TƏBABƏTLƏ ƏDƏBİYYAT BİR ARAYA GƏLƏNDƏ…
Tәmәli nevrologiya hәkimi Ziqmund Freyd (1856-1939) tәrәfindәn qoyulmuş psixoanaliz әdәbiyyatşünaslığın deyil, psixologiya elminin nәzәriyyәlәrindәn biridir. Z.Freydin psixoanaliz sahәsindә apardığı tәdqiqatlar, irәli sürdüyü elmi müddәalar tibb elmi ilә yanaşı, әdәbiyyata da böyük dәyişdirici tәsir göstәrmişdir. Z.Freydin tәlimi sayәsindә şüurdanxaric (vә ya tәhtәlşüur) anlayışının strukturu vә xüsusiyyәtlәri, seksual tәhriklәrin insan davranışına tәsiri, motivasiya vә impulslar kimi anlayışlar tibb elmindә öyrәnildiyi vә tәtbiq edildiyi kimi, әdәbiyyata da tәsirsiz qalmamışdır.
Z.Freyd hesab edirdi ki, hәr bir bәdii әsәrdә real hәyatda gerçәklәşdirilә bilmәyәn gizli mәnalar vә istәklәr var. Uşaq özünün gerçәk dünyadan uzaq fantaziya alәmini yaratdığı kimi, şair dә gizlindә yaşadıqlarını öz tәxәyyülü vasitәsilә canlandırmağa can atır. Yazıçının uydurduğu xәyal dünyasında özü ilә onu әhatә edәn mühit arasındakı basdırılmış münaqişәlәr, dәrindә qalan sarsıntılar mühüm rol oynayır. Z.Freydin nәzәriyyәsinin maraqlı cәhәtlәrindәn biri şairlә dәli arasında müqayisә aparmasıdır. O qeyd edirdi ki, şairlә dәlini bir-birindәn real ilә qeyri-real, şüurlu ilә şüurdanxaric davranışlar arasındakı nazik bir sәrhәd ayırır. Onların bir-birindәn yeganә fәrqi isә odur ki, şair hәmin sәrhәdi ayırd edә bilir, dәli isә özünü real dünyaya qaytaran yolu görә bilmir.
Z.Freydin gәldiyi qәnaәt budur ki, bәdii әsәr yaradan şair öz әsәri ilә gizli qayğılarını, içindә tüğyan edәn duyğularını çölә atmaqla özünü sağaldır, başqalarına da çıxış yolu göstәrir…
Psixoanaliz elmi әdәbiyyatşünaslara bәdii mәtnә yeni mövqedәn yanaşmağa imkan yaratdığı kimi, yazıçıları, digәr sahәlәri tәmsil edәn sәnәt adamlarını da hәyatı vә insanları fәrqli gözlә görüb qiymәtlәndirmәyә sövq etdi.
Bu da maraqlıdır ki, әdәbiyyatşünaslıq elmi ilә psixoanaliz elmi arasında ortaq sayıla bilәcәk nәzәri әsәrlәri, әsasәn, psixoloqlar yaradıblar.
Tәxminәn bir әsr bundan әvvәl psixoanalizin sәnәtә tәsirinin araşdırılmasıәdәbiyyatın da gündәliyinә gәtirildi. Bu mövzuda öz mülahizәlәrini bölüşәn әdәbiyyatçılardan biri alman yazıçısı, Nobel mükafatı laureatı Herman Hessedir (1877-1962). Psixoanalizin bilicisi vә tәrәfdarı kimi çıxış edәn H.Hesse 1916- cı ildә psixoanaliz hәkimindәn müalicә seansları qәbul elәmişdi.
Belәliklә, H.Hessenin 1918-ci ildә qәlәmә aldığı “Sәnәtkar vә psixoanaliz” mәqalәsi oxuduğu elmi әsәrlәrin, әdәbiyyat vә sәnәt üzәrindә müşahidәlәrinin, elәcә dә şәxsi hәyat tәcrübәsinin sayәsindә araya-әrsәyә gәlmişdi. Psixoanaliz elminin әdәbiyyata tәsirindәn bәhs edәn bu essedә müәllif psixoanalizin bәdii yaradıcılıqda tәxәyyülün rolunu tәsdiqlәmәsinә yüksәk qiymәt verirdi. O vurğulayırdı ki, analiz hәr sәnәt adamına bunu xatırladır. Bәzәn sadәcә uydurma kimi tәsәvvür olunan şey bunun sayәsindә әn yüksәk dәyәr qazanır. Analiz sәnәtkara yüksәk sәslә ruhun әsas ehtiyaclarının varlığını, hәr cür avtoritar ölçü vә dәyәrlәndirmәlәrin nisbiliyini xatırladır.
