.....

.....

20 yaşlı Şuşa xilaskarı (hekayə) – Rəqsanə Tapdıqlı

20 yaşlı Şuşa xilaskarı (hekayə) – Rəqsanə Tapdıqlı

20 yaşlı Şuşa xilaskarı

Yazdığım hekayənin başlığı özümə də maraqlı göründü; “20 yaşlı Şuşa xilaskarı”
Əlbətdə bu igidi, bu qəhrəmanı hər birimiz tanıyırıq. Haqqında eşidiklərimiz, göstərdiyi şücaətlər, qorxmazlığı, cəsurluğu və ən önəmlisi qəlbən vətənsevərliyi onu Xansu Qurbanov etdi. Ölməz Şəhid, Xansu Qurbanov.
Həyat onu çoxlu çətinliklərlə sınamışdır. Gənc yaşlarlndan çiyinlərində ailənin yükünü daşımışdır. Çətinliyə yeni-yetmə dövründən alışmış və mübariz olmağı bacarmışdır. İti baxışlarından sezilən cəsarət balaca ürəyin böyük məsuliyyətindən doğulmuşdu. Anası Yəmən xanımın söylədiklərini dinləyərkən Xansunun belə bir ruhda olduğunun hardan qaynaqlanmasını anlamamaq mümkün deyil. Əsil Azərbaycan qadınının bu cür cəsarətli və fəxarətli olması qürurvericidir. Əlbəttə ki onun kövrəlməsi, ara-bir səsinin titrəməsi övlad həsrətinin göstəricisi idi, amma bununla yanaşı onun “mən oğlumla fəxr edirəm. Xancu qorxmaz idi, Xansu cəsur idi, Xansu hərbi sirləri qorumağı bacarırdı” və s kimi fikirləri şəhid anasının dəyanətindən xəbər verirdi. Qurbanov Xansu Elsevər oğlu 2000-ci ildə Naxçıvan şəhərində anadan olub. 2006-2017- ci illərdə Naxçıvanda 15 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə oktyabrın 1-dən 2020-ci ilin mart ayınının 1-nə kimi Naxçıvan şəhərində “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətini başa çatdırıb. Vətənə bağlılığı, vətənsevərliyi onu hərbi xidməti bitirdikdən sonra da könüllü olaraq orduda qalıb Vətənə xidmət etməsi ilə nəticələnib. Ölməz qəhrəmanımız Xansu Xüsusi təyanatlı qüvvələrində kəşfiyyatçı olaraq hərbi təlimlərdə böyük maraq və cəsatətlə iştirak edib və lazımlı vaxtlarda öz peşəsinin öhdəsindən layiqincə gəlib.
2020-ci ilin sentyabr ayının 27-də əks hücum nəticəsində başlanan Vətən müharibəsi zamanı Xansu Qurbanov da Qarabağa yola düşən ilk könüllülərdən biri olub.
Amma döyüş bölgəsinə getməmişdən öncə evə gəlib bəzi əşyalarını özü ilə götürəndə anası və bacıları ilə görüşən zaman eyni zamanda sanki bir vəsiyyət edir.
—”Ana, mən gedirəm. Hər şey ola bilər. Şəhid ola bilərəm. Sən heç vaxt ağlama! Əksinə qürur duy, sevinki Qarabağı azad etmək mənim də payıma düşüb. Əgər şəhid olmasam bil ki, sənə görə qayıtmışam!
Yəmən ana narahat olsa da, qəlbinin sıxıldığını hiss etdirməmək üçün Xansunu gülə-gülə yola salır.
Döyüş yoldaşları Xansunun çəsarətindən hələ də ağız dolusu danışırlar. Onun cəsurluğuna hər kəsin heyran qaldığını deyirlər. O qədər qorxmaz idi ki, hətta düşmən tanklarının üzərinə qaçaraq gedib onları patladırmış. Düşmənə olan nifrətindən, torpaqlarımıza olan sevgisindən dəfələrlə yaralansa da onu qospitala apatmaq istəyiblər. Amma yaralarını sarıtdıraraq təkidlə döyüşə qatılıb. Deyirdi ki; “Heç qeyrətdən deyil ki, mən sizləri tək qoyub geri dönəm… Şuşaya qədər gedəcəyəm. Biz qələbə qazanmalıyıq!”
Dediyi kimi də etdi. O, ilk günlərdən cəsarətlə döyüşərək Xocavənd, Fizuli, Şuşa döyüşlərində iştirak edib. Hətta sonuncu dəfə oktyabr ayının 27-də bacısı Xatunla telefonla əlaqə saxlayır və bacısına deyir ki; —”Yolumuz Şuşayadır, tezliklə qələbə xəbəri ilə qayıdacağam! Anamdan muğayat olun, onu darıxmağa qoymayın! Ola bilsin ki, daha zəng vurmaq mümkün olmasın…
Həmişə ən öndə gedən sıralarda olduğu üçün ailəsi ilə yez-tez telefon əlaqəsi saxlamaq çətin olurdu. Kəşfiyyatçı olaraq çox məharətli idi. Uca boy, cüssəli və həddindən artıq cəld idi. Onun qoxmazlığı düşmənlərin qorxulu yuxusuna çevrilmişdi. Neçə düşmən tankını piyada qaçaraq qumbara ilə partlatmasından və sağ olaraq geri dönməsindən, dəfələrlə döyüş yoldaşlarını mühasirədən qurtarmasından döyüş yoldaşları hələ də qürurla danışırlar və ondan örnək aldıqlarını deyirlər.
Nəhayət noyabr ayının 8-də Şuşanın azad olmasında Xansu ön sıralarda olaraq misilsiz qəhrəmanlıq göstərir. Şuşa xilaskarı olur. Ən dəhşətlisi və ən ürək ağrıdan da odur ki, Xansu Şuşa azad olduqdan sonra ağır yaralandığı üçün qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Şəhidimiz Naxçıvan şəhər qəbristanlığında ana torpağa əmanət olunur.
20 yaşlı Şuşa xilaskarı əbədi olaraq hər kəsin qəlbinə köçür, yaddaşlara həkk olunur.
Məkanın cənnət olsun, Ölməz Qəhrəmanımız!
Bütün şəhidlərimizin ruhu şad olsun!
Sözün əsil mənasında qızıl qanla tarix yazan qəhrəmanlarımız gələcək nəsillərə bir örnəkdir və heç vaxt unudulmayacaqlar!
Ölümündən sonra isə Xansu Qurbanov
Prezident Cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə, “Xocavəndin azad olunmasına görə” medalı ilə, “Fizulinin azad olunmasına görə” medalı ilə “Şuşanın azad olmasına görə” medalı ilə və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur.

