.....

.....

Azərbaycan Milli Konservatoriyasında “Sənət Məbədində Bir Gün” adlı Mətbuat Konfransı keçirilib

Azərbaycan Milli Konservatoriyasında “Sənət Məbədində Bir Gün” adlı Mətbuat Konfransı keçirilib

Azərbaycan Milli Konservatoriyasında “Sənət Məbədində Bir Gün” adlı Mətbuat Konfransı keçirilib

25 noyabr AMK -nın Bakı Zalında Azərbaycan Milli Konservatoriyasında Nəsimi Operasının Premyerası və AMK nın milli musiqi təhsili mövzusu altında “Sənət Məbədində Bir Gün” adlı Mətbuat Konfransı keçirilib.

“Yeni Azərbaycan” xəbər verir ki, tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, idarə heyətinin üzvləri, kafedra müdirləri, müəllim və professorlar, həmçinin Azərbaycanın tanınmış qəzet, sayt və televiziya kanallarından əməkdaşları iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi təhsili, AMK-nın tələbələrdən ibarət Xor və Orkestr kollektivləri (bədii rəhbər Dosent Leyla Zalıyeva), Milli Konservatoriyada keçirilən memorandumlar, Tələbə Yönümlü universitet olması, digər universitetlərdən fərqi və Nəsimi operasının yaranması mövzularında ətraflı məlumat verilib.

Mətbuat konfransını AMK-nın mətbuat katibi Aysel Fikrət açıb:
Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi Aysel Fikrət təhsil və musiqi ocağında bu tarixin önəmli günlərdən biri olduğunu vurğulayıb: “Azərbaycan Milli Konservatoriyasında bu gün mətbuat konfransı keçirilir. Qeyd etməliyəm ki, bizim bir çox naliyətlərimiz olub. Son bir ildə burada müxtəlif festivallar, hesabat konsertləri, tələbələrdən ibarət xor və orkestr qruplarının məşqləri keçirilir. Eyni zamanda digər mədəniyyət ocaqları ilə əməkdaşlıq müqavilələri bağlanıb. Burada təhsil alan tələbələr artıq özlərini sənətkar kimi hiss edirlər. Bizim özəlliyimiz ondan ibarətdir ki, Azərbaycan Milli Konservatoriyası Milli Musiqinin keşiyində durur”.

Sonra Rektor Siyavuş Kərimi, Azərbaycan Milli Musiqi Təhsili və Nəsimi Operası ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Konfransda Azərbaycan musiqi sənətinin inkişafı və Nəsimi Operasının əhəmiyyəti barədə maraqlı müzakirələr aparılaraq fikir mübadiləsi müzakirə olunub. Nəsimi Operasının ərsəyə gəlməsı barədə danışılıb, Bəstəkara Operanın yaranması barədə və uğurla təqdim olunması barədə bir çox suallar təqdim olunub.

Nəsimi operası haqqında sualları cavanlandırarkən sözügedən operanın 6 ay ərzində ərsəyə gətirdiyini deyən xalq artisti, Milli Konservatoriyanın əməkdaşlarının bir anda belə onu tək qoymadığını xüsusi vurğulayıb:
“Opera adətən 2/3 ilə yazılır. Lakin mən “Nəsimi” operanı pandemiya vaxtında 6 ay müddətində bitirdim. Sonra operanın lent yazısı prosesi oldu. Bu da müəyyən zaman apardı. Qeyd edim ki, Milli Konservatoriyanın əməkdaşları bu işdə hər zaman yanımda oldular. Açığı mən bunu opera kimi yox, film opera kimi hazırlamaq istəyirdim. Onu da qeyd edim ki, Azərbaycanda bu janra müraciət 53 il bundan öncə Fikrət Əmirovun “Sevil” operası ilə olunub. Bütün dünyada bu janr elit janr kimi etap olunur. Düşünürəm Nəsimi operası istədiyimiz kimi alındı. Opera bitəndə tamaşaçılar yarım saat ayaq üstündə bizi alqışladılar. Bütün zal dolu idi, bu məni qürurlandırdı”.

Operanın ərsəyə gəlməsində Mədəniyyət Nazirliyinin böyük dəstəyi olduğunu qeyd edən S. Kərimi səhnədə aktyor heyətinin istifadə edəcək geyimlərinin yenidən tikilməsi üçün MN- nin göstərişi ilə maliyyə ayırdığını bildirib: “Digər teatrlarının da bu işdə böyük əməyi olub. Onlar hər bir prosesdə dost köməyini göstərdilər və tam təmənnasız şəkildə bizə lazım olan avadanlıqlar, səhnə geyimləri və s gətirildi. Artıq MN Nəsimi operasında istifadə olunacaq geyimlər üçün maliyyə ayırıb və lazımi proseslər bitəndən sonra Nəsimi operası daha gözəl şəkildə tamaşaçılara yenidən təqdim olunacaq”.