.....

.....

Arzu Əyyarqızının yeni kitabı işıq üzü gördü

Arzu Əyyarqızının yeni kitabı işıq üzü gördü

Arzu Əyyarqızının ”Ən müqəddəs pay kəlağay” adlı yeni kitabı işıq üzü gördü. Kitab Mirvarid Dilbazi Poeziya Məclisinin mənəvi dəstəyi və xaricdə yaşayan Elvira Həmidlinin maddi dəstəyi ilə ”Elm və təhsil” – nəşriyyayında nəşr olunub. Kitabın redaktoru- araşdırmaçı, yazar, publisist Vaqif Osmanlı, ön söz müəllifi- Güllü Eldar Tomarlı, məsləhətçi- Elvira Həmidli, rəyçi- Vüsal Sehranoğludu.
Gənc şair Arzu Əyyarqızının kitabının təqdimatı Bakıda, sonra Cəlilabadda olacaq.