“Balaca Yazarlar Birliyi”
2015- ci ildən fəaliyyətə başlayan “Balaca Yazarlar Birliyi” dəfələrlə UNESCO-nun təşkil etdiyi beynəlxalq festivallarda laureat və ikinci, üçüncü yerlərə layiq görülüblər. Birlik 30-dan çox beynəlxalq sertifikatla təltif olunub. İncəsənət Gimnaziyasının nəzdində yaranmış bu birlik Azərbaycan Yazıçılar Birliyi və Gürcüstan Yazıçılar Birliyi tərəfindən də tanınır. Həmçinin, Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri ilə ekskursiyalar və tədbirlərdə iştirak ediblər. 2015-ci ildə “Balaca Yazarlar Birliyi”nin ilk üzvləri Cəfərova Xədicə, Quluzadə Rufiz, Hacıbəyli Həmid, Əliyev Sənan, Məmmədov Səid, Bəbirova Şölə, Eldar Kazımov, Məmmədəliyev Ayxan olubdur. Bu şagirdlərin hər biri İncəsənət Gimnaziyasının məzunudur. 2018-ci ildə “Balaca Yazarlar Birliyi” studiyası fəaliyyətə başlayıb, burada şagirdlər “Bizim Əsgər” və “Ədəbiyyat Sevərlər” verilişləri ilə Tədris TV-də çıxış ediblərlər. Dəfələrlə radioda qonaq olmuş və ədəbi dünyada fəaliyyətləri ilə böyük maraq doğurublar.Hazırda, 2024-cü ildə, “Balaca Yazarlar Birliyi” yeni üzvlərlə fəaliyyətini davam etdirir. Bu qrupun fəalları arasında Abdullayev Elsevər, Paşa Quliyev, Zəhra Quliyeva, Fateh Tağıyev, Rəhimə Mənsimzadə, Selcan Balakişili və Zeynəb Həmzəyeva yer alır. Bu günə qədər “Balaca Yazarlar” tərəfindən dörd hekayə toplusu çap edilibdir. Bu kitablar Heydər Əliyev ili, Şuşa ili və sonuncu kitab isə inklüziv uşaqlara həsr olunmuşdur.Bu il, 2024-cü ildə “Balaca Yazarlar Birliyi” dövrün tələblərinə uyğun olaraq, COP 29 (Yaşıl Dünya Naminə İli) çərçivəsində yeni bir hekayə toplusu nəşr edəcək Hekayələr təbiət mövzusunu əhatə edir.Balaca Yazarlar Birliyinin və studiyasının rəhbəri və yaradıcısı AYB nın üzvü yazıçı -publisist AMK nın mətbuat katibi Aysel Fikrətdir. Balaca Yazarlar birliyi AMK nəzdində İncəsənət Gimnazıyasının tərkibində fəaliyyət göstərir.
BYB rəhbərindən :Bildiyimiz kimi, bu il “Yaşıl Dünya Naminə” ili kimi qeyd olunur. COP29 ərəfəsində, balaca yazarlarım da təbiətdə baş verən hadisələrə laqeyd qalmayıblar. Onlardan bir neçə şagirdimin yazılarını redaksiyaya göndərirəm. Mehriban, cəsarətli və istedadlı şagirdlərimə daha böyük nailiyyətlər və uğurlar diləyirəm. AMK -nın Mətbuat katibi Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Teatr Şöbəsinin müəllimi
Aysel Fikrət

Həmzəyeva Zeynəb – 8 -ci sinif 1 -ci hekayə
Kiçik Addımların Gücü
