.....

.....

Yaşıl çinar bağlarının həsrəti – Gülər Xəlilbəyli

Yaşıl çinar bağlarının həsrəti – Gülər Xəlilbəyli

Yaşıl çinar bağlarının həsrəti

Yaxşı yadımdadır Peredelkino,
Klubda karnaval gecəsi vardı.
Orda maskaları maska taxmamış,
Bir şümal, bir gözəl qız paylayardı.

Bəzən görürdim ki, bir ayüzlüyə
Eybəcər bir meymun maskası düşür.
Bəzən də görürdün, elə tülkünün
Özü özü ilə bir də görüşür.

Gah da hər gün üzü maskalı olan,
Təzədən üzünə bir maska vurur.
Bəzən də birisi öz sifətini
alır,
qəzəblənir,
qıza qaytarır.

Karnaval qurtarır,
adamlar bir-bir
aldığı maskanı qaytarır qıza.
Amma bəziləri naxələf çıxır,
Qayıdır evinə üzündə maska.


“Hansı sözlərlə başlamaq lazımdır bir məqaləyə?” – deyə düşündüm. Bu elə bir sözdür ki, elə çətin sualdır ki, şeir haqqında yazmaq, şeirin özünü yazmaqdan daha çətindir. 

Mən bu gün sizə şeirdən yazacağam. Xeyr! xeyr, bir daha oxuyun, aram-aram, düşünə-düşünə. Mən sizə 38 illik qısa bir ömrün ədəbiyyata verdiyi möcüzədən danışacağam. 

Nə üçün yazıma “Bir maska karnavalı gecəsi” şeiri ilə başladım? Çünki bu hekayəyə hər zaman düşündüyümüz, alışdığımız çərçivədən kənar başlamaq istədim. Təbii ki, biz ədəbiyyatdan, poeziyadan danışırıqsa, mütləq orada sevgidən, xəyallardan, romantizmdən danışacağıq. 

Mən Əli Kərim haqqında yazarkən ilk olaraq gerçəklikdən, həqiqətdən söz edərək başlamaq istədim. Nədən gerçəklərdən? Çünki, 38 il ömür yaşamış, özünün də dediyi kimi:

30-dan çox yaşamışam,
Göyçayda, Bakıda, Moskvada, Tiflisdə, 
arabada təyyarədə,
gah qum üstündə, gah da dənizdə,
sevgi toranında,
mühazirə salonunda,
sevgilimlə bir-birimizə deyəcəyimiz 2 söz arasında,
xəstə olarkən həkimin mənə etdiyi çarəsində, 
bəzən baş tutmayan şeirimin dağılmış divarlarının xarabasında,
bəzən söz yarışında, bəzən ölüm sözünün polyar qışında

Bu duyğulara sahib bir şair sizə gerçək sevgini hiss etdirər, yaşadar yalnız. Yaşadar deyirəm, yaşamaq başqadır, başqa… 

Əli Kərim deyir ki:

Saatım var.
Bir insan sevincində bir hissədir.
Solmuş bir təbəssümün parıltısını qaytarmış.

İndi bu yazını oxuyan hər kəs saatına baxsın. Bu saatlarda oxuduğunuz hər bir söz qızıldan dəyərlidir çünki. Çünki sizə gerçəkləri söyləyəcək. Dayanın. Şair burada deyirki:

Dayan.
Gör nə deyirəm.
Düşün axşam, səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.

İndi sizi düşündürsün Əlidən qalan bu kəramətli sözlər. Açıram kitabı, baxıram ki, şair saatı xatırladıb. Görəsən, nə zaman yazıb bu şeiri. Kitabı açdım. İlk səhifə, ilk yazı. 
Əli Kərim “Metronun yaylı qapıları”. Aşağısında 
“Gülər Xanıma ən səmimi arzularımla”
Rəşad Məciddən imza. 18.04.2024 Bakı, ARB.

Bu kiçik notun mənim üçün nə qədər dəyərli, nə qədər əziz olduğunu sizinlə paylaşacağam. Nə isə, səhifələri çevirirəm və aha, budur şeiri tapdım. Vaxtına baxıram: 2 aprel 1964-cü il və davamında nə yazacağımı düşünürəm.

Öz – özümə deyirəm, Aldatma gününün səhəri yazılan bu şeir qədər dünyada gerçək nə ola bilər ki? Nə üçün “Maska karnavalı gecəsi” şeiri ilə başladım yazıma? İndi hər kəs maskalarını çıxartsın. Və şeirlə dərd söyləyirəm deyən adamın şeirlə gerçək fəlsəfəni, gerçək poeziyanı, oxumağı, yazmağı, düşünməyi necə bacardığını görün. 