H.Hesse qeyd edirdi ki, psixonaliz bizә şüurumuza basdırdığımızı görmәyi, qiymәtlәndirmәyi, araşdırmağı vә ciddi qәbul etmәyi öyrәdir.
Əziz oxucular, H.Hessenin sizә tәqdim etdiyimiz “Sәnәtkar vә psixoanaliz” mәqalәsi psixoanalizin әdәbiyyatdakı yerinin müәyyәnlәşdirilmәsi baxımından nüfuzlu mәnbәlәrdәn biri hesab edilmәkdәdir.

Herman HESSE
SƏNƏTKAR VƏ PSİXOANALİZ
Freydin “psixoanalizi” dar bir nevro- loqlar dairәsinin diqqәtini cәlb etdiyi vaxtdan, Freydin tәlәbәsi Yunq şüurdanxaric psixologiya vә tiplәr haqqında tәlimini yaratdığı vә qismәn nәşr etdirdiyi vaxtdan, analitik psixologiya bilavasitә xalq mifinә, dastanlara vә poeziyaya üz tutduğu vaxtdan bәri sәnәt ilә psixoanaliz arasında mәhsuldar bir tәmas yaranıb. Freydin tәlimi ilә razılaşsaq da, razılaş- masaq da, onun tәkzibedilmәz tapıntıları mövcuddur vә öz işini görür.
Bir çox cәhәtdәn belә mәhsuldar olan bu yeni analitik metodun mәhz sәnәtkarlara yaxın olacağı gözlәnilәn idi. Elә bu sәbәbdәn özü nevrotik olan bir çox insan psixoanalizlә maraqlana bilәrdi. Bundan әlavә, sәnәtkarın özünü rәsmi elmlә müqayisәdә tamamilә yeni tәmәl üzәrindә qurulmuş psixologiyaya bağla- mağa daha böyük meyil vә hazırlıq nümayiş etdirdiyini görürük. Radikal bir dahini sәnәtkarın müdafiә etmәsi professorun müdafiә etmәsindәn hәmişә daha asan olub… Vә bu gün Freydin ideyalar alәmi mütәxәssislәrdәn – hәkimlәrdәn vә psixoloqlardan daha çox gәnc sәnәtkarlar nәsli tәrәfindәn müzakirә olunur vә daha geniş qavranılır.
Yeni psixologiyaya kafedә aparılan yeni müzakirә mövzusu kimi yanaşmaqla qane olmayan sәnәtkarda artıq ondan necә öyrәnmәk istәyi yaranır – daha doğrusu, yeni psixoloji baxışların yaradıcılıq üçün faydalı olub-olmadığı, yaxud nә dәrәcәdә faydalı ola bilәcәyi sualı ortaya çıxır.
Yadımdadır, iki il әvvәl bir tanışım mәnә Leonhard Frankın iki romanını oxumağı tövsiyә etmiş, onları sadәcәqiymәtli әsәrlәr deyil, hәm dә “bir növ psixoanalizә giriş” adlandırmışdı. O vaxtdan bәri mәn Freyd tәliminin izlәri görünәn bir sıra әsәrlәr oxumuşam. Yeni elmi psixologiyaya zәrrә qәdәr maraq göstәrmәsәm dә, mәnә elә gәldi ki, Freydin, Yunqun, Ştekelin vә başqa- larının bәzi әsәrlәrindә yeni vә vacib bir şey var. Onların әsәrlәrini mәn özüm oxudum vә onların baxışlarında öz fantaziya vә müşahidәlәrimin yaratdığı tәsәvvürlәrin, demәk olar ki, hamısının tәsdiqini tapıram. Onlarda qismәn mәnә aid olan ürәyәdamma vә ötәri fikir, dәkr edilmәmiş bilik kimi şeylәrin ifadә edildiyini vә aydınlaşdırıldığını görürәm.
