.....

.....

Sevinc Yunuslunun yeni şeiri

Sevinc Yunuslunun yeni şeiri

***

Həyatın bir anı ağ, bir anı qaranlıqdı
Hansı gülü qoxlasan bir az məni taparsan.
Bir də könlümü qırma, bir an çəkər getməyim-
Çox oduma güvənmə, soyuyaram yanarsan!

Göz yaşını mənim tək kim silə, kim anlaya?
Kim bu yolu mənim tək başlaya ya sonlaya.
Mənim nə günahım var, gətiribdi dünyaya-
O dünyada görüşsəz anamı danlayarsan..

Bilirsən, adı eşqdi göydə bütün dinlərin.
Bu eşq ki var ,bax bu eşq, bu eşq mində birlərin!
Bu eşq ilə bircə mən sahibiyəm yerlərin-
Səni mən yaradaram, Allahı da danarsan..