NİZAMİ GƏNCƏVİ“SİRLƏR XƏZİNƏSİ”NDƏN SEÇMƏLƏR
Ədəbi irsimiz
Nigar Rəfibəylinin şeirləri
AYRILIQ Mən ki, doymamışdım heç vüsalından,Mənə zülm elədi yaman ayrılıq.Nə olardı bir gün durub yuxudanGörəydim
MəhəmmədHüseyn Şəhriyar
QARANLIQ GECƏLƏR Aman Allah, yənə şeytan gəlib iman apara,Qoruyun, qoymuyun imanuzu şeytan apara.Mənim insanlığımın gör
Qurban olduğum – Əhməd Cavadın şeirləri
Qurban olduğum Bir xeyli zamandır getdi, gəlmədi,Əhdi peymanına qurban olduğum!İstədi can verdim, qədir bilmədi,O şirin canına qurban olduğum! Dedim: ayrılığa yoxdur tavanım,Ayrılıb getməsin sərvi-rəvanım!Bir daha dönməzmi yosma tərlanım,Adma, sanma qurban olduğum!(O təmiz qanına qurban olduğum!) Mən hey göyə baxdım, göy mənə baxdı,Göylərə baxmaqdan gözlərim axdı!Şimşək oldu, ancaq bir dəfə baxdı,Baxdı qurbanına qurban olduğum! Könül vermək istər bir müjdə yenə,Sevgili yurdumun gözəllərinə!Şerimə can verib, göylərdən enə,O haqq divanına qurban olduğum! O mənim şerimin ruhu, rəvacı,Bütün gözəllərin başının tacı!Bilməzmi ki, onsuz ömrüm çox acı,Şöhrətü şanma qurban olduğum! Gözəlliklər yapma, duyğular cansız,Mənə tən eyləyir hər yetən qansız.Atılan oxlardan çıx gəl ziyansız,Namü nişanına qurban olduğum! Bir gecə yatmışdım qəmli, mükəddər.Qəlbimi sıxırdı sonsuz fikirlər.Birdən Günəş doğdu, açıldı səhər,Baxdı gözlərimə o qumral gözlər! Səsimə oyandım, bomboş bir otaq,Dağların qarma dönmüşdü yataq.Eşqimə, duyğuma yoxdu bir ortaq,Bu iyi dünyada ixtilat qataq! Çırpınırdı Qara dənizBaxıb Türkün bayrağına!“Ah!…”
Mirvarid Dilbazinin şeirləri
AZƏRBAYCANIM! Torpağı-türbətSuları – şərbət,Günəşi məlhəmAyrılığı – qəm Azərbaycanım! Aranı, dağı,Tərlan oylağı,Könlüm çırağı,Qızılgül bağı Azərbaycanım! Ana
Mikayıl Müşfiq poeziyası
Həyat sevgisi Ah, mən gündən-günə bu gözəlləşənİşıqlı dünyadan necə əl çəkim?Bu yerlə çarpışan, göylə əlləşənDostdan, aşinadan necə
Ənvər Nəzərlinin qəzəlləri
*** Günümü qarə edən zalım, üzün ağ olsun,Qoydun ağlar məni, keyfin-damağın çağ olsun. Bir zaman
Hüseyn Cavid şeirləri
QADIN Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkənYaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.O bir mələk… onu təqdis edər böyük yaradan.O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,Onun ayaqları altındadır fəqət cənnət:Qadın gülərsə şu issız mühitimiz güləcək,Sürüklənən bəşəriyyət qadınla yüksələcək. GET Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!Duydum artıq sənin eşqindəki məna nə imiş!.Bivəfasən, mələk olsan belə uymam daha, get!Kim ki uymuş sana, könlüm kibi divanə imiş.Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!Anladıq şəfqəti-ayini-məsiha nə imiş!Səni bir sadədil, azadə mələk sanmış idim,Neyləyim! Ah, könül ruhuna biganə imiş.Səni təqsir edərək bir daha sevməm əsla,Nə imiş sanki bu eşq?!Aşiqi-şeyda nə imiş.Aləmi-zevqi-səfadan bana bəhs etmə,saqınBildik artıq bu cahan mülkü nə viranə imiş *** Olubdu qəlbimə hakim mənim məlali-vətən,Başımda şur ilə məskən salıb xəyali-vətən.Vətən, vətən deyərək hər diyarə səs salıram,Düşərmi bircə dilimdəm mənim məqali-vətən?Vətən məhəbbətini əmr edibdi peyğəmbər,Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən…Neçün şərafətini, fəxrini verib əldən,Bu qədər yurduna biganədir ricali-vətən?Ürək dolubdu nədən, sanki qan piyaləsidir,Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,Əminəm, heç də silinməz bu ibtizali-vətən.Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,Səlamımı eşidə bəlkə növnəhali-vətən.Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.Əgər sual edələr – Cavidin xəyalı nədir?Deyin həqiqəti, ancaq olub maali-vətən. *** Gəldin də, niçin pəmbə buludlar kimi axdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?Sərpildi alev ruhuma süzgün baxışından,Sarsıldı da həp bənliyim, ey afəti-devran.Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
İnqilab İsaq – onun qocalmayan şeirləri
O qız elçi gözləyir… Göydən göymü çəkilib,Bu torpağı yuxu tutubAyrılıqlar əkilib.Gedən gedib baxışlardan…doqqaz gedib, bulaq
Hacı Ələmdar Mahirin qəzəlləri
QƏZƏLLƏR Saqi, insaf elə, ver badəni batdım getdim,Tərpədə ta məni cingiltisi, yatdım getdim. Məni aludə