Yeni tәlimin faydalılığı bәdii yaradıcılığa, elәcә dә gündәlik hәyat müşahidәlәrinә tәtbiq edildikdә dәrhal üzә çıxır. Artıq bir açar var – tam sehrli açar deyil, amma yenә dә özünün yararlılığını vә etibarlılığını tez bir zamanda sübut etmiş yeni dәyәrli bir alәtdir. Özü dә mәn әdәbiyyat tarixindәki, yazıçının hәyatının bir xәstәliyin son dәrәcә müfәssәl mәnzәrәsini açan ayrı-ayrı әsәrlәri nәzәrdә tutmuram. Yalnız psixoloji dәrketmәnin vә incә ürәyәdammaların Nitsşe tәrәfindәn tәsdiqi vә aydınlaşdırılması bizim üçün çox dәyәrli ola bilәrdi. Şüurdanxaricin dәrk vә müşahidә edilmәsinin başlanğıcı, sıxıntı, sublimasiya, reqres- siya vә s. kimi psixi mexanizmlәrin şәrhi bu sxemә aydınlıq gәtirir vә onu asanlıqla başadüşülәn edir.
İndi psixologiya ilә mәşğul olmaq asanlaşa da, psixologiya elminin sәnәtkar üçün faydalı olub-olmadığı hәlә dә, hәqiqәtәn, şübhәli qalır. Tarixә aid biliklәr tarixi әsәrlәrә, botanika vә ya geologiyaya aid biliklәr dә landşaftı tәsvir etmәyә nә dәrәcәdә az kömәk edirsә, әn yaxşı elmi psixologiya da insanın tәsvirinә o dәrәcәdә az kömәk edir. Aydındır ki, analitiklәrin özlәri dәlil gәtirmәk,
mәnbә göstәrmәk vә dediklәrini tәsdiq etmәk üçün hәr yerdә ilkin dövrlәrin poetik әsәrlәrindәn istifadә edirlәr. Görünür, elә buna görә dә analiz yazıçıların әzәldәn bildiklәrini dәrk etdi vә elmi şәkildә dәqiqlәşdirdi, axı yazıçı, әslindә, analitik-psixoloji tәfәkkürә zidd olan xüsusi bir tәfәkkür növünün tәm- silçisi olub. O, yuxu görәn, analitik dә onun yuxularını yozan olub. Yeni psixologiyaya rәğbәtlә yanaşan yazıçıya xәyal qurmaqdan şüurdan xaricin çağırışına әmәl etmәkdәn başqa bir şey qalırmı?
Yox, ona başqa bir şey qalmır. Buna qәdәr yazıçı olmayanı, buna qәdәr ruhi hәyatın daxili quruluşunu, ürәk döyüntülәrini hiss etmәyәni bundan sonra analiz ruhun tәrcümanı etmәyәcәk. O yalnız yeni sxemi tәtbiq edә bilәcәk, bir anlıq tәәccüb yaşaya bilәcәk, amma mahiyyәt etibarilә gücünü artıra bilmәyәcәk. Ruhi proseslәrin poetik qavrayışı bundan әvvәl olduğu kimi intuitiv, analitik olmayan istedad mәsәlәsi kimi qalacaq.
Ancaq mәsәlә bununla bitmir. Doğrudan da, psixoanaliz yolu sәnәtçi üçün dә әhәmiyyәtli tәkan ola bilәr. O, analiz texnikasını bәdii yaradıcılığa köçürmәkdә yanılsa belә, psixoanalizә ciddi yanaşmaqda, ona әmәl etmәkdә yenә dә haqlıdır. Mәn sәnәtkarın psixoanalizdәn faydalana bilәcәyini tәsdiq edәn üç dәlil görürәm.
