Ədəbiyyatımızın dostu Alpaslan DEMİR
Yazarımız 1973-cü ildə Osmaniyədə doğulub, ilk və orta təhsilini orada almışdır. 1998-ci ildə Erciyes Universitetinin İlahiyyət fakultəsini bitirmişdir. 2001-ci ildən bu günə qədər müəllim kimi çalışır və tərcüməçiliklə məşğuldur. İki uşaq atası olan Alpaslan Dəmir oxumağı, yazmağı və eyni zamanda səyahəti sevər.
Yazarın kitabları “Sevimli dostum”, “Yenidən Bismillah”, “Göyə yüksələn çinar”.
Çevirdiyi kitablarsa Faiq Ələkbərlinin “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq”, “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX–XX əsrlər)” üç cilddə, Eluca Atalının “Çiçəkləyən şarf” və “İran Hizbullah zindanında”.
Bu kiçik hekayə sevimli uşaq yazıçısı Alpaslan Dəmirin “Sevimli dostum ” uşaq kitabındandır. Kənddə böyümüş hər bir kəs bu hekayəni oxuduqda istər-istəməz “Bu mənim həyatımdandır!” – nidasını özü-özünə pıçıldayacaq. Bizim yaşadıqlarımızı yazıb bizə xatırladan yazara təşəkkür hissi ilə hekayəni dilimizə uyğunlaşdırdım.
Cəmşirin ilk küçə gəzintisi
Tətilin ilk günü idi. Bir gün əvvəl məktəbimiz tətil etmişdi, buraxılış sənədlərimizi almışdıq. Axşam yeməyində günün mövzusu bizim məktəb sənədimiz və Cəmşir oldu. Atam yemək əsnasında bizimlə söhbət edərkən o balaca cücənin yaşamayacağını və qısa zamanda öləcəyini, çünki kiçik canlıların anaları olmadan yaşamalarının çox zor olduğunu anlatdı. Böyük qardaşım Yusuf da atama dönərək:
– Elə demə, ata, baxarsan, böyük bir xoruz olur, biz də kəsər, anamıza ətli bir böyrək kökəsi yaptırarıq. Sonra da oturub iştahla aşırarıq. Yetər ki, bizim balaca ona iyi baxsın.
Böyük qardaşımdan bunu eşidincə ona çox acığım tutdu. Süfrədə atam oturduğu üçün bir şey də söyləyə bilmədim. O mənə dönərək:
- Alpər, sən cücənə yaxşı bax, yemi məndən. Sabah sənə hökmən cücələr üçün xüsusi üyüdülmüş yemlərdən alacam! – Dedi.
Az öncə Cəmşiri kəsmə həvəsi üzərinə mənim acıqlı baxışımı görmüş olduğundan özünü yığışdırmağa çalışmış və sözünü belə davam etdirmişdi: – Sən də yaman tez qızırsan ha! Zarafat etdim mən. Mən heç qardaşımın cücəsini kəsərəmmi? Kəsmərəm, əlbəttə! Sən üzülmə. Cəmşirin yemləri məndən. Sabah axşam gələrkən alıb gətirərəm. Cücə yemi ilə bəslərik daha tez böyüyər.
Evimiz şəhərin kənar məhəlləsində yerləşdiyi üçün çevrəmizdə olduqca bol yaşıl sahə vardı. Evlərin arasındakı boş torpaq sahəsi bizim oyun və əyləncə məkanımız idi. Demək olar ki, günümüzün hamısını orda keçirirdik. Cücəmi əlimə alaraq evin önündəki boş sahəyə çıxdım. Ayla ilə Zeynəb də mənimlə birlikdə gəldilər. Üçümüz kiçik bir dairə yaradıb cücmizi aramıza aldıq. Qaçıb yox olacağından çox qorxurdum. Bacılarıma dairəni pozmamalarını dönə-dönə tapşırmışdım. Çünki Cəmşir ilk dəfə bayıra çıxdığından əgər evdən uzaqlaşırsa, itib qeyb ola bilərdi. Onu tapıb geri gətirmək bizim üçün çox çətin olardı. Balaca cücə üçümüzün arasında öz halına hoppanıb, tullanmağa başladı. Ayaqları ilə torpağı qaşıyır, dimdiyi ilə yerdən nəsə axtarırdı. Uzaqdan bizi görən anam bizə yaxınlaşdı. Marağımı gizlətmədən anama dedim:
– İlk dəfə torpağa çıxmasına və ona nə etməsini göstərəcək bir ana və ya başqa bir toyuq olmamasına baxmayaraq, sanki yetkin bir toyuqmuş kimi ayaqları ilə torpağı qazdı. Yeyə biləcəyi bir şeyi dimdiyi ilə yerdən axtardı. Bu necə oldu, ana? Torpağın bu şəkildə qazılaraq yiyəcək tapa biləcəyini hardan bilir bu körpə cücə? – Deyə, anamdan sordum.
