi qu-
cağına alıb iti addımlarla getməyə başladı. Biz isə onun dalınca qaçırdıq. Hava bərk şaxtalı idi. Neçə gündən bəri yağmış qar şaxtanın gücündən yerdə buzlaşmışdı deyə bir
neçə dəfə yıxıldım. Atılan mərmi və bombalar göy üzünü sarımtıl rəngə boyayırdı. Yaxın ətrafımızda partlayan bom- baların işığı buzlaşmış qarın üstündə əks olunaraq gözümüzə düşür, yeyin yeriməyimizi əngəlləyirdi. Ətrafda insanlar, bəlkə də, özləri də bilmədikləri istiqamətlərə qaçışırdı. Qışqır-bağır, ah-nalə, uşaq ağlamaqları atılan bombaların səsinə qarışaraq soyuq, şaxtalı gecənin sakitliyini pozurdu.

Hara getdiyimizi dəqiq bilməsəm də, aeroport isti- qamətində getdiyimizi bilirdim. Və nəhayət, əmim beşmərtəbəli bir binanın qarşısında dayanıb, qucağında bərk-bərk sinəsinə sıxdığı Həmidin saçından öpərək: “Çatdıq” deyib, binanın zirzəmisinə endi, biz də onun ardınca.

Yarıqaranlıq, çox da böyük olmayan zirzəmidə əksəriyyəti uşaq və qadınlardan ibarət olan yüzə yaxın adam vardı. Biz də zirzəminin qaranlq bir küncünə qısılaraq oturduq. Əmim əynindəki gödəkçəsini çıxarıb Həmidi ona bükdü. Özü isə avtomatının darağını güllə olub-olmadığını dəqiqləşdirmək üçün yoxlayıb zirzəminin qapısında keşik çəkməyə başladı.
Gecə saat iki idi. Əmim tank, avtomat səslərinə çölə çıxdı və hövnlak içəri qayıdaraq:
− Qalxın, ermənilər şəhərə giriblər. Bura artıq təhlükəsiz deyil, bir azdan bura da soxularlar. Bir çıxış yolumuz qalıb, meşə yolu ilə Ağdama keçmək, – dedi.

İçəridə çaxnaşma düşdü. Hamı yerindən qalxaraq qapıya tərəf yüyürürdü. Əmim avtomatını çiyninə salaraq Həmidi qucağına aldı. Biz də onunla bərabər zirzəmini tərk edərək meşəyə tərəf qaçmağa başladıq. Şəhərin içindən erməni tanklarının “nərilti”si gəlirdi. Şəhəri demək olar ki,tam yandırmışdılar, alov ərşə qalxaraq göy üzünü qırmızı rəngə boyamışdı.

Dizdən qar təpəyə çıxmağımıza maneçilik törədirdi. Çox əzab əziyyətdən sonra nəhayət ki, təpəyə dırmaşa bildik. Son dəfə çönüb şəhərə baxdım. Anadan olduğum, uşaqlığımın keçdiyi, gələcəyinə xoşbəxt xəyallar qurduğum şəhər indi alovlar içində yanırdı. Təpəni aşaraq meşəyə daxil olduq. Əmimin dediyinə görə meşənin sonunda bir erməni postu var. Əgər o postu sakitcə, nəzərə çarpmadan keçə bilsək, Ağdama keçmiş olarıq. Elə əmimin dediyi kimi də meşənin sonunda çox dauzaqda olmayan bir işıq göründü. Əmim dedi ki, oradır erməni postu və burda çalışmalıyıq ki, səs salmadan gedək. Elə əmim sözünü yeni bitirmişdi ki, postdan bizi atəşə tutmağa başladılar. Camaat qışqırışaraq üzü Ağdam istiqamətində qaçmağa başladı. Əmim Həmidi anamın qucağına verib, posta tərəf atəş açaraq bizi qorumağa çalışırdı. Onu da deyim ki, dəstədə tək silahı olan da elə əmim idi. Qaçdıqcasağımda, solumda yıxılan adamları görüb dəhşətə gəlirdim. Hər an bizə də güllə
dəyə bilərdi. Bir az irəliləmişdik ki, qarşı tərəfdən də atəşə tutulduq. Demək, mühasirədəydik. Daha qaçmağın da bir əhəmiyyəti yox idi. Hamı başını tutaraq yerə − qarın üstünə uzandı. Əmim bir ağacın arxasınakeçərək qarşı tərəfə atəş açmağa başladı. Ancaq onun müqavimət göstərməsi də cəmi bir neçə dəqiqə çəkdi. Gülləsi qurtardı. Üzü bizə tərəf ayaqlarını uzadaraq arxasını ağacasöykəyib oturdu. Şalvarının cibindən bir güllə çıxarıb avtomatının darağına taxdı. Avtomatın qundağını yerə, lüləsini isə boğazının altına dirəyib dolmuş gözləri ilə bizə baxaraq:
− Məni bağışlayın! – deyib tətiyi çəkdi.
Anam hönkürərək Həmidin başını sinəsinə sıxdı ki,uşaq bu mənzərəni görməsin. Qışqırıb yerimdən qalxdım. Əmimin meyitinə tərəf qaçmaq istəyirdim ki, meşəlikdən beş-altı erməni əsgəri çıxaraq bizi atəşə tutdu.
Yerə uzanmış camaat qalxaraq geriyə qaçmağa başladı. Lakin arxa tərəfdən də bir neçə əli avtomatlı erməni əsgəri çıxaraq atəş açmağa başladılar. Qarın üstü al qırmızı qan idi. Sanki buludlardan qar deyil, qan yağmışdı. Dəhşətli bir gecə idi. Tanrı da həmin gecə unutmuşdu Xocalını. Ah-nalə, körpələrin ağlaşması, yerdə ölümlə əlləşən yaralıların iniltisi ərşə qalxırdı.
Ermənilər atəşi dayandırıb bizə yaxınlaşdılar.
İçlərindən biri Azərbaycanca dizüstə oturaraq əllərimizi boynumuzun arxasında çarpazlamağı əmr etdi. Qadınların qucağındakı körpələri alaraq qarın üstünə düzdülər. Buna
etiraz edən qadınları avtomatın qundağı ilə vurub yıxır, kişiləri isə güllələyirdilər. Azərbaycan dilində danışan erməni əsgəri üzünü bizə tutub:

− Sizin nəsliniz kəsilməlidir. Gələcəkdə sizlərdən erməni nəsli yetişməlidir, – deyib qarın üstünə düzdükləri körpələri güllələdi. Körpələrinin analarının naləsi, bəlkə, başqa kəndlərdən də eşidilərdi. Tükürpədici bir mənzərə idi. Dəhşətli idi. Günahsız, məzlum körpələrin cansız
bədənləri analarının gözlərinin qarşısında təpiklənirdi. Sağ qalan kişiləri dəstədən ayıraraq əllərini arxadan bağlayıb hamısının cinsiyyət üzvlərini kəsdilər. Bu dəfə qadınların naləsi kişilərin əzablı nəriltisi qarışmışdı. Qışqırtılara Həmid tab gətirməyib anamın qucağında ağladı. Əsgər- lərdən biri anama yaxınlaşaraq rus dilində:

− Türk fahişəsi, bizdən uşaq gizlədirsən sən? – deyib anamın saçından tutub sürüdü.
Həmidi də anamdan alıb digər erməniyə verib anamı əmimin gödəkçəsinin üstünə uzadıb soyunduraraq zorlamağa başladı. Anam o şərəfsizin qollarında çırpınır, çıxmağa çalışırdı. Daha dözə bilmədim. Yerimdən atılaraq irəli cumdum. Həmin ermənini anamın üstündən qaldırmağa çalışırdım ki, əsgərlərdən biri saçımdan tutdu.

Saçımı əlinədolayıb saxladı. Gözümün qabağında anam dörd-beş nəfər tərəfindən növbəylə zorlanırdı. Saçım erməninin əlində olduğundan tərpənə bilmir, yalnız qışqıraraq ağlaya bilirdim. Həmid də mənə qoşulub ağlayırdı. Azərbaycan dilində danışan erməni cibindən bir
cərrah bıçağı çıxarıb anamın bir döşünü kəsməyə başladı. Anamın çığırtısı bir yana bıçağınanamın döşünü kəsəndə çıxan səsi, xırçıltını eşidəndə elə bil ürəyimə ox batırdı.
Nəfəsim daralır, ürəyim partlamamaq üçün mübarizə aparırdı. Erməni anamın döşünü kəsib Həmidin ağzına soxdu. Anamın inilti dolu qışqırtısı, Həmidin ağlayıb çırpınaraq erməninin əlindən çıxmaq istəməsi, mənim nəfəsim kəsilə-kəsilə “ana” deyə qışqırtılarım bir-birinə
qarışmışdı. Bir müddət sonra anam artıq nə inildəyir, nə də qışqırırdı. Anam ağrıdan, qan itirmədən huşunu itirmişdi, bəlkə də, artıq ölmüşdü.
Azərbaycan dilində danışan erməni (Samvel çağırırdılar onu) Həmidi digər ermənidən alaraq:
− Bu küçük böyüyüb bizə güllə atacaq, – deyərək uşağı soyundurdu və əlindəki cərrah bıçağıyla onun dərisini diri-diri soymağa başladı. Anamın döşünü kəsən bıçaq indi qardaşımın dərisini soyurdu. Uşağın ciyiltili qışqırığından hamı donub qalmışdı. Göz önündə əzab çəkirdi qardaşım. Diri-diri dərisini soyurdular. Heç uf da demədən, qəhqəhə çəkə-çəkə uşağı rahatlıqla soyurdular.

Artıq baxa bilmirdim, əllərimlə üzümü qapamışdım. Birdən yanımdakı erməni qollarımı tutub arxamda çarpazladı. Başqa bir erməni isə gözlərimi məcburən açdı. Qardaşımın necə soyulduğuna, bu qəddar, şərəfsiz işgəncəyə baxmağa məcbur etdi. Artıq dayana bilmirdim. Ürəyim tab gətirmirdi. Gözümün qabağı qaralırdı. Uşağın qışqırtısı sanki qulaqlarımın pərdəsini silkələyirdi.
Həmidin səsi kəsiləndə qan içində dərisi soyulmuş, qulaqları, burnu kəsilmiş halda ölmüşdü artıq. İçimizdə olan qocaları da sıraya düzərək güllələdilər. Ancaq qadın və qızlar qalmışdı. Bizi isə qabaqlarına qataraq yola çıxardılar. Yolda iki hərbi yük maşını dayanmışdı. Hamımızı bir maşının yük yerinə yığaraq bilmədiyimiz istiqamətə tərəf sürdülər.