.....

.....

Əhmədzadə Mətləbin hekayələri

Əhmədzadə Mətləbin hekayələri

Mərhəmətin gözəlliyi

Həftənin sonuncu dərs gunu idi. Yorğun keçən 7 dərsin sonunda məktəbdən çıxıb evə qayıdırdım. Evimizin yanındakı kuçədən keçərkən xoşagəlməz hadisə ilə qarşılaşdım. Bu kuçədə bir qadın yaşayırdı. O həm də öz maddi ehtiyaclarını təmin etmək ucun halal zəhməti ilə əkdiyi meyvələrini satırdı. Birdən qaçaraq gələn bir gənc qadının zənbilinə bir təpik vurdu, zənbildə olan meyvələr yerə dağıldı. Qadın halal zəhmətinin yerə vurulduğunu görəndə gözləri doldu. Mən gəncə yaxınlaşıb dedim:

-Onun sizə nə ziyanı var ki? O öz məhsulunu satır.
Gənc sərt şəkildə cavab verdi:

-Sənə nə var? Buna bax, qarıya vəkil çıxıb.
Mən onun mədəniyyətlisizliyindən təəccübləndim. Geri dönüb qarıya meyvələri yığmaqda kömək etdim. O mənə: “Sağ ol” dedi. Evə gəlib başıma gələni atama danışdım. Atam gülümsədi, əlini kürəyimə qoyub dedi:

-Afərin sənə, oğlum. Demək ki, biz səni düzgün tərbiyə etmişik.
Mən atama dedim:

-Ata sən inşaatçısan, o qadının meyvələrini yığması üçün meyvə rəfi duzəldə bilərsən?

-Əlbəttə, oğlum, sabaha hazır olar.
Sevincim yerə-göyə sığmırdı. Gecə yatanda dua etdim:
“Bismillahir-rəhmanir rəhim. Allahım, sən insanların ürəyinə mərhəmət sal, insanlar zalım olmasın. Amin!”
Səhər biz atamla yemək yedikdən sonra meyvə rəfini götürüb qadının meyvələrini satdığı yerə getdik.
Qadın məni görəndə tanıdı, gülümsədi. Biz meyvə rəfini ona təhvil verdik. Atam dedi:

-Anacan, bu artıq sizindir, işiniz avand olsun.
Qadın dua etdi: “Allahım, sən bu dünyaya belə mərhəmətli insanlar bəxş et”.

Füzulidəki şücaət

26 sentyabr istirahət günüm olduğu üçün yuxudan tez durmuşdum. Pəncərədən çölə baxdım. Göyun üzünü qara buludlar almışdı. Sanki bu nəsə pis hadisədən xəbər verirdi.
Biz hamımız yuxudan durduq və birlikdə səhər yeməyi yeməyə başladıq. Atamla mən söhbət edə-edə yesək də, anam iştahsız yeyirdi. O yeməyini bitirmədən süfrədən qalxdı. Mən ondan soruşdum: – Ana, sənə nə olub?

-Oğlum, bu gecə yuxuda xalan oğlu Cavidi görmuşəm. Ona zəng də çatmır. Aradan bir az vaxt keçdi. Bu gecə mənim ən qorxulu gecəm idi. Gecə yağış yağırdı, şimşək çaxırdı. Səhərə az qalmış xalam zəng etdi:

-Bacı, Çingizi muharibəyə aparıblar. Mənim gözlərimin ağı-qarası bircə oğlum var, o da Füzuliyə yollanıb.
Anam xalama təskinlik verdi:

-Bacı, qorxma, Allah böyukdur. Sağ-salamat gələr.
Mən də xalam oğlu üçün çox darıxırdım. Onunla o qədər gözəl xatirələrim var idi ki…
Biz təbii ki, bütün torpaqlarımız üçün çox darıxırdıq, amma ən çox Füzuli üçün narahat olurduq. Çünki xalam oğlu məhz orada döyüşürdü. Bəlkə Füzulinin azadlıq xəbəri gəlsə, ürəyimizə su səpilərdi. Nəhayət, ürəyimizdəki nigaranlığa son qoyuldu – Füzuli rayonu işğaldan azad olundu.
Sevincdən özumə yer tapa bilmirdim. Dərhal Azərbaycan bayrağını götürüb eyvana qaçdım və bayrağımızı çiynimə qoyub dalğalandırmağa başladım. Buradan keçən maşınlar da siqnal verir, sanki mənim səsimə səs verirdi. Mən özumu heç olmadığım qədər xoşbəxt hiss edirdim…