.....

.....

Arzu Tahirqızının yeni “Sevgilərdən dünya quraq” adlı şeirlər kitabı çap olunub

Arzu Tahirqızının yeni “Sevgilərdən dünya quraq” adlı şeirlər kitabı çap olunub

Dünyamızın bir az qayğılı, bir az çətin zamanında söz yükünü daşımaq çox çətin və məsuliyyətlidir. Bu baxımdan söz adamları daha yüklü, daha dərd əhli olduqlarından onların üzərinə məsuliyyət bir az da çox düşür. Söz adamı olmaq, sözün yükünü çəkmək hər insana qismət olmur.Ona görə də deyirlər, şairlər Tanrıya yaxın olurlar. Onların duyğuları, ilhamı, butası Tanrıdan gəlir. Belə bir Tanrı adamı ilə oxucularımızı da tanış etmək üçün gəlin onun söz dünyasına səyahət edək.
Arzu Tahirqızı şeirlərində özüdü, duyğularını tam şəkildə tərənnüm etməyi bacarır. İndiyədək kitab çap etməməyi onun səhvi deyil. Sözü uca bilib, özünü gizlətməyi bacarıb..amma bu sôz elə bir varlıqdır ki, gələndə heç nəyə məhəl qoymur.”Sevgilərdən dünya quraq” adlı şeirlər kitabı şairənin ilk kitabıdır.Bu kitabda onun ömür yolunu nurlandıracaq o qədər gözəl, mənalı, bir-birindən maraqlı, poeziya yuklü şeirləri var ki…
Ömrünün bu yaz çağında çapa hazırladığı “Sevgilərdən dünya quraq” adlı şeirlər kitabını vərəqləyirəm. Hər sətrindən insanlıq,hər bəndində mərhəmət, hər misrasından səmimiyyət, etibar yağan şeirlər mənə onun haqqında çox şeyləri pıçıldayır.
Arzu Tahirqızının yaradıcılığında vətənpərvərlik daha üst qatdadır. Onun şəhidlərimizə, vətənə, yurda aid şeirləri bir daha torpağına bağlılığından xəbər verir. Vətən mövzusu olan şeirlərində Arzunun torpaq yanğısını, yurd məhəbbətini, şəhidlərə canıyananlığını gördüm.Torpağı sevməyi Arzudan öyrənin sözünü yazmağı onun sevgisinə cavab kimi yazıram.
Ürəyinin söz atəşi, köz atəşi heç vaxt sönməsin Arzu xanım. O ürəkdə nələr yatdığını duydum, hiss etdim. Tanrı özü sənə bu ulu, poeziyanın çətin və şərəfli yollarında yardımçı olsun. “Sevgilərdən dünya quraq” adlı kitabının inanıram ki, oxucuları çox olacaq. Çağdaş Azərbaycan poeziyasında sənin hələ sözünü deməyə çox vaxtın var. Sənə bu yolda yaradıcılıq uğurları arzulayıram, söz qədər ömrün olsun.
Səmimiyyətlə …

Əzizə Ağahüseynqızı
şair AYB və AJB – nin
üzvü, “Qızıl qələm” və “İti qələm” media mükafatları laureatı, prezident mükafatçısı