HAYKULAR
Bir topa bulud
Axır üzü dənizə…
Qürub vaxtıdır.
***
Su şırıltısı…
Şıdırğı yağan yağış…
Və külək səsi…
***
Bir qərib axşam,
Bir pəncərə tənhalıq…
Darıxır adam.
***
Gələcək məchul,
Qacaq naməlum,
Gedəcək bəlli…
***
Sıxma ürəyini,
Sıxılma dörd divara…
Aç pəncərəni…
***
Bayır səs-küylü,
Adamlarla doludur küçə…
Susmuş kölgələr…
***
Unutdum mən də
Məni unudanları…
Doğru və yalan!
***
Salamla sağol
Arasında bir boşluq…
Süst düşmüş zaman…
***
Azmış fit səsi
Dolaşır küçə boyu…
Kimdir, nəçidir?!
***
Ayın haləsi
Solmuş nərgiz misalı…
Sabaha çox var.
***
Suda qərq olub
Bir gəminin kölgəsi…
Uyuyub dəniz.
***
Yaxınlar yaxın,
Uzaqlar çox uzaqmış.
Qaldıq arada…
SÜLEYMAN ABDULLA.