İşıqların sönməyi
İstirahət günü idi. Anam yemək bişirirdi. Evdə isə usta var idi. Mən arada ustaya kömək edirdim. Amma kompüterdə sevimli oyunumdan ayrılmaq istəmirdim. Bacım Nihanla oyun oynayırdıq. Birdən işıqlar söndü. İkimiz də məyus olduq. Telefonu bir tərəfə qoyduq. Hamı bir-biri ilə söhbət edirdi ki, heç kim sıxılmasın. Anam bizə baxıb dedi:
• İşıqlar tez-tez sönsə, yaxşı olar. Bəlkə insanlar bir-birinə daha çox vaxt ayırar. Biz bacımla sinif yoldaşlarımızdan, məktəbdə, yolda baş verən hadisələrdən danışırdıq. Ancaq Ləman danışmırdı. Çünki sinif yoldaşının ad günü idi, Ləman da ora dəvətli idi. O hazırlaşırdı. Birdən Ləman mənə dedi:
- Nuran, geyin, tez get, mənə yapışdırıcı al.
Mən də tez getdim, aldim. Elə bilmişdim ki, Ləman ayaqqabısını yapışdıracaq. Ancaq yanılmışam. Baxdım, gördüm ki, dırnaqlarını yapışdırır. Heç nə başa düşmədim. Nihanın yanına getdim. Söhbətimiz yarımçıq qalmışdı.
Anam düz deyir, işıqların sönməyi yaxşıdır, ailəmizlə maraqlı söhbət edə bilirik.