.....

.....

“Sözün mübarizi” kitabının təqdimat mərasimi keçirildi

“Sözün mübarizi” kitabının təqdimat mərasimi keçirildi

“Sözün mübarizi” adlandırdığım bu kitabda qadının gücü, cəmiyyətdəki rolu, ailə, məişət, sosial problemlər üstünlük təşkil etsə də, bu kitabım Vətən qoxur. Zəfər qoxur. Şəhidim boylanır onun səhifəsindən, onun səhifəsində şəhid anasının göz yaşı var. Onun hər vərəqində Vətənpərvərlik duyğusu var, qəhrəmanlar əl edir ordan mənə. Döyüşçü igidlərimiz var, müqəddəslik var, ana haqqı var. Vəfa var, sevgi var.. Hislərin və duyğuların məntiqin önünə keçdiyi bir kitabdır.