Adı Şərqin böyük sənətkarları ilə qoşa çəkilən, hətta Qərbdə də hörmətlə anılan, haqqında böyük ədəbiyyatşünasların ürəkdolusu danışdığı Hafiz Şirazi müharibələr və qalmaqalların hökm sürdüyü bir zamanda yaşayıb. Böyük Əmir Teymur 1387-ci ildə Şiraza hücum edir, Şiraz hakiminin gözlərini çıxartdırıb qalaya saldırır və elə bu zamanlarda dillərdə dastan olan o məşhur tarixi görüş baş tutur.
Hafizin belə bir beyti var:
اگر آن ترک شیرازی به دست آرد دل ما را
به خال هندویش بخشم سمرقند و بخارا را.
Əgər an torki-Şirazi be dəst arəd dele mara,
Be xale hinduyəş bəxşəm Səmərqəndo Buxara ra.
(Əgər o Şiraz türkü (gözəli) mənim qəlbimi ələ alsa,
Onun hindu (qara) xalına Səmərqənd ilə Buxaranı bağışlayaram!)
Teymur Hafizin bu beytini nəzərdə tutub ondan soruşur: “Dünyanın yarısını almışam ki, Səmərqəndi, Buxaranı abad edim.Sən kimsən ki, mənim ən gözəl şəhərlərimi bir gözəlin qara xalına bağışlayasan?”
Hafiz, deyilənə görə, köhnə libasını nişan verib deyir: “Hökmdar, mən səxavətli olduğum üçün elə bu gündəyəm”.
MənbələdəTeymurun onu həbs etdirməsi
haqqında qeydlər də qalmaqdadır. Başqa bir rəvayətə görə, Hafiz Teymurun qarşısında cavabsız qalmamış, həmin beytin misralarını dəyişərək cavab vermişdir, yəni “Səmərqənd” sözünü “se mən qəndu”(üç batman qənd)
“Buxara ra” sözünü isə “do xurma ra”(iki xurma) ilə əvəz edir və bu cavab Teymurun xoşuna gəlir.
Əslində bu rəvayətin gerçəkliyə söykənməsi, yoxsa uydurma olduğunu münahisə predmetinə çevirmək nəyisə dəyişmir,gerçək olan budur ki, bu hadisə haqqında ilk məlumatı Dövlətşah Səmərqəndi öz təzkirəsində qeydə alıb və bu sətirlərə şairlər biri-birindən maraqlı cavablar yazıblar.
Maraqlı cavablardan biri!
Sədi əgər Şirazın boz qumundan yarandı,
Saib doğdu Təbrizin müqəddəs
torpağından, -deyən və 230 mindən artıq misranın müəllifi kimi tanınan böyük Azərbaycan şairi Saib Təbrizi Hafizin məşhur beytinə cavab verir:
هر آن کس چیز می بخشد، ز جان خویش می بخشد
نه چون حافظ که می بخشد سمرقند و بخارا را
اگر آن ترک شیرازی به دست آرد دل ما را
به خال هندویش بخشم سر و دست و تن و پا را
Hər kəs nəyisə bağışlayır, Saib isə Səmərqəndi, Buxaranı bağışlamır. Türk şairi bilir ki, torpaq bağışlanmaz bir nemətdir. Əlbəttə, bu sözlərim Hafizi kölgədə qoymaq üçün deyil və sözümün qüdrəti buna çatmır, ancaq Azərbaycan şairi gözəlin hindu (qara) xalına torpağının bir parçasını deyil, ona məxsus olanı “sər, dəst, tən, pa” (başını, əlini, canını, ayağını)
bağışlaya bilir.
Sər baş deməkdir, xal da qara olur.
Qara başım qurban olsun, Çoban sənə, -deyimi yada düşür. Ya da evə məhkum olunmuş Leylini şama bənzədən Füzuli:
Başı qaralı, ayağı bağlı, – bənzətməsi ilə Leylinin üzündəki çarəsizliyin şəklini çəkə bilir.
Sözümüzün Şəhriyar zirvəsi də var!
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair paxıl olmaz,-deyən uıu Şəhriyar!
هر آن کس چیز می بخشد بسان مرد می بخشد
نه چون صائب که می بخشد سر و دست و تن و پا را
Mənəvi idealın zirvəsində dayanan Şəhriyar Saibdən bir addım irəli gedir və onun bu səxavəti ilə barışmır. Saib o gözəlliyə nədən başı, əli, canı, ayağı bağışlayır?
سر و دست و تن و پا را به خاک گور می بخشند
نه بر آن ترک شیرازی که برده جمله دل ها را
Baş da, əl də, ayaq da, bədən də zaman gəlincə qara torpağa dönür axı.
اگر آن ترک شیرازی به دست آرد دل ما را
به خال هندویش بخشم تمام روح و معنا را!!!
Əgər o Şiraz türkü mənim ürəyimi ələ alsa,
Onun qara xalına ruh və məna bağışlayaram! Satıla və alına bilməyən ruh!
Hafizin asanlıqla bağışlaya bildiyi və görə bilmədiyi torpaq RUH! Saibin qiymətli hesab etdiyi əl, göz, bədən və candan ucada dayanan RUH! Bir ovucun içi boyda dünyada bir ovuc su kimi axıb gedən zamanda açıb solar bütün gözəlliklər,bir anda unudulacaqdır bütün ünvanlar da, şəkli gözlərimizin bəbəklərindən silinən bütün nəsnələrə verdiyimiz MƏNAlar qalacaq!Ürəyimizdən su içib nifrətləri sevgilərə çevirən o Tanrı lütfü ilə süslənmiş RUH! O RUH elə o sevginin çiynimizdəki sığaldır! Qalsa,o gözəlliyə qatdığımız MƏNA qalar. Qalar bizim qalamdığımız dünyada!
Sayğılarımla!!!



