RƏNGARƏNG RƏQS MACƏRASI
Mədinə qısa saçlı, qara gözlü, ağıllı bir qiz idi. O, üçüncü sinifdə oxuyurdu. Azərbaycan dili və riyaziyyatfənlərini çox sevirdi.
Bir gün Mədinə evə gələndə çantasını çıxardıb dedi.
- Dərhal dərslərimi çalışmalıyam. Mədinənin anasıLeyla xanım dedi.
- Qızım hələ indi evə gəlmisən. Geyimini dəyiş, yemək ye, bir az istirahət et. Sonra dərslərini çalışarsan. Mədinə etirazetdi:
- Xeyir, əgər dərslərimi çalışmasam, dərslərimdə fəalola bilmərəm.
Leyla xanım gülümsünüb:
- Yaxşı qızım. – deyib otaqdan çıxdı. Mədinə, bir neçə saata dərslərini bitirdi. Acıdığını hiss edib, qaça-qaça mətbəxəgetdi.
- Ana, mən acmışam. Mənə yemək verərsən?
Leyla xanım; – Əlbəttə indi verirəm. – deyibMədinəyə yemək çəkdi. Mədinə yemək yedikdən sonratelevizora baxmağa başladı. Televizorda rəqs edən qızlarıgörüb, rəqsi seyr etməyə başladı. Rəqs onun diqqətini çəkmişdi. O, televizorda gördüyü hərəkətləri təkrarlamağa başladı.
Leyla xanım dedi.
- Qızım, sən çox gözəl rəqs edirsən.
- Təşəkkür edirəm, ana! Mən rəqsi çox sevirəm.
Mədinə, yenə də, rəqs etməyə başladı.
Artıq axşam saat yeddi idi. Leyla xanım Mədinənisəslədi.
- Qızım atan gəldi.
Mədinə qaça – qaça gəlib, atasını qucaqladı.
- Necəsən, ata?
-Yaxşıyam, qızım. Sən necəsən?
- Mən də yaxşıyam, ata. Ata, adımı rəqsəyazdırarsan? Mən rəqsə getmək istəyirəm.
- Əlbəttə, qızım. Bir rəqs elə baxım necə rəqsedirsən?
Mədinə rəqs etməyə başladı. Atası dedi.
-Qızım, çox gözəl rəqs edirsən. Mütləq sabah səni rəqsə qoyacam.
Mədinə eşitdiklərinə çox sevindi. O, sabahı səbirsizliklə gözlədi.
Artıq sabah idi. Mədinə çarpayısından durub, əl- üzünü yudu. Sonra yeməyini yedi. Məktəb formasını geyinib, çantasını taxdı. Otağından çıxanda anası dedi.
-Atan səni avtomobildə gözləyir. Tez gəl.
-Yaxşı, sağ ol, ana.
-Sağ ol, qızım.
Mədinə gəlib, atasına yetişdi. Əyləşib kəmərinitaxdı. Atası dedi.
- Həyəcanlısan?
-Əlbəttə həyəcanlıyam, – deyə tez dilləndi.
Onlar məktəbə getdilər. Birinci dərs onun ən sevdiyi dərs idi. O, tez sinfə girdi. Gördü ki, sinif boşdur. Sırasına oturub, dərslərini təkrarlamağa başladı. Yavaş-yavaş sinif dolmağa başladı. Nərmin müəllimə otağa girib dedi.
- Afərin, Mədinə. Hər zaman ki, kimi cəldsən.Nərmin müəllimə birinci Mədinəni lövhəyə çıxardı. O,dərsini danışdıqdan sonra müəlliməsi ona dedi.
- Cəldliyin kimi, dərslərin də əladır.
Tənəffüs başlamışdı. Hər kəs tənəffüsə çıxdı. Sinif yoldaşı dedi.
- Mədinə niyə tənəffüsə çıxmırsan? Mədinə gülümsəyib,
- Dərslərimi təkrarlamaq istəyirəm deyə cavabverdi.
Dərs bitmişdi. Mədinə atasını səbirsizliklə gözləyirdi.Atasını görüb, sevinclə yanına qaçdı.
- Ata, gedək rəqs məktəbinə?
- İndi gedirik qızım.
Onlar gəlib, rəqs məktəbinə çatdılar. Mədinənin musiqi duyumunu yoxladılar. Adınıməktəbin siyahısına saldılar. Nigar müəllimə dedi.
- Sabah ilk dərsimizdir. Mədinə, həyəcanla sağollaşıb, evə gəldi. Dərslərini çalışdı. Yatağına uzanıb, gülümsünərəkyuxuya getdi.
Sabah oyanıb, əl-üzünü yudu. Rahat geyim geyindi.Yemək yeyib, anası ilə yola çıxdı. Bu gün məktəb yox idi.Çünki şənbə günü idi. Dünən aldığı bəzi əşyalarını özü ilə götürdü.
Bir neçə ay keçmişdi. Mədinə çox gözəl rəqsləröyrənmişdi.
Bu müddətdə müəlliməsi onu yarışa hazırlayırdı. Bu yarışda qalib olan, rəqs məktəbinin qrup kapitanı olacaqdı.
Nəhayət yarışma günü idi. O, gözəl hazırlanıb,yoldaşlarının yanında öz sırasını aldı. Hər qrup sıra ilə rəqs etməyə başladı. Sıra Mədinəyə gəlmişdi. O, hər kəsi heyran edəcək rəqs etdi. Hər qrupun birincisi seçildi. Mədinəninqrupuna sıra gələndə, rəqs məktəbinin direktoru açıqladı:
- Əlizadə Mədinə, birinci yer.
Mədinə sevincdən ağlamağa başladı. Müəlliməsi və rəqs yoldaşları onu təbrik etdilər. Mədinə sevincindən ana vəatasına doğru qaçıb, onları qucaqladı. Ailəsi onu təbrikedib, qucaqladı. Beləliklə Mədinə rəngarəng rəqs yolunda ilk qalibiyyətini qazanmış oldu.