Sıx meşələr və mənzərəli tarlalarla əhatə olunmuş kiçik bir şəhərdə Fuad adlı bir oğlan yaşayırdı. Uşaqlıqdan açıq havada vaxt keçirməyi sevirdi: meşə yolları ilə qaçmaq, giləmeyvə yığmaq və quşlara baxmaq. Təbiət onun üçün əsl sehr idi – günlərini sevinc və ilhamla doldururdu. Bir gün sevimli yolu ilə gedərkən Fuad ətrafda quşların az olduğunu və ağacların parlaq yarpaqlarını itirməsini gördü. Durub düşündü: “Nə baş verir?” Tezliklə o, yaxınlıqda meşənin bir hissəsini məhv etmək təhlükəsi yaradan yeni tikinti layihəsinin başladığını öyrəndi. Fuad ümidsizlik içində idi. O, başa düşürdü ki, insanlar təbiəti qorumağa başlamasalar, bu gözəlliklər tezliklə yox olacaq. Oğlan hərəkətə keçməyə qərar verdi. Dostlarını yığıb narahatlığını onlara danışdı. Birlikdə tikintiyə qarşı imza toplamağa, aksiyalar təşkil etməyə və meşəni dağıntılardan təmizləməyə başladılar. Tezliklə böyüklər onların təşəbbüsündən xəbər tutdular və qəsəbədə müzakirələr başlandı. İnsanlar təbiəti qorumağın vacibliyini və hər birinin bu işdəki rolunu daha dərindən dərk etməyə başladılar. Bir müddət sonra yerli hakimiyyət planlarına yenidən baxdı və meşəni qorumaq, orada təbiət qoruğu yaratmaq qərarına gəldi. İndi Fuad bilirdi ki, hər kəs təbiətin qorunmasına öz töhfəsini verə bilər və hətta kiçik addımlar belə böyük dəyişikliklərə səbəb ola bilər. Bu təcrübə ona ətraf aləmin qayğısına qalmağı, hər damcı suyun, hər otun və hər quşun qədrini bilməyi öyrətdi. Təbiət sadəcə həyatın fonu deyil, qayğı və hörmət tələb edən ən sadiq dostumuzdur. Və hər birimiz onun müdafiəçisi olmağa qadirik!
Təbiətin Sirri – 2 -ci hekayə
Bir zamanlar, dağların arasında kiçik bir kənd var idi. Bu kəndin ətrafı sıx meşələrlə, axar çaylarla və geniş çəmənliklərlə əhatə olunmuşdu. Kənd sakinləri təbiətə dərin bir bağlılıq hiss edirdilər; onlar hər bahar çiçəklərin açılmasını, yayda meyvələrin yetişməsini, payızda yarpaqların saralmasını, qışda isə qarın düşməsini sevinclə qarşılayırdılar.
Kəndin ən yaşlı sakini, Şahverdi Baba, kəndlilərə həmişə təbiətin sirrlərini öyrədərdi. O, meşədəki bitkilərin, çayın axışının və hətta quşların nəğmələrinin hər birinin öz hekayəsi olduğunu söyləyərdi. Bir gün, Şahverdi Baba gənc bir qız olan Həcərə yaxınlaşdı. Həcər təbiəti çox sevirdi, amma onun sirlərini öyrənmək istəyirdi.
-Baba, mən təbiəti daha yaxından tanımaq istəyirəm,- Həcər dedi. Şahverdi Baba ona gülümsədi və meşəyə getməyi təklif etdi.
Meşəyə daxil olduqda, Həcər bir çox maraqlı şeylər gördü: parlaq çiçəklər, müxtəlif ağaclar və çayların şırıltısı. Şahverdi Baba ona hər bir bitkinin və heyvanın öz əhəmiyyətinin olduğunu izah etdi. Həcər meşənin dərinliklərində bir yaşıl qızılgül gördü. Bu, digər çiçəklərdən fərqli olaraq, çox nadir bir çiçək idi.
-Baba, bu çiçək niyə belə gözəldir?- Həcər soruşdu.
-Bu çiçək təbiətin gözəlliklərini simvollaşdırır,- Şahverdi Baba cavab verdi.
-O, təbiətin mükafatıdır. Amma onu qorumaq vacibdir, çünki onun sirri yalnız bir neçə insan tərəfindən bilinməkdədir.-
Həcər çiçəyi diqqətlə izlədi. Şahverdi Baba ona dedi ki, təbiəti qorumaq və onun sirlərini başqaları ilə bölüşmək, insanların və təbiətin bir-birinə bağlılığını gücləndirir.
