.....

.....

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR

TOPLUSU YAYINLANDI

Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi
məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın
hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın
aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanmışdır.
Oxucuların mühakiməsinə verilən kitab Güney Azərbaycanla bağlı tarixi,
siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə aydınlıq gətirilməsi məqsədilə
hazırlanmışdır. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji
səpkili araşdırmalara yer verilmiş, bu isə problemin hərtərəfli müstəvidə
dəyərləndirilməsinə imkanlar açmışdır.
Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi
çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir:
“Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovinist İran fars rejiminin
basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına
sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən,
qürbətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səssiz
qalmaqdadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dünyada
edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasındadır. Ölkədə narkotik
alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti
siyasi fəaliyyətlə məşğul olan şəxslərdir”. “Ön söz”də daha sonra Güney
Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərərə aydınlıq gətirilir:
“Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri
həllini gözləyən bir sıra ortaq siyasi məsələlərin çözülməsinə imkan verəcəkdir.
Başqa sözlə, Güney Azərbaycanın bağımsızlıq qazanması ilə yad güclərin əlilə
parçalanmış vahid xalqın birləşərək gələcəkdə yaratmış olacağı Bütöv Azərbaycan
dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynacayacqdır”.


Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini
tamamlayan məqalələr Azərbaycan araşdırıcıları ilə yanaşı, Türkiyə və Misir
alimlərinin əsərlərini də əhatə etməkdədir.