payız bir az ayrılıq, bir az hicran qoxuyur, payızda soyuqlayır ürəklər də azacıq,
köçüb gedən durnalar son nəğməsin oxuyur, küləklə rəqs eyləyir ağaclar açıq-saçıq.
belə küləyə nə var, əsə hey yavaş-yavaş. yarpaqlar da uçuşub tökülə şabaş kimi. ayaqyalın, başıaçıq qoşulub yarpaqlara dolanasan ağacın başına bir quş kimi.
sonra rəqs eləyəsən bu ağacla qol-qola. buludları qovasan, küləyi qısqanasan.
ürəyini yarpaq tək asasan budağından, vurulasan, sevəsən, dəlisov qız sanasan.
bu qız aça saçların, qəfil düşə qaranlıq,
bircə nəfəs duyasan, saçında itə, bata.
bir də ayılasan ki, yapışıb ətəyindən
uşaqlar həşir salıb: – ata, ata, ay ata…