Geri dönərkən, Həcər kəndə dönməyi və bu sirri paylaşmağı qərara aldı. O, öz dostlarına və ailəsinə təbiətin gözəlliklərini və qorumağın vacibliyini izah etdi. Kəndin insanları Həcərin dediklərinə qulaq asdılar və hamısı birlikdə təbiəti qorumaq üçün çalışdılar.
Beləcə, kənd əhalisi təbiətə olan bağlılıqlarını daha da dərinləşdirdi. Həcər və Şahverdi Baba sayəsində kənd, təbiətin sirrlərini qoruyan bir yerə çevrildi. Hər il bahar gələndə, insanlar meşədəki o nadir qızılgülü ziyarət edir, onu qorumaq üçün söz verirdilər.
Və beləliklə, Həcər və Şahverdi Baba, təbiətin sirrini kəşf edərək, onu gələcək nəsillərə ötürməyi bacardılar. Kənd isə, zamanla, təbiətin əsl dostu oldu.

ƏTRAF MÜHİTİ QORUYAQ -Zeynəb Səfərova 8 ci sinif
Bir gün televizora baxırdım. Xəbərlərdə meşələrin yandiqlarından bəhs edirdilər və bu yanğın getdikcə yayılırdı. Çox dəhşətli idi. Meşələr niyə yanır? Meşələri kim yandırır? Meşələrdən sonra evlərdə yanacaq? – deyə bunları düşünürdüm.
Sabahısı gün dostumla görüşdüm və xəbərləri ona danışdım. O da çox qorxmuşdu. Park oturub nə edəcəyimi düşünürdüm. Birdən mənim ağlıma belə bir fikir gəldi. Məhəllədəki uşaqları toplayıb, əşyalarımızı yığıb meşəyə nəzarətə gedək?- dedim. Dostumda razılaşdı.
Beləliklə bütün uşaqlar yığışıb sabah 11-də meşəyə getməyi planlaşdırdıq. Səhəri gün hər kəs parka gəldi, birləşib meşəyə getdik.
Getdiyimizdə ağacların çoxu yanmışdı, budaqları qırılmışdı, yarpaqları solmuşdu, elələri də var idi ki, kökündən kəsilmişdi. Yanğın hələdə sönmədiyi üçün bizə çox uzaqlara getməyə icazə vermədilər. Birdən iki gənc oğlanın ağacların budaqlarını qırdığını, kökündən mişarla kəsdiyini gördük. Tez onlara yaxınlaşıb niyə belə etdiklərini soruşduq Onlar isə bizə – gedin burdan – dedilər. Təbi ki, biz getmədik və mən bu etdiklərinin necə pis bir hərəkət olduğunu başa saldım. – Ağacları niyə qırırsız? Bu sizin sağlığınız üçün təhlükəlidir. Ağaclar olmasa biz nəfəs ala bilmərik. Onlar havadaki karbon qazını udur və bizə rahat nəfəs almaq üçün oksigen qazı verirlər, havamızı təmizləyirlər. Ağacları yandırsaq yanğın evlərimizə qədər gələ bilər. Yanğınsöndürənlər nə qədər əziyyət çəkirlər. Niyə? Həm bizi, həmdə təbiəti qorumaq üçün. Mən sözlərimi yenicə bitirmişdim ki polislər gəldi və o iki gənci tutub apardi. Bizədə təşəkkür etdi məlumat verdiyimizə görə.
Beləliklə təbiətə zərər verənlər cəzalandı, yanğınlar bitdi və güllərimiz ağaclarımız yenidən açdı.

