24 Oktyabr şəhid Quliyev Rəvanın anım günü idi.
Quliyev Rəvan Mərdan oğlu 17.07.2001-ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007-ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçüb.
Ailədə iki qardaş olublar. Anası və özündan iki yaş kiçik qardaşı ilə yaşayırdı. Rəvan 2007-ci ildə Bakı şəhər Səbayıl rayonunun 51saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 6 il orada təhsil aldıqdan sonra 2013-cü ildə ailə vəziyyəti ilə bağlı Neftçala rayonun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7-ci sinfinə getmişdir. 1 il də orada oxuduqdan sonra yenidən Bakı şəhərinə köçmüşdür. 9-cu sinfi Bakı şəhər Sabayıl rayonunun 51 saylı məktəbində bitirmiş və bərbərlik sənətinə yiyələnmişdir. Özünün ən böyük arzusu məşhur futbolçu olmaq idi. 2020-ci il yanvar ayının 7-də Neftçala rayon hərbi komissarlığından Ağcabədi rayonuna həqiqi hərbi xidmətinə getmişdir. 3 ay orada xidmət etdikdən sonra Füzuli rayonun “N” saylı hərbi hissəsində xidmətini davam etdirməyə başlamışdır. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinə qatılmış və Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan,.Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 25 oktyabrda Neftçala rayon Astanlı kənd qəbiristanlığında dəfn olunmuşdur.
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, “Bayraq ordeni” ilə təltif edilmişdir.
Nigar Həsənzadə