Sən ağlama
(Müxəmməs )
Sən ağlama gözlərimin, hicran düşən qarası ,
Ürəyin dərt tapar, yoxdur —sənsiz onun çarası ,
Son baharın yarpağıdır, ömrü üzən yarası,
Ötən günlər qaytarmır ki, sınıq qəlbin parası .
Bəlkə, desən xislətindən, incik salıb, harası ?
İçim üsyan yeri çatıb, qaşlarını nazlı yar,
Səhər günəş qürub çağı, narın yağan yağışlar ,
Dolar soyuq pəncərəmdə, sırsıralı bəyaz qar,
Soraq alsam itirdiyim, de nələri bağışlar ?
Susma— könül yaraların ,qaysağ alıb, harası ?
Daha gəlmir fəsillərdən, o ilk yazın ətiri,
Doymaq olmur məhəbbətin, sənli şirin dadından,
Parça- parça varaqlarda, dolaşır qəm sətiri,
Unutmusan —nə tez çıxıb ,xatirələr yadından ?
Gəlib demə ,səndən mənə ,nəsə qalıb, harası?.
Yerisən
Saçıma çəkibsən, payız darağın,
Yağışlar isladıb, ömür varağın,
Düşürüb qəlbimdən,sevgi marağın,
Dilimin həsrətə,düşən yerisən.
Səninlə hər dərdə, qucaq açıram,
Əllərim vüsala, pərçim qaçıram,
Nədənsə gecələr, işıq saçıram,
Ümidin sabaha, gülən yerisən.
Xəyalın gizlicə, gəlir yuxuma,
Həzin bir damla tək, toxun ruhuma,
Bürünsə otağım, sənsiz qoxuna,
Sözümün misrada, küsən yerisən.
Ötən qatarım
Gəlmisən ümidin, son anında sən,
Gecikib qalmısan, ötən qatarım,
Yaramın duz səpən ,yerin qanadıb,
Gecikib qalmısan,ötən qatarım.
Unudub mənimlə, səni hər payız,
Ağlımın bir küncü, xəyalla yalnız,
Dolaşır avarə , tənha tər payız,
Gecikib qalmısan, ötən qatarım.
Süzülüb axmasın, gözündə yağış,
Bənzəyir min aya , düzülən naxış,
Pərvanə misalı, uçuşan baxış,
Gecikib qalmısan,ötən qatarım.
Faydasız gəlişin, qəlbimi üzür,
Arzumun qanadı, tərkimlə süzür,
Sevənlər sevgiyə, namələr düzür,
Gecikib qalmısan, ötən qatarım.
Dolaşıb fikirlər, çaş -baş qalmışam,
Çoxdandır özümü,ruhdan salmışam,
Yəqindir bir anlıq, eşqə dalmışam,
Gecikib qalmısan, ötən qatarım.
Yaxşı yol demədən, çıxıb getmisən,
Geridə özündən, nişan etmisən,
Soruşub bəlkə də, haya yetmisən,
Gecikib qalmısan,ötən qatarım.
Vətənim
Dağlarında əsər yelin , sərt səsi,
Çəmənlərdə xarı bülbül, boy atar,
Qucaqlayar ana qəlbi, hər kəsi,
Vətənimdir ruhuma can ,can qatar.
Kəhkəşanlı şöhrətinə, min alqış,
Ulduzlara yüksələn bir, qibləgah,
İgidlərin hünərlidir , kor alış
Vətənimdir vətənimdir, istiğrah.
Torpağında əsgərimin, al qanı
Fəxrimizdir Mübarizin, soy adı,
Məhəbbətlə yoğrulub o,tər canı ,
Vətənimdir doğma -əziz, yox yadı.
Sənin eşqin könlümə qəm yarağı,
Qırılmasın köklərindən, şah dağı,
Həsrətinə düşürməsin, sorağı,
Vətənimdir vətənimdir, xan bağı .
Şəhid Ruhuna
Şəhidimin qanı, düşdü torpağa,
Unudulmaz tarix, yazdı varağa,
Dağlarının başı ,qarlı vüqarlı,
Şəhadətin uca, şanlı bayrağa.
Sipərlərə vətən! deyən igidlər,
Od qalayıb, səngər üstdə düşmənə,
Ana deyib sarıb, qucaq -qucağa,
Aman verməz, xəncər üstdə düşmənə.
Qalx -qalx! Azərbaycan !Şanlı əsgərim,
Yüksəlişə doğru , səslənən zəfər,
Ruhuna baş əyir, qarşında millət,
Adınızı fəxrlə, anır hər nəfər.