Göygölün Dərinliyi Selcan Balakişili 6 -cı sinif
(Mövlud Süleymanlının nəvəsi)
Hər bir insanın doğulduğu və boya-başa çatdığı ölkə onun üçün doğma və əzizdir. Dünyada çox az insan ola bilər ki, boya-başa çatdığı ölkəni sevməsin. İnsan üçün vətən, ən əlverişli təbiətə malik olan ölkədir. Azərbaycanın gözəl təbiəti, füsunkar gözəlliyi ilə hər birimizin ruhunu oxşayır, gələcəyə ümid verir və ilham bəxş edir.Gözəl guşələrimizdən biri də Göygölümüzdür. Onun gözəlliyi, təbiəti, səfası ilə Göygölə aid mahnılar və şeirlər yazılıb. Göygölün görünüşü də bir musiqi kimi insana harmoniya və sükunət verir.Göygölün suyu, meşəsi, çəməni, çiçəkləri, səması, sərin havası, göydə qanad çırpan quşları, gölün üzərində üzən balıqları və gölün dərinliyi – bütün bunlar Göygölün gözəllikləridir. Hündür təpələrin yaşıl örtüyü, ətrafdakı dağlar və dumanla örtülmüş zirvələri… Bu mənzərə insanın ruhunu ovsunlayır. Göygölün ətrafındakı dağlara duman enəndə, sanki ağ örpək üzərində oturmuş bir nağılın içindəyik. Sakit havalarda, Göygöl sanki səmanın güzgüsünə dönür, suyun səthindəki hər bir əks, sanki bir rüya kimi qarşımıza çıxır.Bu gözəl təbiətin mənzərəsini sözlərlə təsvir etməyə çalışmaq nə qədər çətin olsa da, yenə də bu cür gözəllikləri hiss etməyə və paylaşmağa dəyər. Göygölün təbii gözəlliklərini, yaşıl təpələrin sükunətini və əzəmətini hansı sözlərlə ifadə etmək olar? İnsan Göygölə baxanda sanki bir röyada olur, hər şey o qədər möcüzəvi və ahəngdar görünür.

Mənsimzadə Rəhimə 8- ci sinif
Ekologiya və biz 1- ci hekayə
Məktəbdən evə qayıdırdım, amma çox fikirli idim. Çünki, məktəbdə müəllimə demişdi ki, ekologiya ilə bağlı hekayə yazın. Hm… Nə yazacağımı bilmirdim. Evə çatdıqdan sonra, dərhal qələmi əlimə götürdüm, vərəqi qabağıma qoydum və yazmağa hazırlaşdım. Lakin ağlıma bir fikir gəlmirdi. 1 saat keçməsinə baxmayaraq, mən hələ də bir şey fikirləşib yaza bimirdim. Yox! Belə olmaz! Əsəbləşib vərəqlə qələmi kənara qoyub ayyaqabılarımı geyinərək çölə çıxdım. Düşündüm ki, bi az gəzdikdən sonra mövzu ilə bağlı yenidən öz fikirlərimi yazaram. Bir az getmişdim ki, bu zaman mənim qulağıma bir səs gəldi. Yaxınlıqda kimsə “eeee…. bu motor yenə xarab oldu” deyinərək öz-özünə danışırdı. Çönüb səs gələn tərəfə baxdıqda, tüstünün ərtaf mühitə doğru hərəkət etdiyini gördüm və bu mənzərə mənə çox pis təsir etdi. Lakin mən hərəkətimi davam etdirdim. Parka çatmamış ayağıma nə isə ilişdi. Az qaldı ki, yıxılım. Ancaq buna baxmayaraq özümü tez idarə etdim. Başımı aşağı sallayanda, gözlərimə şüşə parçası və paslanmış konservə bankası sataşdı. Bir anlıq düşündüm ki, əgər hansısa heyvan bu konservə bankasına ilişsə, xəsarət ala bilərdi.
Cibimdən solfet götürüb şüşələri kənardakı qutuya atmağa başladım. Yığışdırdıqdan sonra hal-əhvalım qalmamışdı. Düşündüm ki, parka çatsam, bəlkəm mövzu ilə bağlı nə isə yaza bilim. Parkda çox inanlar var idi və mən skamyaların birində əyləşib dincimi almaq istədim. Qarşıdakı skamyada uşaqlarlari ilə bərabər valideyinləri də oturmuşdu. Lakin uşaqların yeməkləri yeyib zibilləri yerə atmalarına valideyinlər göz yumuurdu. Skamyanın ətrafı sanki zibilliyə dönmüşdü. Bu vəziyyətdə hətta mən valideyinlərə öz iradımı bildirsəydim, biliiridim ki, nəticəsi olmayacaq.
