.....

.....

ONORE DE BALZAKIN “Qorio ata” romanından seçilmiş fikirlər…

ONORE DE BALZAKIN “Qorio ata” romanından seçilmiş fikirlər…

Fransa ədəbiyyatı.
ONORE DE BALZAKIN “Qorio ata” romanından seçilmiş misralar…

***

Bu vadidə ancaq iztirablar həqiqidir, sevinclər isə çox zaman yalana bənzər; burada həyat o qədər dəhşətlə qaynayır ki, yalnız xariqüladə bir hadisə az-çox uzun müddət üçün təsir buraxa bilər.

***

Müvəffəqiyyətsizlik hər zaman arzularımızın qüvvəsini göstərir.

***

Bəlkə də yalnız allaha inananlar ürəkdən yaxşılıq etmək iqtidarındadır.

***

Qanunlar məcəlləsində bir maddə belə tapılmaz ki, axmaqcasına olmasın.

***

Haradan əmələ gəldiyi məlum olmayan bir çox böyük sərvətlərin sirri cinayətlə bağlıdır, bu cinayətin unudulmağına səbəb məharətlə edilməsidir.

***

Nəzakət ancaq aristokrat tərbiyəsi sayəsində əldə edilsə də, yalnız səmimi olduğu zaman öz kamil dərəcəsinə çata bilər.

***

Qüdrətli hisslərin insandan insana keçmək qabiliyyəti var. Ən nadan bir vücud belə həqiqi məhəbbətlə alışdığı zaman dərhal xüsusi bir şölə saçmağa başlayır, siması dəyişir, hərəkətləri canlanır, səsi ahəngləşir.

***

Səmimi hisslərin təsiri bəzən o qədər qüvvətli olur ki, onlar sükut içində bir müddət bir-birinin üzünə baxıb qalırlar.

***

Bu nalədə sanki dərinliklərə gedən, insan hisslərinin mənbəyi və sığınacağı olan məchul bir mərkəzdə gizlənmiş bir məhəbbətin son sədaları duyulurdu.

Hazırladı: YEGANƏ Əhmədova