.....

.....

İlhamə Kədərin qəzəlləri

İlhamə Kədərin qəzəlləri

Qəzəllər.
Xudayə, çaş-baş olmuşam insanlığın fitrətindən,
Dinsiz imandan danışır,əxlaqsız da qeyrətindən.

Oğurluq sənət seçildi,halal büründü harama,
Halal ruzi yoxa çıxdı,utandı bərakətindən.

Doğrunu yalanladılar,yalanı çəkdilər başa,
Zinaya sevgi dedilər,eşq öldü xəcalətindən.

Nə böyüyə hörmət qaldı,nə də kiçiyə mərhəmət.
Qara daşlar buz kəsildi ürəklərin nifrətindən.

Dini etdilər oyuncaq,hərə bir cürə oynadı,
Şeytan Allaha sığındı insanın şəriətindən.

Ey Kədər, haqqı demə,haqq deyənin edamı var,
Qanından xına yaxrlar,kabab çəkərlər ətindən.

***

Hər gülün, hər çiçəyin sirrini bağbandı bilən.
Hər canı olmayanın çəkdiyini candı bilən.

Sanma ki yoxdu dili,sındırıb atdın budağı,
Hər dili olmayanın dilini candı bilən.

Bir daşı atdın əyər,şil eylədin bir qanadı:
Unutma,söyləyəcək,Bəni-Süleymandı bilən.

Bir qərib bənövşənin boynunu bükdünsə əyər
Min yol inkar edəsən,gözləri giryandı bilən.

Ey Kədər,qəlbin olub Sirri -Xuda məzarlığı,
Sormadan,söyləmədən sirrini peşmandı bilən.

***

Heç sorma əhvalımı,yox mənə əlac,ey təbib.
Dərdlər bu ürəyimdən alıbdır xərac,ey təbib.

Sən də get uzaq dolan,kimsəyə gəlməz gümanım,
Gəlib nə halım soruş,nə yaramı aç,ey təbib.

Elə ki döndü üzü qan qudası taleyimin,
Gözümdən işıq küsdü,başımdan da saç,ey təbib.

Onsuz da sənin mənə yoxdur əlacım,bilirəm.
Bu yaralı şahindən al başını qaç,ey təbib.

Kəsərəm,usanmışam özüm də öz əfqanımdan,
Dünya adlı zindana qoyammaram tac,ey təbib.

***

Badeyi-həmxanələrə vallahi “avarə”deyirlər.
Meyxanəyə aludə olan şəxsə də “biçarə” deyirlər.

Can mülkünü öncə talayıb narə yaxarlar,
Sonra da “sağiydi bu,nə oldu biçarə” deyirlər.

Eşq olan yerdə adam kamil ola? Əhvayi şeydi.
“Eşq əgər varsa edər tək canı səddparə” deyirlər.

Əcəl camını eşqsiz tənəvvül eyləmək olmaz,
Yoxsa ki ” bal da ola yaydı zəhrimarə” deyirlər.

Hal əhli olmayana hər nəzərin mənası çatmaz,
Qırğın baxasan “düşübdür azarə” deyirlər.

“Eşqin nədir amacı” deyə söyləyən olsa,
“Kədəri sağkən alıb götürdü məzarı” deyirlər.

***

Ey uçuq minarə də qönçələnən nar çiçəyim,
Yenidən abad olmaq bir ümidim varmı mənim?

Sənin ol həsrətinə dözməyə yoxkən amanım,
Bundan sonra keçəcək günüm ahu-zarmı mənim?

Görüm sına qələmi taleyimi yazan kəsin,
Mənə yazdı əğyarı,əğyarımdımyarmı mənim?

Fələk şux tərlanımı qanına qəltan elədi,
Sonda da oylağımı məskən etdi sarmış mənim?

Ey Kədər,sanma ki sən bundan özgə doğrulasan,
Dərdimi söylər daha kaman ilə tarmı mənim.