Evə qayıtdıqdan sonra qələmlə vərəqi götürüb hekayəni yazmağa hazırlaşdım. Artıq nə yazacağımı bilirdim. Çünki bu gün baş vermiş hadisələri öz hekayəmdə işıqladırmaq fikrinə gəlmişdim. Hekayəni yazıb tamamladım və hekayənin sonu “Ekologiyanı qoruyun” cümləsi ilə bitdi.
Ertəsi gün məktəbdə hekayəni oxudum. Bitiridikdən sonra hamı məni alqışladı. O gündən bəri mən ekologiyanı qoruyuram. Bəs siz?
İnsani borc 2 -ci hekayə
Məktəbdən qayıdırdım, adi gün idi, ancaq… Müəllimin dediyi sözlər heç yadımdan çıxmırdı. “Təbiəti qoruyun!”. Zərər verən elə insanların özləridir. Yəqin özünüzə sual verərsiniz ki, müəllim niyə bu sözləri dedi? Bu sualın bir cavabı var. Bu günkü dərsimizin mövzusu ekologiya ilə bağlı idi. Evə gedərkən yol boyu müəllimin dediyi sözlər ağlımdan çııxmırdı. Piyada keçidə çatıb yolu keçməyə hazırlaşırdım. Fikirli olduğumdan az qaldı ki, qırmızı işıqda keçim. Bu zaman mənim fikrimi dağıdan bir pişiyn səsi oldu. Ətrafa baxarkən heçnə gözümə sataşmadı. Üzümü çevirib yolu keçmək istəyəndə, yenidən pişiyin səsi gəldi. Birdən ayağımın altında istilik hiss etdim. Başımı aşağı əyəndə bir pişik gördüm. Onun başı şüşə balonunun içində olduğundan çətin nəfəs alırdı. Dərhal pişiyi qucağıma alıb yaxınlıqda olan baytar həkimin yanına yollandım. Həkim növbəsində çox insan olduğundan ondan xahiş etdim ki, pişiyə növbədənkənar yardım etsin. Cibimdə olan bütün pullarımı çıxarıb həkimə uzatdım. Cəmi 7 manat 10 qəpiyim var idi. Baytar həkim əlimdəki pulu görüb, onu götürməkdən imtina etdi və mənə dedi ki, bu pula pişiyə yem alarsan. Baytar həkim pişiyi qucağına alıb əməliyyat otağına keçdi. On qəqiqəlik müddət mənim üçün sanki 2 saata bərabər idi. Həkim pişiyi mənə verib dedi: “Sən çox cəsarətli qızsan ki, pişiyi dərhal götürüb yanıma gətirmisən. İnsan yardımı olmadan bu pişik qurtula bilməzdi. Bu səbəbdən sənə tərbiyə verən valideyinlərinə çox sağ deyirəm”. Həkimə öz təşəkkürümü bildirib pişiklə bərabər oranı tərk etdim. Sonradan pişiyi hara aparacağımı düşündüm. Pişiyə diqqətlə baxdım. Rəngi çox gözəl və maraqlı idi. Sarı, narıncı və ağ rəngdə, gözləri isə mavi idi, sanki okeana bənzəyirdi. Pişik mənə sarınanda daxilində ki, qorxunu hiss etdim. Pişiyi özümlə evə aparmaq qərarına gəldim. Pişiyə verilən əzaba görə içimdə insanlara qarşı neqativ hisslər yaranmışdı. Axı pişiyin nə günahı var idi ki, ona bu zülmlər edilib. O, sadəcə özünə yem axtarırdı. Əgər insanlar buna məsuliyyətlə yanaşsaydılar, belə hallar baş verməzdi. Bunları düşündükdə gözlərim doldu və valideyinlərimin pişiyə hansı reaksiya verəcəyi çox narahatlıq doğururdu.
