Qəlbim başı yaradır
Baxışım dünyaya , salıb qəmini,
Son ümid yeri də, atıb kəmini,
Gülüşüm üzümə , atar dəmini,
Ölürəm bil ,qəlbim başı yaradır.
Dilimdə yarımçıq ,qalan nəğmələr,
Küləyin dostudur, qərib kəlmələr,
Gətirmir səni o, vədsiz bəlkələr,
Ölürəm bil, qəlbim başı yaradır.
Gecələr mehini, qatar səhərə,
Adını çəkərsəm , batar qəhərə,
Hər günüm səssizcə, dolub bəhərə,
Ölürəm bil, qəlbim başı yaradır.
Gedirəm sən demə, sonsuz ümmana,
Sevincim dərt olub, qalmaz gümana,
Yetişmir mənzilim, sənsiz pünhana,
Ölürəm bil, qəlbim başı yaradır.
Səsinə səsdir bu qələm yazı
Ürəyim döndü, məhşər yerinə,
Qəribə nota, köklədim sazı.
Olmuşam tərki-diyar zavallı,
Sığalsız başım, çəkməz ki, nazı.
Səsinə səsdir, bu qələm yazı.
Könlümə dolub ,min sorğu sual,
Xumarə gözlər, oxur avazı ,
Ümidə yoxdur, güman gəzirəm ,
Taleyin hökmü, oynar pərvazı,
Səsinə səsdir, bu qələm yazı.
Nə nəfəs yetir, nə bir səs -səda,
Körəlib ,solub , səfil irazı,
Həsrətin közü, külün qalayar,
Alışıb peyman, deyil ki,razı ?
Səsinə səsdir, bu qələm yazı.
Çırpınar quş tək, arzu xəyalım,
Gözlədim ey ,şur— gəlsəydin azı,
Gözümdə sönər, yanar çırağım,
Seyrimə şəst ol, görsəydim azı
Səsinə səsdir, bu qələm yazı.
Can Qurban
Nə boylanıb baxırsan, gözləri ala ceyran,
Məsti xumar etmisən, kölnümdür sənə heyran,
Baxışın min billur tək, olub aləmə seyran,
Yanmışam köz kimi şux, camalına can qurban.
Eşqin salıb qəlbimi, dönmüşəm qəm çölünə ,
Dilim əzbər sözünə, giryanam dəm çölünə,
Axsa hicran yaşları, atar məni kəm çölünə,
Olmuşam bir məcnunə, amalına can qurban.
Nədir görən eyləyib, ömrümü həyat peşman?
Gecələr ümman yerim, şam işığında pərvan,
Sanmadım hər anıma, yazıb möhürlü fərman,
Dəyməsən bir canım var, kamalına can qurban.
Qəm bağı
Dənizin sahili , alıb qoynuna,
Çırpınır dəlicə, xırçın ləpələr,
Boylanır gözlərim, pəncərələrdən,
Ürəyə xəfivcə ,çiskin səpələr .
Sözlərin ilməyə, naxış toxuyur,
Xəyalın gizlicə, dolar içimdə,
Hərdənbir arzular, qanad açsada,
Boşuna ümidlər, solar içimdə.
Qönçə gül budağı, bahar gətirsə,
Qar düşməz qışına , hər sabah çağı,
Sızlayar ömrümün, sənsiz növrağı,
Payızda yerini, alar qəm bağı.
Rəssam
Rəssam—çək ,mənim ağlayarkən gülən üzümü,
Çək ,yanağımdan süzülən acının izini,
Bilirsən,hələ saçlarımın beyazı qalıb—
Cavan ikən , qocalmış bədənin izi qalıb…
Rəssam —çək gözlərimin odunu, alovunu
Kirpiklərimin nəmini, elə qəmini çək,
Çək , qüssədən yaşlanmış alnımın qırışını,
Dən düşən saçlarımın qarası, ağını çək!
Rəssam! Fırçan necə dərtlidir…
Üzümdə oxunan yorğunluğun özünü çək,
Dodaqlarımda donan qanımı, sözümü çək!
Ürəyimə mürəkkəbin yetməsə, eybi yox—
Onun rəsmini , yaradanın qələmi çəkib,
İçinə, bir ömür hicranın dağını çəkib.