.....

.....

Düzəlmir dünya, düzəlmir – Sevil Azadqızı

Düzəlmir dünya, düzəlmir – Sevil Azadqızı

DÜZƏLMİR DÜNYA, DUZƏLMİR.

Yaman coxdur mənəm deyən,
Haqqdan deyir haqqı əyən,
Dərddir ömrü hər gün yeyən,
Düzəlmir dünya, düzəlmir.

Tez yaxılır ağa qara,
Şahliq eyləyir pul,para,
Düzləri çəkirlər dara,
Düzəlmir dünya, düzəlmir.

Yox milləti yada salan,
Dilənirik məhlə, dalan,
Yoxa çıxır olan, qalan,
Düzəlmir dünya, düzəlmir.

Itirmişik ağiz dadın,
Coxu unudubdur adın,
Günündəyik Məşdibadın,
Düzəlmir dünya, düzəlmir.

✍Əlövsət Tahirli

Təhlili:

Şair, ruhunuza sağlıq…
Alliterasiya – obrazlılığın fonetik səviyyəsi şeirin adından başlayır. Obrazlılıqda günün həqiqəti, zamanın mahiyyəti, dövrün təsviri çöküb hər sətrinə, hər sözünə…
Haqdan deyir haqqı əyən…
Bax, məncə, şeirin ideyası budur… Yaxşılıqdan pisliklər, düzlükdən əyrilər, saflıqdan xəbislər danışar…
Sonra hər bəndini oxuyub görürsən ki, həqiqətdən yaranmış inversiya, təşbeh, metonimiya, metafor, təzad, təkrir təkcə emosional deyil, həm “Düzəlmir dünya, düzəlmir!” Nidasının təəssüfünü yaşadır.
Pulun, paranın şahlıq etdiyi bu dövrdə haqqı axtaranlar nə yaxşı ki, var hələ…
Vicdanı paklar, sözü həqiqətlər ağa qaranın yaxıldığı təzaddan bezər, usanar.
Amma yenə bezməz haqqı dananlar, heç yorulmaz millətin taleyi ilə oynayanlar…
Məşədibadın günündə olmaq isə günün sarkazmıdır, tənəsidir …
Dünya düzəlmir!…
Çünki əməllər əyridir, əqidələr əyridir, amallar əyridir…
Dünyanı yaradan HAQQA gedən yol !
HAQQIN YOLU, HAQQIN DƏRGAHI!
Unutma bu yolu, unutma insan!
Düşündürün, yazın!
Düzələr, dünya, düzələr!…
Ümid bütün qapıların açarıdır!!!