Evə çatdım. Qapıdan içəri girib pişiyi buraxmaq istədikdə, o dırnaqları ilə mənim köynəyimdən yapışdı. Elə bilirdi ki, mən onu buraxıb tək qoyacam. Ancaq mən ona tez-tez sığal çəkərək “Mən səni heç zaman tək qoymayacağam və həmişə sənin yanında olacam” sözlərini deyərək başa salmağa çalışırdım. Pişik başını qaldırıb mavı gözlərini mənə zillədi. Mən o an hiss etdim ki, pişik mənim sözlərimi başa düşdü. Pişiyi yerə qoyarkən yadıma düşdü ki, ona yem almamışam. Soyuducunu açanda gözümə kolbasa sataşdı. Kolbasanı doğrayub pişiyin qabağına qoydum. Onu yedizdirdikdən sonra, ona ad verməyi düşündüm. “Hmmm…. Adını nə qoyaq sənin? Bəlkəm Murka? ” Gördüm heç bir reaksiya vermir. “Bəlkəm adın Lyusi olsun?”. Ona da əhəmiyyət vermədi. Bu zaman masanın üzərində olan limon diqqətimi cəlb elədi. Zarafat olaraq pişiyi “Limon” adı ilə çağırıdm. Pişiyin mənə tərəf qaçmağını görəndə təccübləndim. Fikirləşmədən qərara gəldim ki, pişyin adı elə Limon qalsın. Ona başım elə qarışmışdı ki, hətta valideyinlərimin işdən gəlməsini belə hiss etmədim. Birdən qapı döyüldü və sanki nəfəsim dayandı. Həyacandan valideyinlərimə nə deyəcəyimi bilmirdim. Ancaq bu hadisəni valideyinlərimdən gizlədə bilməzdim. Qapını açanadək ağlımdan min fikir keçirdi. Qorxurdum ki, atam pişiyin evdə qalmasına razı olmaz. Anamla atam evə daxil olanda pişiyi gördülər. Onlar diqqətlə pişiyə baxdıqdan sonra, mən özümdə cəsarət toplayıb dedim: “Tanış olun. Bu Limondur”. Düşünürdüm ki, bu hərəkətimə görə danlanacam. Elə bu zaman atam soruşdu: “Necə oldu ki, sən bu pişiyi tapdın?”. Mən isə hər şeyi olduğu kimi danışanda, atamala anam çox məyus oldu. Və atam söylədi: “İnsanlar necə də qəddar imiş. Köməksiz və dilsiz heyvana zülm edərlərmi?”. Bu an anam məni bərk qucaqlayıb dedi: “Sən hər şeyi düz etmisən. Biz həmişə sənə dəstək olacağıq”.
O vaxtdan bəri Limon artıq bizim evdə yaşayır. O günü mən heç zaman unutmaram. Bu hadisədən sonra etəsi gün mən məktəbə yollandım. Limonu da özümlə bərabər apardım. Onu qucağıma alıb sinifin ortasında uşaqlara baş vermiş hadisəni danışdım. Sonra Limonu başımın üstünə alıb dedim: “Baxın! Bu da bizim kimi yaşamaq, nəfəs almaq və diqqət görmək istəyir. Biz özümüz heyvanlara zülm edir və təbiəti məhv edirik. Əgər hər birimiz məsuliyyətlə yanaşsaq və təbiəti qorusaq, bu hal heç vaxt baş verməz.” Sözümü bitirmişdim ki, elə bu zaman sinif yoldaşlarım hamılıqla məni alqışladı. Mənim çıxışımı videoya çəkib internet saytlarında paylaşmışdılar. O gündən sonra mən fikir verdim ki, sinif yoldaşlarımın da ətraf mühitə məsuliyyəti və heyvanlara olan sevgisi artmışdı. Buna görə mən çox sevinərim. Çünki biz hansısa heyvanın ölməməsi üçün səbəbkar ola bilərik.
Bu hekayə ilə onu demək istəyirəm ki, siz də təbiəti və heyvanları qoruyun. Çünki, təbiəti qorumaqla bərabər, eyni zamanda biz özümüzü və heyvanları qorumuş oluruq.