İlk növbәdә, dәrin fantaziyanın, tәxәyyülün dәyәri. Sәnәtkar özü özünә analitik gözlә baxanda onun әziyyәt çәkdiyi zәif cәhәtlәri özünә gizli qalmır. Bu zәifliklәrә sәnәtinә inamsızlıq, fantaziyaya şübhә, özündәki burjua baxışlarını vә tәrbiyәsini doğru qәbul edәn, onun sәnәtini yalnız xoş bir “uydurma” say- maq istәyәn yad sәs aiddir. Lakin mәhz analiz inandırıcı şәkildә öyrәdir ki, indi “uydurma” kimi qiymәtlәndirilә bilәn şey әn yüksәk dәyәrdir. Bu dәyәr әsas insan ehtiyaclarının mövcudluğunu, elәcә dә bütün avtoritetli ölçülәrin vә dәyәrlәrin nisbi olduğunu güclü şәkildә yada salır. Sәnәtkar analizdә özünә haqq qazandırır. Eyni zamanda, analiz ona analitik psixologiyanın özündәki sırf intellektual tәsdiq alәmini açır.
Metodun bu faydalı tәrәfini artıq onunla yalnız kәnardan tanış olanlar da
qәbul edә bilәr. Digәr iki dәyәrli cәhәt isә yalnız özlәrindә ruhi analizi hәrtәrәfli vә ciddi şәkildә yaşamış olanlara, onlar üçün analiz ağıl mәsәlәsi deyil, tәcrübә mәsәlәsi olanlara aşkar olacaq. Öz “komplekslәri” vә ruhani hәyatları haqqında müәyyәn formalaşdırılmış mәlumatlarla kifayәtlәnәnlәr isә bu mühüm dәyәrlәri itirәcәklәr.
Analiz yolu ilә ciddi şәkildә dәrinә gedәn, xatirәlәrdәn, xәyallardan vә assosiasiyalardan ilkin ruhi sәbәblәr axtaran hәr kәsin әldә etdiyi isә tәxminәn “öz şüurundan xaricdә olana sәmimi münasibәt” kimi müәyyәnlәşdirilә bilәr. O şüur vә şüurdanxaric arasında isti, mәhsuldar, ehtiraslı bir tarazlıq vәziyyәtini yaşayacaq, әks halda “gizli şәraitdә” qalmaqda davam edәcәk vә yalnız yuxularda görünmәz şәkildә tәzahür edә- cәk şeylәri tapacaq ki, onlara da diqqәt yetirmәyәcәk.
Bu isә psixoanalizin etika üçün, şәxsi vicdan üçün vacib olan nәticәlәri ilә dәrindәn bağlıdır. Analiz hәr şeydәn öncә başqa bir әsas tәlәbi irәli sürür ki, ondan yayınma vә etinasızlıq dәrhal qisas alır,
tiyәsi dәrinә işlәyir vә silinmәz izlәr buraxır. Özünә qarşı doğruluğu, bizim öyrәşmәdiyimiz doğruluğu tәlәb edir. O, bizә sıxışdırmağa nail olduğumuzu, bütöv bir nәslin uzunmüddәtli mәcburiyyәt şәraitindә sıxışdırdığını görmәyi, tanımağı, araşdırmağı vә ciddi qәbul etmәyi öyrәdir. Psixoanalizlә tanış olaraq atılan ilk addımlar güclü, hәtta hәddindәn artıq güclü tәcrübәdir, tәmәllәrin sarsılmasıdır. Kim tab gәtirib irәlilәyirsә, indi özünü getdikcә daha çox tәk, şәrtiliklәrdәn vә әnәnәvi baxışlardan uzaqda görür, suallar vermәyә vә şübhәlәnmәyәmәcbur olur ki, bu da onu heçliklә üz-üzә qoyur. Ancaq әnәnәvi olanın dağılan pәrdәlәri arxasında o, getdikcә daha çox hәqiqәtin, tәbiәtin sarsılmaz mәnzәrәsini görür vә ya hiss edir. Yalnız indi, analiz özünü intensiv şәkildә sınaqdan keçirәrkәn inkişaf tarixinin bir parçası, hәqiqәtәn, yaşanır vә qanı axan duyğu ilә aşılanır. Ata vә ana, kәndli vә köçәri, meymun vә balıq proobrazlarına qayı- daraq, insanlar psixoanalizdә olduğu qәdәr heç bir yerdә öz ilkinliyini, bir-biri ilә әlaqәlәrini vә ümidi bu qәdәr ciddi, bu qәdәr sarsıntı ilә hiss etmirlәr. Ürәyin döyüntüsü aydın hiss olunur, qorxular, çәtinliklәr, tәzyiqlәr aşkara çıxdıqca hәyatın, şәxsiyyәtin mәnası bütün saflığı vә tәlәbkarlığı ilә artır.
