.....

.....

Aləmzər Əlizadə – Uşaq ədəbiyyatı

Aləmzər Əlizadə – Uşaq ədəbiyyatı

YUXULU LAYLA

Anası evdə yoxdur ,

Ramil də hay – küy salır.

Yatmayır xala , bibi,

Bayaqdan layla çalır.

Übüş deyir anamın

Laylası yuxuludu.

Axşam layla çalantək,

Qardaşım yuxuladı.

*2 * ALAN QUZUM

Səhər dərsə gedəndə,

Gördüm quzum da gəldi.

*Mə*, *Mə* , *Mə*- mələyəndə

Onun fikrini bildim.

Quzum demək istəyir,

Məktəbə apar məni.

Qoy səninlə oxuyum,

Gələndə qaytar məni.

Mən quzumu aparsam,

Orda *Mə* , *Mə* – salacaq.

O, bütün dərslərindən,

Ancaq *2 * alacaq.

AĞAC OLAYDIN

Ramil kötüyə çıxdı,

Kötük də onu yıxdı.

Uşaq ufuldandı ki,

Bu halın dözülməzdi,

Kaş ki, ağac olaydın,

Tutardım budağından,

Yıxılıb əzilməzdim.

RƏFİ

Balacadır

Rəfi hələ.

Maşın sürür

Gülə-gülə.

İşə gedir,

Hər gün ana.

Oğlan da əl

Edir ona.

Göndərdilər,

Anasını,

Uzaq yerə,

İş dalınca.

Nənəsiylə,

Evlərində

Tək qalınca

Dedi Rəfi:

-Hansı yana,

Gedib ana,

Göstər öpüm

O tərəfi.