***
Bu payız da əvvəlkinin tayıdır
Gedəni qaytarmaz, gələni gedər..
Ürəyim arzular limanı kimi
Gah kədər döyəclər, gah da qəm didər…
Sən elə düşürsən yadıma mənim
Kövrəlib doluram, üz çevirirəm
Sənə yazacağım məktub yarımçıq
Vərəqi əzirəm, söz çevirirəm..
Hardasan, neynirsən bu gecə vaxtı
Xəyallar üzünə dururmu görən?
Sən hardan biləsən səndən uzaqda
Var gündə yüz dəfə dirilən, ölən
Inanmazdım payızı var bu eşqin
Xatirələr yarpaq-yarpaq tökülər…
Çətin birdə geri dönər o günlər
İnanmıram ruhum eşqlə bükülər…
Çətin birdə o həvəsdə olam mən
Öldürmüsən sən içimdə hər nə var.
Yazıq-yazıq baxır yola ümüdlə
Eşqim quzu, getdiyin yol canavar…
***
Nə gündüz unuduram
nə gecə ovunuram
Ürəyə “döz” deyirəm, günü yola verirəm..
Öz-özümlə danışıb
Dəli kimi gülürəm…
Sən gedəndən boşluqdur:
Evdə
Yolda
Küçədə…
Qayıdacaqsan sanıb
İnanıram hələ də…
Belə getməməliydin
Qəfil,
Vaxtsız-vədəsiz…
Daha gecdi əzizim!
İndi qayıdıb gəlsən
Qapıda deyəcəklər:
-Ünvan çoxdan dəyişib
xanım, düz gəlməmisiniz…
Ayrılaq
Ayrılaq çəkməyək bu qədər zülüm
Ayrılaq elə bil heç sevməmişik.
Biz necə qovuşa bilərik gülüm
Biz ki doğulandan ayrı düşmüşük..
İnanma yenidən gələm həvəsə
Dönməmçün bir adı zəngi bəs eylər..
Bu eşqin rəsmini çəkmək istəsə
Rəssama bir qara rəngi bəs eylər.
Gör neçə fəsili verbmisən bada
Ümüdlə özümü aldatdım hər gün.
İlk görüçş yerindən üzr istə, ya da
Qaçaq o yerlərdən düşək didərgin..
Əzəldən beləydin hissiz . duyğusuz.
Qayıtma yerini kimsə tutacaq.
Gələndə ömrümə gəldin heç nəsiz
Gedirsən xatirə apar bir qucaq.