Hər bir insan maska taxar. Amma şair bu şeirlə sübut etdi ki, poeziyada, ədəbiyyatda belə maska taxan insanlar vardır və bunu şeir vasitəsi ilə insanlara ən incə yolla çatdırmışdı.

Məsələn, sizə şairin həyatından oxuyub təsirləndiyim daha bir gerçək hekayə danışım:

Əli ilə dost idik. Bir gün ona dedim, “Əli, sən də partiyanı tərifləyən şeirlər yaz. Yaxşı işin, evin, dolanışığın olar, uşaqların var” Mənə dedi ki, amma Əli ömrdən ötürü dediklərini edə bilməz. Bu cümlələri yazarkən, ağlımdan “mənim sağ əlim Hüseyn Cavid əleyhinə bir söz yazsa, sol əlim onu baltalayar” fikri keçər. 

O qürurlu Mikayılın müşfiq ruhu nə qədər ucadır. Bu dünyadan bir Əli Kərim, bir Müşfiq keçdi. Sözlərinin verdiyi qürur hissi ilə gerçəklər nə qədər acı olsa da gözəldir deyə bilirik. Gerçək sevgi ən dəyərli hədiyyədir qəlbimizə. Qəlbimizə bu sevgini salan müşfiq ruhu, Əli Kərim gerçəkliyi nə qədər gözəldir. Elə bir gözəllik ki, onun içində səmimiyyət var. Məsələn, şairin bu bacısı oğlu Vaqif doktorun mənə dediyi o səmimi sözlər:

– Qızım, Azərbaycana gələndə sənə Əli Kərimin “Qaytar ana borcunu” şeirində yazdığım ana “səsləri Əsmər Çiçək bacının” misralarındakı Əsmər Çiçək xalanın evini göstərəcəyəm. 

Həyəcanla dedim, 
–  “Vagif dayı, o şeirdə Əsmər Çiçək xala həqiqətən mi olmuş?”
–  Bəli, qızım, şair qonşudakı Əsmər Çiçək xalanın adlarını yazmış. 

Yenə gözlərim doldu. Bu kiçik misrada olan Əsmər Çiçək bacı gerçəkliyi bütün paçtalyondan məktub gözləyən anaların həqiqətindən daha dərin, daha gözəldir. Qaytar ana borcu şeiri ən gözəl ana şeiridir. Ən gerçək, ən dərin. Heç bir paçtalyondan gələn məktub Əsmər Çiçək bacının gerçəkliyi qədər dərin olmayacaq heç vaxt. Niyə paçtalyondan gələn məktuba bənzətdim? Bu sualın cavabı məndə qalsın. Eyni Fuad Poladova verilən suala “nə gözəl sualdır” deməsi kimi. Nə gözəl deyərkən, bir rəsm əsəri çizərcəsinə baxışları qədər gözəl, amma sonunda o suala cavab verməyəcəm deməsi qədər dərin duyğularla… Bu sualı da oxucular düşünə və dəyərli Aysel xanım Nəsirzadəyə bildirə bilərlər. Hər kəs maska taxar deyəndən, şair bir də deyir ki:

Amma tülkünün özü də
Karnavalda tülkü maskası taxır.
Bəziləri naxaləf çıxır,
Qayıdır evinə, üzündə maska.

İnanıram ki, bu yazını hər kəs maskasını çıxararaq oxuyacaq. Bəlkə o zaman şairin dünya başdan başa nəymiş sualına cavabı tapa biləcək. Necə ki, mən bu şeirlə 4484 km uzaqdan şairin ruhundan bir parça tapdım. Əli Kərim dediyimdə gözümdə bir həsrət canlanır. Və şair, sən fikrimin incə günü bir həsrət nəğməsisən. Əgər bu gün maskaları çıxardıb hər şeyi çılpaqlığı ilə oxumaq, düşünmək qərarına gəldiksə məndə bu hekayəni sizə bütün səmimiyyətimlə danışacağam. 

Göyçayda kiçik bir park var, Əli Kərim parkı. Hekayə burada başlayır. Bu parkla bağlı xatirələrim hər zaman mənə Nazim Hikmətin “Gülhanə parkı, ceviz ağacı” şeirini  xatırladır. Şair deyir ki,:

Başım köpük-köpük bulud,
İçim-dışım dəniz.
Mən bir ceviz ağacıyam
Gülhanə parkında.

