Phoc-timsah, tahun, ağcaqanad…
Bu yollar niyə belə sürüşgəndir? Evdəki döşəməyə lak vurulanda belə parıldayırdı. Amma o yapışqan idi bu sadəcə sürüşgəndir. Birdə ki yollar daş olur, asvalt olur, qır olur nə bilim torpaq olur, qum olur hər halda taxta olmaz ki…
-Bu videonu görmüsən? səsə çevrildim. Bacım əlində telefon mənə nəsə göstərməyə çalışırdı.
Yaxşı ki, yolların kənarında məhəccər düzəltmişdilər. yoxsa bu sürüşgənliklə hər addımda yıxılıb şil-küt olardıq.
Yolun sonuna boylandım. Deyəsən aftobus dayanacağına qədər belə idi. Ora qədər birtəhər gedək. ətrafımdakı insanlara baxdım bu anormallıq tək məni narahat edirdi? Niyə başqaları heç bir şey yoxmuş kimi yeriyirdilər? Bu yol hər gün gedib gəldiyim yol deyil? Bu insanlar kimdir? Bəzilərin ilk dəfədir görürəm. bəziləriylə isə sadəcə ilk dəfədir qarşılaşıram. Məsələn bu qız, bu alma gözlər, qalın qaşlar, dairəvi üz, tombul yanaqlar mən bu qızı harda görmüşəm? Dönüb təzədən baxıram. Ikinci dəfə baxdığımı görüb dillənir:
-Hə , mənəm, Almaxanım.
-Aa, o müsabiqənin qalibi qız?
-Bəli, bəli- qız kiminsə onu tanımasından məmnunluq duyur deyəsən.
-Afərin. Birinci yerə çıxdında sən hə?
-Bəli-qürurla deyir- ən birinci mükafat…
-Bu videonu görmüsən? – bacım söhbətə qarışır. Ona Narazı baxış atıb təzədən qıza dönürəm. amma yoxdur, gedib.
-Nə videodure o elə??
-Bax bu krokadil indi qadının ayağını qopardacaq…
Videoda bir timsah var, bir də qadın. Bir də isti günəş. Tikanlı çöllər. ucsuz-bucaqsız düzənlik. Günəşin şüaları gözümü qamaşdırdı. Saçımı boynumun ardından toplayıb sirkələdim. Tərləmişdim. Bir az uzağa baxmaq istədim, gözümün qarşısında səhralarda gördüyümüz üfüqi dalğalar var idi. Yerlə gör arasında titrəşən dalğalar.
Üzü yoxuşa tərəf yekə qanğal otların arxasından görünür o bədheybət. bu boyda timsah olar? Həm timsah belə rəngdə olmur axı. Bu daha çox qurbağa rənginə oxşayır. Forması da, daha doğrusu boynu, başı, boynundakı qat-qat dərisi Pars phocuna oxşayır. Amma çox qorxuncdur.
Vahiməli səslər eşidirəm. yəqin ki onlar da görüb bu yarı phoc yarı timsahı. Axı timsah quruda belə cəldliklə yeriməz. həm nə işi var onun bu quraqlıq çöllərdə? su yox, dəniz yox, dərya yox. Qanğallarla qidalanır? Necə olub bu boyda məsafədən yeyib bu qadının ayağını?
Ayağıma nəsə batdı. əyilirəm.
Xırda tikanlar quruyub daha sərt olub. Səndəllərimin içinə,dabanımın altına, barmaqlarımın arasına dolan quru torpağı boşaltmağa çalışıram. Sürüşgən yol qurtarıb? Mən bu toz-torpağa nə vaxt girdim? Başımı yandıran bu gün hardan çıxdı?
Az əvvəlki sakitliydən əsər-əlamət qalmadı. Hamı bir ağızdan danışırdı. Ayağını timsah yemiş qadın mənim təəccüblü baxışlarımı öz sağlam ayaqlarında hiss edib ağrılı şəkildə:
-Hələ yeməyib. Kömək eləsəz bəlkə də yeməz. Hardasa 20 nəfərlik bir dəstəyik. Hamımız birdən qışqıraq üstünə, bəlkə qorxar – dedi.
Qadının səsi getdikcə zəifləyirdi, artıq dediklərin eşitmirdim. Eləcə dodağının altında nəsə mızıldayırdı.
Nə eləmək olar? Mənim burda nə işim var axı? Timsah məni görmür, sakitcə aradan çıxmaq olar. Yoxuşun digər tərəfinə tərəf gedirəm. çalışıram ki, ayağımı yavaş-yavaş basım quru tikanlara, səs salmasın. Yoxuşun düz təpəsinə çatıb rahat nəfəs alıram. Bu insanlar timsahdan qorxursa niyə onun ətrafında dolanıb dönür? Mənim kimi uzaqlaşa bilməz?
