.....

.....

TƏBİƏTƏ SEVGİ-QULİYEVA ZƏHRA (hekayə)

TƏBİƏTƏ SEVGİ-QULİYEVA ZƏHRA (hekayə)

TƏBİƏTƏ SEVGİ


Bir zamanlar kiçik bir kənddə, Aylin adlı bir qız yaşayırdı. O, gülləri, çiçəkləri, bitkiləri, ağacları – bir sözlə təbiəti çox sevirdi. O, hər gün səhər tezdən ayılar, öz bağçasında güllərlə söhbət edər, onlara qulluq edərdi.
Aylingilin kəndinin yaxınlığında bir meşə var idi. Kəndin yaşlıları bu meşə haqqında bir çox rəvayətlər danışırdılar. Kimi deyirdi ki, bu meşə sehrlidi, insanlara çox şey öyrədir. Kimi də bu meşənin vahiməli olduğunu, meşədən qəribə səslər gəldiyini və orada qeyri-adi varlıqların yaşadığını deyirdi.
Aylin uşaqlığından bəri o meşəyə getmək, oranı kəşf etmək istəyirdi. Ancaq valideynləri buna icazə vermirdilər. Çünki, ona nəsə olacağından qorxurdular.
Bir gün Aylin məktəbdən çıxanda o meşə tərəfdən evə getmək qərarı aldı. O yolda gedə-gedə uşaqlıq arzusu, sehrli meşə haqqında fikirləşirdi. O, meşəyə çatanda artıq qərarını vermişdi. Uşaqlıq arzusunu yerinə yetirəcəkdi. Aylin meşənin içinə tərəf irəliləməyə başladı. Onun içində bele bir hiss var idi ki, bu macəra ona yeni dostlar və maraqlı təcrübələr gətirəcək. Meşənin daha dərinliklərinə doğru irəliləyəndə o, qocaların dediyi vahiməli səsləri daha yaxından eşitdi. Amma o, buna fikir vermedi. Çünki, meşənin gülləri, çiçəkləri, ağacları, quşları o qədər fərqli və qeyri-adi idi ki, bunu təsəvvür etməyə sözlər kifayət etməzdi.
Birdən Aylin başının üstündə qəribə bir şey hiss etdi. Bunun çox böyük olduğu hiss olunurdu. O, başını qaldıranda qarşısında qəribə bir varlıq gördü. Onun böyük və parıldayan gözləri, nəhəng bədəni, iri əlləri və yaşıl saçları var idi. Aylin bu varlığı görəndə birinci qorxdu amma geri addım atmadı. Çünki o, bu meşənin sirrini öyrənməkdə və uşaqlıq arzusunu yerinə yetirməkdə qərarlı idi. Ona görə də o, böyük bir cəsarətlə varlığa yaxınlaşdı. Varlıq, Aylinə dedi:
-Salam Aylin. Mənim adım Odindir. Mən bu meşənin qoruyucusuyam. Meşəyə xoş gəlmisən, mən də uzun müddətdir ki, səni gözləyirdim.
Aylin cəld Odinin sözünü kəsərək təəccüblə soruşdu:
-Məni?! Sən mənim bura gələcəyimi haradan bilirdin ki? – deyə soruşdu.
-Təbiətə olan sevgin və qayğından bilirdim, Aylin. Mən bilirdim ki, sən mütləq bura gəlib buranın sirrlərini öyrənmək istəyəcəksən. Amma sən dəqiq qərarını verməlisən. Bu meşənin sirrini öyrənmək istəyirsənmi?
Aylin cəld şəkildə “Bəli” deyə cavabladı.

-Onda sınaqlara hazır ol!
Aylin bir nəfəsə bir neçə sual verməyə başladı:
-Sınaq? Sınaq nədir? Ne sınağı? Nə üçün mən sınaqdan keçməliyəm?! Əgər mən si….
Odin tez Aylinin sözünü kəsərək dedi:

-Narahat olma, Aylin, sakitləş. Mən sənə hər şeyi izah edəcəm. Bir az səbrli ol. Meşənin sirrlərini öyrənmək üçün dörd əsas sınaqdan keçməlisən. Bu sınaqlar sənin səbrini, cəsarətini, biliyini və təbiətə olan sevgini sınayacaq. Hazırsansa, ilk sınağa başlayaq. Aylin başını aşağı-yuxarı yelləyərək hazır olduğunu bildirdi.
Aylinin birinci sınağı səbr idi:
Odin Aylini meşənin ən sıx və səs-küylü hissəsinə apardı. Burada quşların müxtəlif səsləri, axan çayın şırıltısı və ağacların küləkdəki pıçıltısı vardı. Odin dedi:
-Burada əyləş və təbiətə qulaq as. Təbiət sənə özü hər şeyi danışacaq. Ancaq səbrli olmalısan. Cavablar dərhal gəlməz.
Aylin Odinin dediklərinə əməl etdi və sakitcə oturdu, gözlərini yumdu və təbiətin səsini dinləməyə başladı. İlk başda o, heç nə anlamadı. Hər şey ona çox qarışıq gəldi. Lakin o, təbiətə diqqətlə qulaq asmağa başlayanda elə hiss etdi ki, sanki ağacların yarpaqları bir-birinə deyəndə pıçıltı ilə nəsə deyirlər. Quşlar hər dəfə cikkildəyəndə nəsə başa salmağa çalışırlar. Çay isə sanki onu rahatlatmaq istərcəsinə ona hər şeyin yaxşı olacağını deyirdi. Bir neçə saat sonra Aylin təbiətin sakitliyində səbrin gücünü anladı. Odin təbəssümlə dedi:
-Sən artıq təbiətin nə demək istədiyini anlaya bilirsən. Səni təbrik edirəm ilk sınağını uğurla başa çatdırdın.
Aylinin ikinci sınağı cəsarət idi:
İkinci sınaqda Odin Aylini meşənin daha çox dərinliklərinə apardı. Ora çox qaranlıq idi. Oradan qəribə səslər daha vahiməli gəlirdi.
Odin iri barmaqları ilə meşənin ən vahiməli görsənən yerini işarə edərək:
-Orada yaralı bir ceyran var, – dedi – onun köməyə ehtiyac var. Orada onu öldürməyə çalışan yırtıcılar da var. Sən qorxunu dəf edərək ceyrana kömək etməlisən.
Aylin bir az qorxsa da, yaralı ceyranı xilas etmək üçün irəli atıldı. O, meşədəki kolları, tıkanlı bitkiləri aşaraq ceyrana yaxınlaşdı. Ceyranın qanayan ayağını gördü və babasından öyrəndiyi təbii vasitələrlə onun yarasına sarğı düzəltdi. O, nə qədər qorxsa da, heyvanı sakitləşdirə bildi və təhlükədən uzaqlaşdırdı. Odin yenə gülümsədi:
-Sən cəsarətini sübut etdin, Aylin. Bu sınağı da uğurla başa çatdırdın. Təbriklər!
Aylinin üçüncü sınağı bilgi idi:
Odin Aylini meşədəki müxtəlif bitkilərin olduğu bir sahəyə gətirdi:
-Bu bitkilərin hər biri özünəməxsus gücə malikdir. Amma onlardan yalnız biri insanı sağalda biləcək bir dərmandır. Indi sən bu bitkini tapmalısan, – dedi Ordin.
Aylin nənəsinin öyrətdiklərini və bağçasında öyrəndiklərini yadına salaraq bitkiləri diqqətlə incələdi. Yarpaqların toxumasına, rənginə və qoxusuna diqqətlə baxdı və incələdi. Bir neçə dəqiqəlik araşdırmadan sonra düzgün bitkini seçdi. Odin başını tərpədərək dedi:
-Sənin biliklərin və müşahidə qabiliyyətin çox güclüdür, Aylin. Üçüncü sınağı da uğurla tamamladın. Səni yenidən təbrik edirəm.
Aylinin dördüncü və son sınağı sevgi idi:
Son sınaqda Odin dedi:
-İndi isə sən təbiətə olan sevginin əsl gücünü göstərməlisən. Meşəyə zərər vermək istəyən bir qrup insan meşəyə yaxınlaşır. Onları dayandırmalısan. Bunun üçün sən təbiətə olan sevgindən və səmimiyyətindən istifadə etməlisən.
Aylin tərəddüd etmədən insanlara yaxınlaşdı və onlarla mehribanlıqla danışmağa başladı. O, onlara meşənin gözəlliyini, burada yaşayan canlıların əhəmiyyətini və təbiətin insan həyatındakı vacibliyindən danışdı. İnsanlar onun səmimiyyətinə inanaraq meşədən çəkildilər və onları təbiəti məhv etməkdən onlara təbiətin əhəmiyyətindən danışdığı üçün Aylinə təşəkkür etdilər.
Bütün sınaqlardan uğurla keçən Aylin artıq meşənin sirrlərinə yiyələnmişdi. Amma onun bundan xəbəri yox idi. Ona görə də o, böyük bir həyəcanla Odinə dedi:

-Mən indi bütün sınaqları keçdim. Artıq mənə bu meşənin sirrini deyə bilərsən!
Odin gülümsəyərək cavabladı:

-Sən artıq meşənin bütün sirrlərini bilirsən, Aylin. Sən meşə ilə necə ünsiyyət qurmalı olduğunu, meşənin həyatımızdakı əhəmiyyətini, meşədə yaşayan canlıların da yaşama hüquqları olduğunu bilirsən.
Aylin artıq Odinin nə demək istədiyini başa düşürdü.
Aylin böyük bir sevinclə kəndinə qayıtdı və orada insanlara təbiətin əhəmiyyətini başa salmaq üçün müxtəlif layihələr başlatdı. O, bu layihələrdə çoxlu uğurlar qazandı. Buna görə də o, bu layihələri başqa kəndlərdə hətta şəhərlərdə də həyata keçirməyə başladı. Beləliklə, o, təbiəti, bitkiləri və heyvanları xilas etdi.

QULİYEVA ZƏHRA ELÇİN QIZI -15 YAŞ