Mən bir nar çiçəyi olmaq istərdim Əli Kərimin parkında, şairin qəbrində. Amma həyat insanı bəzən çox uzaqlara da apara bilir. İllərdir Almaniyada yaşayıram. İlk Azərbaycan səyahətim onun adı ilə bağlı olsun deyə düşündüm. Bu mənim üçün çox nadir görünənAurora ulduzları qədər uzaq bir xəyal idi. Amma şairə olan sevgim ondan bir parça axtarmağa başladı. Beləliklə, Əli Kərimin ailəsindən kimisə tapa biləcəyəm deyə düşündüm. Sadəcə bir an, bir an danışa bilsəm, şairdən bir xatirə eşitsəm, öyrənsəm deyə düşünə-düşünə araşdırmağa başladım. Övladlarından yalnız biri həyatdadır deyə oxudum, Azər bəy Kərimov. Azər bəy haqqında oxumağa başlayıram. Səhər saat 5. Bir yaz gecəsi sərinliyi ilə açılan bir aprel səhəri havası hiss edirəm. İçimdə adını qoya bilmədiyim bir rahatlıq hissi var. 

Çox gözəl bir səhərdir. O qədər gözəl ki, şairin misraları kimi.

Mənki səni sevirəm,
Bir şən mağarda, toyda
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Mənki səni sevirəm,
Susuzluğun od vurub
Köz kimi yandırdığı
Dodaq su sevən kimi.

Belə bir sevgi ilə aradım onu. Azər bəy Kərimov yazdım internetdə. Ankara, Birkent Universiteti, fizika-riyaziyyat elmləri doktoru yazısı ilə qarşı-qarşıya idim. Türkiyə Riyaziyyat Olimpiya Komitəsinin sədri. Düşündüm, Almaniyadan Türkiyəyə necə çata biləcəyəm. Azər bəyin maili yazılmışdı. Bir ümid yazdım. Mailə başlıq olaraq şair Əli Kərim yazdım. Sonra davam etdim. “Azər bəy, mən atanızın, Əli Kərim poeziyasının aşiqiyəm. Şair haqqında sadəcə bir anı, bir xatirə paylaşın mənimlə, lütfən. Bu mənim nömrəmdir. Əlaqə saxlasanız çox sevinərəm.”

Mailimə cavab gəlmədi.  Ancaq içimdə bir ümid var idi və davam edəcəyəm dedim.Göyçaydan Rəsul Rza ev muzeyiylə əlaqə saxladım. Şairin ailəsi haqqında soruşdum. Mənə kömək etmələrini istədim. Beləcə Vaqif doktorla tanış oldum. İki gün sonra telefonuma mesaj gəldi. Tarix 3 aprel. “Gülər xanım, salam, imeylinizi aldım. Şənbə yada bazar günü danışa bilərik. Nömrə Türkiyə kodu və mən mesajı qucaqladım. Siz heç bir şairi mesaj qucaqlayacaq qədər sevdinizmi. Mən sevdim. Və o an həmən dəftərimə yazdım. 3 aprel saat 18:30. Şair dünya başdan başa səadət imiş. 

Sonra davam etdim, bu gün səndən bir parça tapdım həm də neçə kilometrlərlə uzaqda. Bethovenin ay sonatası notlarını dinləyirdim və bir zamanlar mənə çox uzaq idi Bethoven. Sonra onun evinə gəldim. İndi sənə gedəcəyəm şair. Azər bəylə söhbətimiz belə başladı. 

–  Azər bəy, mənə bir xatirə danışın lütfən. 

–  Qızım, bilirsən, atam çox gənc yaşda dünyasını dəyişdi. Onunla bağlı ağlımda qalan “vəsiyətnamə şeiri” dir. Öləcəyini bilirdi, öncədən yazmışdı. Ancaq o şeiri gizləmişdi. Anam tapıb oxuyanda ona çox əsəbləşib. Mən öldükdən sonra oxumalıydın demiş. 

–  Hansı şeiri? – dedim, Aa xatırladım.

Tabutuma bir az kağız qoyun,
Bir dənədə qələm.
Hayıf bu yaşda heç nə deməmişəm.
Dostlar bir şeir desinlər,
İşdi imkan olsa
Bir dənədə mahnı çaldırsınlar.
Şeirlə mahının möcüzəsiylə ayılmağa
Çox dəli bir ümidim var.
Gecələr yazmaq, oxumaq eşqi gələndə
Asın təbəsümümü
Divar lampası kimi
Baş üstündə.
Üç canımın, üç igid oğlanımın:
Paşamın Azərimin, Orxanımın.

–  Qalan misrallar yadımda deyil, Azərbəycan.  
–  Mənim də, qızım, 

Bir susqunluq hiss etdim. Arxasıyca soruşdum:

– Azər bəy, şairin “Nə xoşbəxt imişəm bir zaman Allah” şeirində sonda verdiyi suala, “dünya başdan başa, nəymişdi, nə?” Necə cavab verərdiniz? Gənclərə nə məsləhət edərdiniz? 
–  Qızım, bilirsən, mən riyaziyyatçıyam və çox bir şey deyə bilməyəcəyəm. Qorxuram, səhv olar, məsləhət verməkdən qorxuram. 