Hündürlükdən daha aydın görünür indi ətraf.
Və birdən bu insanların niyə uzaqlaşmadıqlarını başa düşürəm.
Timsahdan yüz metr aralida, sol istiqamətində bir dəstə uşaq var idi. Bəzisi məktəbli yaşında olardı, bəzisi quru torpağın tozunda iməkləyirdi.
Bu insanlar uşaqlarını qoyub gedə bilmirdi. Uşaqlarına tərəf də gedə bilmirdi çünki timsahın diqqəti həmin istiqamətə çevrilsə adamlar ora çatana qədər nələr olar bir allah bilir. Hər kəs öz uşağının təhlükəsizliyinə görə timsahın diqqətini çəkməyə çalışırdı. Amma heç kim konkret olaraq ona yem olmaq istəmirdi.
Uşaqların içindən tanış səs eşidirəm, əlimi gözümün üstünə tutub diqqətlə baxdım; tüklərim biz-biz oldu:
Qızım hər şeydən xəbərsiz, əyləncəli şəkildə yerdəki torpağı götürüb zər səpələyirmiş kimi ətrafa dağıdırdı…
Bir an, yalnız bircə an fikirləşdim, sonra var gücümlə uşaqlara tərəf qaçdım. Valideyinlərin arasında çaxnaşma düşdü. Timsah-phoc mənim ayaqlarımın çıxartdığı səsə tərəf dönmüşdü. Uşaqları da görmüşdü, kölgəsinə sığındığı uzun qanğal bitgisinin altından çıxdı, sürətlə uşaqlara tərəf sürünməyə başladı.
Amma bir iki metrdən sonra dayandı. Ona tərəf qaçan, əlinə nə keçdi tullayan insan talpasına baxıb fikrini dəyişdi. Geri-geri, (!) qanğaln altına süründü.
Bu şəhərdə heç kim yaşamır?
Uzun taxda körpünün üstündən keçərkən yüngül sızağdan üşümüş kimi oluram. Axşam düşürdü? Hava dönmüşdü? Niyə ətraf belə dumanlı, çiskin, bulanıq idi? Qucağımda yatmış qızıma baxıram. Birazdan axşam düşəcək, sığınacaq yer lazımdı bizə.
Körpünün xəfif titrəməsindən canımızı qurtarıb şəhərin sakit küçələrində gəzişməyə başladıq.
-Niyə biz bir maşın tapıb öz yerimizə-yurdumuza getmirik?
-Çünki bu şəhər karanntindədir. – Bacımın səsi idi bu. Dogma birinin yanımda olduğu fikri məni az da olsa rahatlandı. Amma dediklərini anlayandan sonra sevincim uzun çəkmədi.
-Gəmi ilə gedək!
-Dəniz yolu yoxdur.
-Dəlisən? görmürsən dörd bir yanımız sudur?
-O dəniz filan deyil. Altında da bu şəhərin evləri var.
-Hii !.. sel gəlib?
-Yox. Su buraxıblar.
-Niyə???
-İnsanlar ölsün deyə.
-Niyə axı?!
-Çünkü bu şəhərdə taun var idi
-Daha yoxdur?- narahatlıqla qucağıma baxıram. Amma bacımın verdiyi cavabı eşitmədim: qızım qucağımda yox idi…
-Mənim qızım hanı?! Uşağım hanı mənim?!!!
-Arxadakı binada.
Dönüb az əvvəl keçdiyimiz bir-neçə mərtəbəli binaya baxıram.
-Orda nə gəzir?
-Timsah, su ora girə bilməz. Etibarlı yerdir. Bütün uşaqlar orda qalır.
Qaça-qaça binaya girirəm. pillələri çıxıram, çıxıram, çıxıram…
-Qızım hanı mənim?!
-Ss, sakit olun, uşaqlar yatıb!
-Qızım hanı – az qala yalvarıram.
-Ode – qarşımdakı qadın mənim reaksiyama təəccüblənmiş kimi yandakı otağı göstərir.
Geniş, işıqlı, bir dənə belə mebeli olmayan otaqda yerdə sıra ilə taxta beşiklər var idi. Qapıya yaxın beşikdən çıxan ayaqlardan tanıdım qızımı. Yuxudan ayılmasın deyə ehmalca qucağıma götürdüm. Üzünə, bədəninə diqqətlə baxdım.
Binanın qapısından çıxanda qıza dedim:
-Öyrətmək olmasın, bu otaqlara ağcaqanad dərmanı vurun. Ya da dixlafoz. Uşaqların üz-gözü bütün səpib….