.....

.....

Nə olub, nazlı qız? – ASLANOVA AYDAN

Nə olub, nazlı qız? – ASLANOVA AYDAN

Nə olub, nazlı qız?

Nə olub, nazlı qız?
Ey hər şeyə naz edənim,
Hanı indi o nazın, sənin?
Dillərə dastan ahəngin hanı?

Təbəssümünün çiçəyi açardı üzündə,
Ətrini yayardı bütün könüllərə.
İndi solub ətirli çiçəyin,
Ətrinə yığışan kəpənəklər yox artıq…

Təbəssümünün açdığı yerdə,
Saxta gülüşlər gül açır indi.
Hüzünlüsən, sanki –
Susqunluğundan bəlli…

VƏTƏNİM AZƏRBAYCAN

O şövkətli, şən diyarın,
Azad oldu, sözün aydın.
Qalib gəldik son savaşda,
Ey Vətənim, gözün aydın.

Sənin gözəl şən qoynunda
Qönçələrin çiçək açar.
Bülbüllərin söz yurdunda
Nəğmə qoşar, azad uçar.

Gözəlliyim, sən Vətənim,
Candan əzizsən, Vətənim
Əvəzsizsən, ey mətfənim
Azərbaycan, can dediyim.

Axı həyat nədir?

Kimsə demiş, həyat gözəl,
Kimsə demiş, həyat qəzəl.
Həyat mənim kədərlərim,
Həyat mənim sevinclərim.

Yaşayıram hər anını,
Həm acını, həm dadını,
Doğmasını, həm yadını
Sevir həyat görən nədən?

Zaman ötür, illər keçir,
Agah olur həyat bizə.
Demə həyat gülüb keçən
Sonu olan hekayədir.