Sən and yerimsən

(Naxçıvan şəhər şəhidi Qurbanov Xansunun xatirəsinə)

Ümidi üzmədim, gələrsən bəlkə,
Gəlmədin, yollarda qoydun gözümü.
Şəhidin dərdini analar çəkər,
Bilmədin–mən qurban dedim özümü.

Uşaq tək gözlədim, arzular etdim,
İnandım qapıdan girərsən bir gün.
Ünüm də yetmədi sənə zəng etdim,
Cavabsız zəng etdi ananı bitgin.

Mən hardan bilərdim, necə görərdim?!
Yaralı-yaralı vuruşub Xansum.
Kaş sənin yerinə özüm ölərdim,
Deyib azaylanan olmuşam, Xansum.

Dedin–”sənin üçün qayıdacağam!”
Mən də inanmışdım bir uşaq kimi.
Dedin ki, “qələbə qazanacağam”
O əhdin düz çıxdı, sən yoxsan indi.

Qeyrətin, çürətin dağdır namərdə.
Qorxulu yuxusu oldun düşmənin.
Sən elə saldın ki, onları bəndə…
Səsin içindəcə boğdun düşmənin.

İndi qürur yerim, sən and yerimsən,
Səninlə fəxr edir, dost-tanış indi.
Şəhid anasıyam, sən bəxş etmisən,
Bu adı daşımaq ləyaqətimdir.

Rəqsanə Tapdıqlı (Nəcəfova )
AYB-nin üzvü
Şair-publisist.