.....

.....

Şəhid nurunda görüş -Sevinc Səbzəliyeva Azadlı

Şəhid nurunda görüş -Sevinc Səbzəliyeva Azadlı

Şəhid nurunda görüş

Ulu və köklü bir agacın qolu-budağıdı kimidir Azərbaycanla Türkiyə. Gözəl dəyərlərin ən gözəl daşıyıcılarıyıq. Yaradan şərəfləndirmiş iki ayrı bədəndə bir ürək kimi döyünməyə. Dil, adət-ənənə, mədəniyyət, musiqi, duyğu və düşüncələrin eyniliyi, insani keyfiyyətlərin oxşarlığı, mətbəx, tarixə və torpağa bağlılıq və sadalamadığım saysız hesabsız məqamlardır bizi birləşdirən. Verdiyimiz dəyərin qarşılığında gördüyümüz dəyərdir bizi “iki dövlət bir millət” şüarı altında var edən. Ən çətin anlarımızda turk qardaş və bacılarımızın yanımızda olması, eyni ilə ən zor anlarında onların dadına çatmağımızdır, bizi bir-birimizə doğma edən. Nə zaman darda olduqsa, yetməyə çalışdıq bir-birimizə. Birliyimizdənsə gözəlliklər doğdu.
Bu dəfəki birliyimiz Azərbaycanın ərazi bütövlüyü naminə canlarını fəda edən şəhidlərimizin nuru ətrafında baş tutdu.
Belə ki, Türkiyə Cumhuriyyətinin dəyərli yazarlarından biri olan Harun Yıldırım bəyin rəhbərli ilə ərsəyə gələn “1 şəhid, 1 hekayə, 1 şeir” adlı antologiyanın dördüncü sayı məhz Azərbaycan şəhidlərinə həsr olundu.
2019-u ildə ildə iki il müddətində 57 yazarla ilk cildi, daha sonra bir il ərzində 54 yazarla ikinci cildi, növbəti ildə 52 yazarla üçüncü cildi ərsəyə gətirməklə toplamda 163 şəhidin həyat hekayəsini turk xalqına çatdırmaga müvəffəq olmuşdurlar. Tarixi qanları ilə yazan igid ogullarımızın həyat və döyüş yolunu gələcək nəsillərə çatdırılması da məhz qələm sahiblərinin müqəddəs borcudur. Layihənin rəhbəri olan Harun bəy və bu layihədə yer alan türk bacı və qardaşlarımız üzərlərinə düşən vəzifəni layiqincə həyata keçirmiş və qismən də olsa mənəvi hüzur tapmışdırlar. Hələ ilk başladıgı zamanlarda Azərbaycan şəhidləri haqqında da bir kitab yazacagını düşünmüş və Allahdan ona bunu nəsib etməyi arzu etmişdir Harun bəy. Nəhayət ki, 2025-ci ilin əvvəllərində start verilən növbəti, dördüncü kitab min bir əziyyətlə olsa da uğurla tamamlandı. Bu dəfəki kitabın ayrı bir formatı və özəlliyi var idi. Bu layihənin dördüncü addımında Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda canlarını qurban verən 62 igid ogul haqqında 59 yazar tərəfindən hekayə və şeirlər yer aldı. Və bu igidlərin şərəfli həyat yolu həm Azərbaycan, həm də Türkiyə yazarlarının qələmləri ilə yazılaraq ədəbiyyat tarixinə ərmağan edildi.
Hər görülən işdə çətinliklər olur. Elə bu möhtəşəm işin də çətinlikləri zaman-zaman oldu, olmasına, amma qürur verici olduğu üçün heç kim geri çəkilmədi. Tam əksinə finala çatmaq üçün hər kəs əlindən gələn dəstəyi göstərdi. Lyihənin Azərbaycan üzrə kordinatoru olan Namiq bəy və İlhamə xanım Müslimovlar ailəsi bu işin ən çətin məqamlarını öhdəliklərinə götürərək öz töhfələrini verdilər. Kitaba yazıların yıgılması, redaktə və digər məqamlar, nəşriyyat məsələləri, maliyə hissəsinin həlli, kitabın təqdimatı üçün atılan hər addımda, görülən hər işdə əməyi oldu bu qələm sahiblərinin. Onların yanında elmi, bacarıgı, maddi dəstəyi ilə dayanan digər ziyalı dostlar da öz vətəndaşlıq borcunu necə lazımdırsa elə də yerinə yetirdi. Kitabın maliyə dəstəkçisi Anar Əliyev, Azərbaycan redaksiya heyəti üzrə – Baba Vəziroglu, İbrahim İlyaslı, Gülnarə Cəmaləddin, Mənsurə Xələfbəyli, Zemfira Məhərrəmli, Tükiyə Cumhuriyyəti üzrə redaktor və seçki heyəti – Safiye Samyeli, Talip Kazgı, Faruk Anbaracoglu, Yusuf Geçit, kitabın üz qabıgının müəllifləri – Sehran Allahverdi və Oruc Müslimzadə kimi böyük bir komandanın zəhmətinin ugurlu nəticəsi oldu bu kitab.
20 sentyabr 2025-ci il tarixdə paytaxt Bkıda yerləşən məkanların birində şəhidlərin adına layiq şəkildə təqdimatla layihəyə son verildi. Təqdimatda şəhid dogmaları, dövlət rəsmiləri, yazar və qiraətçilər, Türkiyə Cümhuriyyətindən gələn beş yazar, tanınmış mügənnilər iştirak edərək tədbiri zinətləndirdilər. Şəhid General Mayor Polad Həşomovun anası Səmayə xanım Həşimova bütün şəhid anaları və dogmaları adından çıxış edərək öz xeyir-duasını verdi zəhməti olan bütün layihə iştirakçılarına. Analar anası Səmaya xanımın qürurlu duruşu, məgrur baxışı, vətənə, millətə, dövlətə, orduya duaları bir daha sübut etdi ki, biz nə qədər güclü bir xalq, yenilməz millətik.
Bu layihə şəhid dogmalarına təskinlik olmaqla yanaşı iftixar hissini yaşatdı. Həsrət dolu gözlərindən qəm qarışıq qürür gilələnərək yanaqlarında iz saldı tədbir boyunca şəhid ana, ata, yar-yoldaş və övladlarının. Bu anı yaşayan hər kəs kimi mən də bu tarixin bu məqamının iştirakçısı, şahidi və yazarı oldugum üçün heç bir zaman keçirmədiyim qüruru yaşayır və duyğularımın əsirinə çevrilmişdim könüllü olaraq. Bu gün iki qardaş ölkə əl-ələ verərək tarix yazanları kitaba köçürdü, sabaha miras olsun deyə. Allahdan dünyamıza, hər iki dövlətimizə və xalqlarımıza sülh, əmin-amanlıq arzu edirik. Birliyimizdən gözəlliklər doğulsun daima.

Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi Sevinc Səbzəliyeva Azadlı.