.....

.....

Vera Polozkovanın şeirləri

Vera Polozkovanın şeirləri

Vera Polozkova (Rusiya)
Tərcümə etdi: Cəvahir Tanrıverdi

MƏNİM ƏZİZ ANAM

Gəlib məqalə yazmağa
Budur mənim əziz anam.
İş başlayıb, mən qoynunda
Bükülmüşəm, yurd salmışam.

Öhdəsindən gəlsin gərək
Yüz iş, beş yüz bir sualın.
Mən özümlə götürmüşəm
Sarı topu, al qatarı.

O, əlbəttə, deyəcəkdir:
“Sürüş, düş, öz otağın var”.
Aydındır, burda lazımam,
Hər ailədə bir birlik var.

Lap yatmaq vaxtı gəlsə də,
Axşam düşsə də, getmirəm.
Bilirəm, çətindir ona,
Mən ki kömək etməliyəm.

Uğursuzluqdan, pislikdən
Qaçıb sevgiylə durmuşuq.
Qorxma, ana, səninləyik
Mən, qatarım, bir də topum.

27.04.2020

ALİMLƏR

-İlahi, bu qədər vaxt harda qaçırdınız siz?
-Həmkarlarla bir idik kosmos gəmisində biz.

-Bu nədir, qollarınız qap-qaradır, bəs niyə?
-Çünki alimlər kimi keçirirdik təcrübə.

-Cins paltarlar cırıqdır, hara dırmaşmışdınız?
-Çünki lazerdən idi bizim qılınclarımız.

-Arxa çantalarnızı ildırımmı vurubdur?
-Kiçik meteoritlə onlar doldurulubdur.

-Təkbarmaq əlcəklərlə nədir bəs bu zolaqlar?
-Təkbarmaq əlcəkləri parçalayıb atomlar.

-Sizdə heç insaf yoxdur, ah… mənə elə gəlir.
-Ana, çəkisizlikdə insaf ki lazım deyil.

-Alimlər, mən sizinlə, deyin, nə etməliyəm?
-Makaronlu salatla bizi yedirməlisən.

2020

DOLU

Dəmir qutuya
Yüz min səs-küylü
Ağ giləmeyvə
Yığılacaqdır.
Saç və ovucda
Dağılacaqdır.

Bax! Dolu! Dolu!
Yaramaz, zorba,
O nağaraçı
Anlayır bizi.
O əyləndirir,
İsladır bizi,
Köynəyimizi.

Meşə dəyişir,
Meşə rəqs edir.
Maşınlar isə
Uğultu verir.
Daşıyırıq biz
Üzərimizdə.
Mirvarilər tək
O doluların
Başlığı bizdə.