Analizin bu tәrbiyәvi, rәğbәtlәndirici gücü sәnәtkar tәrәfindәn xoş qarşılandığı qәdәr heç kim tәrәfindәn xoş qarşılana bilmәz. Bu, sәnәtkarın dünyaya vә onun әxlaqına mümkün qәdәr asan uyğunlaşması demәk deyil, bәnzәri olmayan bir şey demәkdir, onun özünün nә olduğu demәkdir.
Keçmişdәki yazıçılardan bәzilәri, ilk növbәdә dә Dostoyevski analitik psixologiyanın әsas müddәalarını dәrk etmәyә çox yaxın olub. Freyd vә onun tәlәbәlәrindәn әvvәl Dostoyevski intuitiv olaraq bu yolla gәlmişdi, o da artıq bu növ psixologiyanın müәyyәn tәcrübәsinә vә texnikasına yiyәlәnmişdi. Böyük alman yazıçılarından ruhi proseslәrә baxışları müasir baxışlara әn yaxın olanı isә Jan Poldur. Bununla yanaşı, Jan Pol elә parlaq sәnәtkarlardandır ki, onun öz tәhtәlşüuru ilә daim intim tәması dәrin, canlı ürәyәdamma sayәsindә әbәdi bolluq mәnbәyinә çevrilir.
Sonda elә bir yazıçıdan sitat gәtirәcәyәm ki, onu tәbiәti etibarilә xәyalpәrәst vә ya özünә qapılan insan kimi deyil, sırf idealist kimi qәbul etsәk dә, o,
bütövlükdә güclü intellektual sәnәtkarlardandır. Otto Rank ilk növbәdә bu yazıçının mәktubundakı aşağıdakı parçanı müasir şüurdanxaric psixologiyasının tәsdiqinin әn heyrәtamiz sәlәfi kimi kәşf etdi. Şiller yaradıcılıq durğunluğundan şikayәtlәnәn Kernerә yazır: “Sәnin şikayәtin, mәnә elә gәlir, onunla bağlıdır ki, idrakın tәxәyyülünü buxovlayıb. İdrakın qapının ağzını kәsdirib gözlәyirmiş kimi çox ayıq-sayıqlıqla hәr yerdәn gәlәn fikirlәri diqqәtlә izlәmәsi ruhun yaradıcı әsәrlәri üçün xoş deyil vә zәrәrlidir. Tәcrid olunmuş halda ayrıca nәzәrdәn keçirilәn fikir kifayәt qәdәr әhәmiyyәtsiz vә yanıldıcı ola bilәr, lakin aydındır ki, hәmin fikir özündәn sonra gәlәn fikir sayәsindә әhәmiyyәtli olacaq; aydındır ki, ağılsız kimi görünәn fikir başqa fikirlәr ilә birlikdә zәncirin çox faydalı bir halqası ola bilәr: idrak, bir fikri tәzәcә mәnimsәmiş olmasına baxmayaraq, hәmin fikri digәri ilә әlaqәli görәnә qәdәr onun haqqında mühakimә yürüdә bilmәz. Yaradıcı şüurlarda isә әksinә, idrak öz ölkәsini qapının önündә tәrk edir, ideyalar qarma-qarışıq şәkildә vurnuxur vә yalnız bundan sonra geniş әnginliklәri seyr edir.”
İntellektual tәnqidin şüurdanxaricә ideal münasibәti burada öz klassik ifadәsini tapıb. Şüur xaricindәn, gözlәnilmәz bir fikrin nәzarәtsiz istilasından, bir yuxudan, uydurma psixologiyasından yaranan yaxşılığı heç nә basdırmır, şüur- danxaricin formalaşmamış sonsuzluğuna uzunmüddәtli bağlılıq yoxdur, ancaq gizli mәnbәlәrә sevgi ilә qulaq asmaq vә yalnız bundan sonra tәnqid vә xaosdan seçim etmәk – bütün böyük sәnәtkarlar belә işlәyib. Bu tәlәbin yerinә yetirilmәsinә kömәk edә bilәcәk bir texnika varsa, o da psixoanalitik texnikadır.
1918
Mənbə “ULDUZ” AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