Anam gülümsəyərək başımı oxşadı.
– Paşam, Allah canlıları yaratdıqda bütün bu bilgiləri sanki onlara öyrədərək yaradır. Hətta sağ qalmaları üçün nə isə yeməyin gərəkliyini və yiyəcəklərini necə axtarıb tapacaqlarını fitrətən onlara öyrətmiş olur. O üzdən kimsənin öyrətməsinə, göstərməsinə gərək qalmadan öz həyatlarını davam etdirə bilirlər. Amma insan da elədirmi? Təbii ki, yox. Həyatının ilk günündən anasının onu qorumasına möhtacdır. Əgər bir toyuq balası təbiətdə tək başına qalırsa, bir şəkildə həyatını davam etdirə bilir. Amma insan övladının, yeni doğulmuş bir uşağın bunu gerçəkləşdirməsi hardasa imkansızdır. – Dedi. Sonra davam etdi. – Bu dəqiqə o dairəni pozun baxaq. Görəcəksiniz sizin yanınızdan heç ayrılmayacaq. Heyvanlar da sevgini və sevilməyi anlayarlar. Sizin onu sevdiyinizi bildiyi üçün yanınızdan heç uzaqlaşmaz. Görəcəksiniz, haraya gedirsinizsə sizinlə birlikdə gedəcək, durmadan sizin dalınızca gələcək. – Deyərək, anam evə döndü.
Biz də anamızın sözün dinləyəndən sonra qurduğumuz dairəni pozdur. Gerçəkdən də balaca cücə bizdən heç uzaqlaşmırdı, ətrafımızda dolanıb dururdu.
Yerimdən qalxıb yaşıllıqlar arasında dolaşmağa başladığımda durmadan arxamca düşür, məni izləyirdi.
O gün axşam yeməyinə qədər Cəmşirlə oynadıq, əyləndik. Bacılarım yanımızda evciklər qurdular. Ətrafdan topladıqları daşlarla iki göz kiçik
bir ev düzətdilər, öz ürəkləri qədər kiçik idi, ürəyəyatımlı bir ev idi. Zeynəb evi qurmaqla məşğul olarkən Ayla cəld evə qaçıb və tez də bəbək oyuncaqları ilə birgə ev əşyaları olan oyuncaqlarının da içində olan bir səbətlə geri döndü. Aylanın pilləkənlərdən sürətlə düşdüyünü görən anam səsləndi:
– Uşaqlar, gün sizi yandırmasın, evciyinizi tut ağacının kölgəsində qurun.
Zeynəb açıqda olan kiçik evciyini ən qısa zamanda tut ağacının kölgəsinə daşıdı. Bu əsnada mən isə kiçik cücəm ilə gizlanpaç oynayırdım. Zeynəbin səsini eşidincə nə söylədiyini anlamaq üçün durdum və o tərəfə döndüm.
– Qardaş, üç dəfə oldu səni səsləyirəm. Eşitmirsənmi məni? Durma, Cəmşiri də al, gəl. Evimizin yanında ona kiçik bir koma düzəltdik. Gətir onu balaca komasına qoyaq.
