Azərbaycanın ilk qadın moto-klubu MXC_QUEENS Qarabağ səfərini gerçəkləşdirdi
2020-ci ildə təsis edilən Azərbaycanın ilk qadın moto-klubu MXC_QUEENS fəaliyyətinin 50-ci səfərini qeyd edib. Klub üzvləri bu dəfə qadınlar arasında ilk olaraq ölkəmizin ürəyi – Qarabağa səfər ediblər.
Səfərin çətinlikləri olsa da, motoçilər bunun onları daha da gücləndirdiyini bildiriblər. Klubun uğurları gənclər və idman naziri Fərid Qayıbov tərəfindən də yüksək qiymətləndirilib. Nazir MXC_QUEENS üzvləri ilə görüşərək onların moto-mədəniyyətdə əldə etdikləri nailiyyətlərə heyranlığını ifadə edib.
MXC_QUEENS-in əsas məqsədi Azərbaycanın adını qadın moto klubu olaraq hər yerdə layiqincə təmsil etməkdir.


