.....

.....

İLK HƏYAT DƏRSİ-QULİYEV PAŞA (hekayə)

İLK HƏYAT DƏRSİ-QULİYEV PAŞA (hekayə)

İLK HƏYAT DƏRSİ
Bir gün Fərid öz ailəsi ilə meşəyə piknik gəzintisinə gəlmişdilər. Fərid çox dəcəl, yaramaz uşaq olduğundan, valideynləri çalışırdılar ki, gəzintiyə gedəndə onu nəzarət altında saxlasınlar. Fərid topla oynayırdı. Atasının ocaq qaladığını görüb, yanına gəldi. Ona çox maraqlı gəlmişdi. Ürəyində fikirləşirdi “görəsən mən də ocaq qalaya bilərəmmmi?!” Ata ocağı qaladıqdan sonra ətləri bişməyə qoydu. Anada bu məqamda salat hazırlayırdı. Fərid valideynlərinin başı qarışıq olmasından istifadə edib, kibrit götürüb, meşənin içinə doğru yollandı. O, bir az çör-çöp topladıqdan sonra ocaq qalamağa çalışdı. Odlar közərsədə, alovun alışmadığını görən Fərid məyus olaraq valideynlərinin yanına geri qayıtdı.
Ətlər artıq bişmişdi, süfrə hazır idi. Valideynləri Fəriddən harada olduğunu soruşduqda, o, bir az aralıda topla oynadığını söylədi. Onlar oturub yemək yedikdən sonra, çay süfrəsi hazırlamağa başladılar. Ata somavara od salır, ana süfrəni bəzəyirdi. Fəridin isə meşədə qaladığı od artıq yadından çıxmışdı, topla oynayırdı. Top necə təpik vurdusa top meşənin içinə yuvarlandl. O, cəld qaçaraq topun dalınca qaçdı. Meşədən qəribə iy gəldiyini hiss etdi. Elə o an günorta meşədə qalamağa çalışdığı od yadına düşdü. Topu götürüb geri qayıdanda, bir qocanın əlində əsa meşəçinin içinə doğru getdiyini gördü. Ona yaxınlaşıb, dedi:

-Salam baba, sən meşəni gəzməyə gedirsən?

-Salam, gözəl bala, mən meşənin o tərəfindəki kənddə yaşayıram. Bu yolla da evimə gedirəm.

-Baba, bilirsən meşədən qəribə iy gəlir.

-Gözəl bala, bu od iyidi, hamı burada ocaq qalayıb yemək bişirib, həmin odun-alovun iyidi.

-Bilirsən baba, mən də od qalamağa çalışdım meşədə, amma alovlanmadı.
Baba bunu eşidən də, özünü itirməyib:

-Harada qalamışdın? Yadındadırmı?
Fərid əlini uzadıb ocaq qalamaq istədiyi yeri göstərəndə, uzaqdan hər yerin alovlandığını və tez bir zamanda ətrafa yayılmağa başladığını gördülər.
Qoca tez Fəridə atasının yanına gedib, meşənin yandığını xəbər verməyi tapşırdı. Ozü isə ətrafa qışqıraraq, kömək istəməyə başladı.
Fərid qorxusundan nə edəcəyini bilmədi, tez atasına tərəf qaçdı. Atası oğlunun qorxu içində olduğunu görüb, nə baş verdiyini anlamağa çalışırdı ki, Fəridin anası meşə yanır deyə bağırmağa başladı. Onlar tez maşına tərəf getdilər, ata maşından kiçik yanğınsöndürəni götürüb, meşəyə tərəf qaçdı.
Ora istirahətə gələn hamı birlik olub, yanğının yayılmasının qarşısını alaraq, çətinliklədə olsa nəhayət ki, yanğını söndürə bildilər.
Hamı hiss içində idi, balaca Fərid isə qorxduğundan səsini çıxara bilmirdi. Birdən babanın ona tərəf gəldiyini görəndə, onu danlayacağını, valideynlərinə qışqıracağını düşünürdü ki, qoca onun əlindən tutub: “qorxma gözəl bala” deyə səsləndi. Sonra valideynlərindən icazə alıb, onunla bir az gəzmək istədiyini bildirdi.
Qoca onu götürüb, meşəyə doğru yollandı. Fərid babanın niyə belə elədiyini anlamağa çalışırdı. Onlar meşənin yanmış hissəsinə gəlib çatdıqda, qoca ağacları göstərərək dedi:
-Bax, gözəl bala, sən özbaşına hərəkət etdiyinə görə, bu yaşıl ağacı soldurdun, otları öldürdün, torpağı qaraltdın. Sən başa düşməlisən ki, sən hələ balacasan və sənin hələ bu həyatdan öyrənəcəyin çox şey var. Qoy bu günki, hərəkətin sənə ilk həyat dərsi olsun ki, birdə özbaşına, icazəsiz heç bir iş görməyəsən!
Fərid öz səhvini çox gözəl başa düşmüşdü, elə buna görə də başını aşağı salıb, sakitcə babanı dinləyirdi.
Baba bir az fasilə verdikdən sonra:

-Bax, bala, görürəm ki, sən öz səhvini başa düşmüsən, lakin hələ də bu yanğının səbəbkarı olduğunu valideynlərindən gizlədirsən. İndi get, valideynlərinin yanına onlardan icazəsiz belə bir iş gördüyün üçün üzr istə ki, ikinci səhvə yol verməyəsən.
Fərid başı ilə babaya cavab verdikdən sonra, valideynlərin yanına gedib, elədiyi hər şeyi danışıb, onlardan üzr istədi və bir daha icazə almadan heç bir iş görməyəcəyinə söz verdi.

QULİYEV PAŞA ELÇİN OĞLU -14 YAŞ