Kiçik cücəmi götürüb onların yanlarına gəldiyimdə iki göz evin yanına, ətrafına bir az yüksək daşlarla çevirdikləri kiçik bir otağın hazırlandığını gördüm. Bu balaca koma onların hazırladığı qəfəs idi. Cəmşiri o kiçik qəfəsin içərisinə qoydum. Acmış və susuz idi deyə yem və su qablarını alaraq evə getdim. Evdən çıxarkən anam mətbəxdən səsləndi:
Alpər, quzum! Bacıların acmışdılar. Al bunları, götür, bacılarınla bərabər yeyərsən. Selma xalanın bişirdiyi fətirdən hərənizə bir dənə fətir arası düzəltdim. Bu şüşəyə də ayran tökdüm. Alın, yeyin, paşam. Axşam yeməyinə daha çox var. Axşam yeməyini gözləyənə qədər ac qalmazsınız.
Qonşumuz Selma xala bu gün çörək bişirirdi. Bişirilən nazik çörəyin arasından hazırlamış olduqları fətir bükməsindən anam bir dənə bizə verdi. Çörək bişirilən gün hazırlanan fətir bükməsini mən və bacılarım çox sevirdik.
Anam səhər bizim qəhvəaltı süfrəmizi hazırladıqdan sonra qonşumuz Selma xala ilə çörək bişirməyə getmişdir. O zamanlar bizim məhəllədə bir evdə çörək hazırlanan zaman qonşu qadınlar bir araya gəlir, axşama qədər bir ləgən xəmiri çörək edib sellofanın içinə dağ kimi yığarlardı. Çörək bişirdikdən sonra da nazik fətirlər yayılar və içərisinə soğanla qovrulmuş süzmə qatılaraq yumurlayıb hazırlardılar. Bəzən də isti fətirə təzə kərə yağı sürtüb üzərinə şəkər səpərək yağlı-ballı hazırlardılar. Mən yağlı-ballını çox sevərdim. Təbiətdəki tərələrin bal kimi dadı olur, şəkərləri də ki ay kimi parlardı. Bizim evdə çörək bişirildiyi gün anam mütləq fətir bükməsi və yağlı-ballı hazırladığını iştahla mədəmə ötürərdim.
Anam qoltuğumun birinin altına fətir bağlamasının büküldüyü süfrəni, digərinin altına da içinə ayran doldurduğu, ağzı qapalı şüşəni dürtmələdi.
Qabaqlar şüşə qab tapmaq, xəzinə tapmaq qədər qiymətli idi. Əlimin birində kiçik cücəmin yemi, digərində də suyu axan kiçik boşqablar vardı. Pilləkənlərdən enib baxçadakı ağaca doğru yönəldiyimdə bacılarıma səsləndim.
– Zeynəb, Ayla! Biriniz buraya gəlib qoltuğumun altındakıları alsanız yaxşı olardı. Ayran şüşəsi az qalıb düşsün. Əgər düşərsə şüşə qırılar və bütün ayran tökülər.
Zeynəb qaçaraq bir an içində yanıma gəldi. Mən qoltuğumun altındakılar düşməsin deyə, olduğum yerdəcə qaldım, qollarımı tam vücuduma yapışdırdım.
Zeynəb fətirlərin olduğu süfrəni və ayran şüşəsini aldı. Bacılarımın evciyi olduğu yerə çatınca ilk olaraq kiçik cücəmizin yemini və suyunu verdim. Bir müddət onu izlədik. Sonra bacılarım evciklərinin içərisində fətir və ayranları ilə mükəmməl bir süfrə hazırladılar. Evin salonu adlandırdıqları daş əhatəli yer böyük hazırlanmışdı. Üçümüz də yemək yeyərkən ora rahat-rahat sığdıq. Yan tərəfdə yemi və suyu ilə başını qatmış Cəmşiri izləyərək fətirimizi yedik.
Heç vaxt unutmaram o saf, məsum uşaqlığımı və uşaqlığımda gizlənmiş o qara cücəmi, böyük ürəkli fədakar anamı. Birlikdə oynayıb, birlikdə əyləndiyimiz bacılarımı.
Yazını hazırladı Eluca Atalı.