Belə bir cavab, belə bir sadəlik, Əli Kərimin oğluna yaraşan, dərin, gözəl bir cavab idi. Amma söhbətimizdə ən çox duyğulandığım an, emailimlə bağlı sözləri idi:
– Sizin mesajınızı alanda çox təəccübləndim. Almanyadan bir xanım yazır və yazdığınız mesaja başlıq olaraq, şair Əli Kərim yazmısınız. Bu çox…

Dayandı. Bir az dayandım. Mən də kövrəldim. Və boğuq səslə:
–  İnsan atasının adını illər sonra bir məktubda görüncə,- sonra yenə dayandı. 

Və mən davam etdim:
– Nə qədər əziz, nə qədər doğma, nə qədər gözəl olsa da, həm də üzücüdür sizin üçün hər halda. Hələ bu ata Əli Kərim kimi bir şəxsiyyətdirsə. 

Sonra Azərbaycan səyahətim başladı. Əlimdə bir buket çiçəklə və Motzard şokoladı ilə Yazcılar Birliyinin binasına daxil oluram. Məni qapıda ləqəbi kimi mübariz olan Gülərxanım Mübariz qarşılayır. Onu tanıdıqca dedim ki, bu dünyada başqa bir Gülər də var imiş. Yasəmən Ətirli şeirlər yazan bir Gülər. Və şəhərin tədbiri Rəşad Məcidin Atamın Xatirəsi şeiri ilə başladı. O gün ən gözəl xatirə kimi qaldı yaddaşımda. Yazcılar Birliyində ən qürur duyduğum anlardan biri Rəşad Məcidin “Gülər xanım, gəl burada dayan, tam burada, Əli Kərim dayanıb.”

Aysel xanım məqaləmizi o şəkillə də yayınlayacaq. Tam Əli Kərimin durduğu yerdə şəkilimi çəkdilər. İllər sonra Azərbaycana getdiyimdə belə gözəl anlar yaşayacağımı düşünməmişdim. Amma Tolostoy haqlıymış. Bütün möhtəşəm hekayələr iki cür başlayır: Ya bir insan yola çıxır, ya da şəhərə bir yabancı gəlir. Bu hadisə sizlər üçün kiçik bir hekayə, mənim üçün isə bir milad idi. Milad demişkən, mənim ad günümə təsadüf etdi bu yazım. Amma sizə səmimi olacam, maskasız olacam deyə söz vermişdim. İndi yazdığım tarix 24 noyabr saat 03.30. Almaniya kimdir? Küşelt şəhəri. Amma dəyərli şairəmiz Aysel xanım 5 dekabr doğum günümə hədiyə kimi hekayəni paylaşar deyə düşünürəm. Şair deyir ki,:

Təbəssümün şəffaf rəngi var,
Kamillik ahəngi var.
Baxışlar dərin,
Gün şüası kimi uzun,
Hansı planetə qədərsə yol gedir,
Kökü ürəkdədir.
Qız baxır birbaşa ürəkdən.
Gözləri ulduzla,
Günəşlə,
Musiqi ilə, dünya ilə dolan.

Bu qıza rast gələcək hansı idrak oğlu? Əlbətt beləsi var dünyada, mənim də arzumdur. Belə qıza layiq olmaq üçün heç olmasa bir ulduz kəşf edib, ona bu qızın adını qoyaydı. Yaxşı oğlan olaydı. Bu gecə siz də bir ulduz kəşf edin. Adı Əli Kərim. Oxuyun və yazın. O ulduzun bizə verdiyi xoşbəxtlik uşaq vaxtı işığa baxıb gözlərimizi qıydığımızda yaranan qığılcımlara bənzəsin. O uşaqların səadətindən oğurlayaq bu gecə. Və çatsın xəyalımızın üfüqlərinə. Və sonda şair dediyi kimi:

Mən elə surətin təşnəsiyəm ki, 
Çatsın xəyalımın üfüqlərinə. 
Bir göz qırpımında yetirsin məni 
Həm ən yüksətliyə, həm ən dərinə. 
Və çatsın xəyalımızın üfüqlərinə. 
Mənim istədiyim o surət olsa, 
Xəyalla idrakı bir yerə qatar. 
Çatar mənzilimə bir an içində, 
Könlün hər arzusu, sözü, əməli. 
Bir göz qırpımında birləşər yəqin, 
Əvvəlin axırı, sonun əvvəli.