***
İlk Ana sözünü bizə yazdıran,
Ağappaq vərəqdən təmiz müəllim.
Əyri hərfləri düzə yazdıran ,
Şərəfli, izzətli əziz müəllim.
Müəllimi bənzədirəm mən suya,
Hər damlası həyat verir bəşərə.
Müəllim fərqlilik qatır dünyaya,
Elm verir ,savad verir bəşərə.
Bir quru səhrada müəllim olsa,
Səhraya can gələr çiçəklər açar.
Dərya ki, elimlə savadla dolsa,
O səhra hər zaman ətr nur saçar.
Elə müəllim də ,coşğun dənizdir,
Çox getmə dərinə batb qalarsan.
Çalış ki , hər şeyi vaxtinda öyrən,
Geciksən dəryada susuz qalarsan .
Qərib eldəyəm
Atadan , Anadan uzaq qalmışam
Soyuqda ,boranda ,qarda çöldəyəm.
Dostdan, sirdaşdan da qıraq qalmışam ,
Yaman darixiram ,qərib eldəyəm.
Alnımın təriylə daş yara-yara,
Ana duasıynan şirin dildəyəm.
Bir parça çörəkçün gəlmişəm bura,
Yaman darıxıram qərib eldəyəm.
Ayrılıq
Vədəsiz ,zamansız tərk etdi o yar,
Köməyə çatmadı nə dövlət nə var,
Dayan bircə anlıq,sənə sözüm var,
Sevdiyim insanı alan, ayrılıq.
Bulud kimi qaralıbdır ,dolubdur,
Həyatımı məhv eyləyən olubdur,
Sevdiyimi zalım məndən alıbdır,
Ömrümü məhv etdi yalan ayrılıq.
Həyatıma tez gəlmişdi, tez getdi,
Qoyub həyatımda dərin iz getdi,
Gülərək gəlmişdi, çox səssiz getdi,
Dağ çəkdi qəlbimə yaman ayrılıq.
Kasıb sevgisi
Sevgilər satılır baha qiymətə,
İnsanlar aldanır şana- şöhrətə,
Bir kasıb xoşbəxtlik istəsə, əgər,
Ehtiac duyulur vara ,dövlətə.
Pul heç zaman sevgiləri ayırmaz,
Quru sevgi ac qarını doyurmaz ,
Kasıbı sevgiyə dəvət eyləsən,
Girrişi pulludur deyib ,buyurmaz.
O qədər sevgilər yarımçıq qalır,
Varlı öz eşqini puluynan alır,
Kasıba sevgilin varmı, deyəndə?
Əlləri cibində gözləri dolur.