.....

.....

Bakı Gənclər mərkəzində Gənc bəstəkar, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Bəstəkarlar ittifaqının üzvü Aydan Əliyevanın yaradıcıllıq konserti keçirilmişdir

Bakı Gənclər mərkəzində Gənc bəstəkar, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Bəstəkarlar ittifaqının üzvü Aydan Əliyevanın yaradıcıllıq konserti keçirilmişdir

08.02.2025. Bakı Gənclər mərkəzində Gənc bəstəkar, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Bəstəkarlar ittifaqının üzvü Aydan Əliyevanın yaradıcıllıq konserti keçirilmişdir. Konsertin təşkilatçısı Bakı Gənclər mərkəzinin direktoru Nərgiz Babayeva və Bakı Gənclər Mərkəzinin əməkdaşı Arzu Qarazadədir.
Konsertdə Aydan Əliyeva yazdığı klassik əsərlər və öz mahnı repertuarı ilə tamaşaçılar qarşısında fortepianoda ifa edərək eyni zamanda özü oxuyaraq çıxış etmişdir. Aydan Əliyevanın bəstələdiyi “Gecənin yağışı”(söz : Əli Qafarlı), “Çağırdım” (söz : Aydan Əliyeva, Tural Məmmədov), “Mənə bax” (söz :Tural Məmmədov), eləcə də “Şuşa-Cıdır düzü səhəri” pyesi, “Fortepiano üçün 2 prelud” əsərləri dinləyicilərin ən sevdiyi musiqi nömrələrindən olmuşdur.
Konsertdə eyni zamanda qonaqlar sırasında əyləşən bəstəkarın müəllimi, ona sənətdə dəstək olan Ruhəngiz Ələkbərova və mahnılarının sözlərində müraciət etdiyi yazar Cəvahir Tanrıverdi, Avstriyalı Cello ifaçısı John Varney də var idi. Qeyd edək ki, bundan öncə gənc bəstəkarın ilk konserti yanvar ayında Qara Qarayevin ev muzeyində keçirilmişdir.
Aydan Əliyevaya uğurlar arzu edir, onun yaradıcıllıq yolunda nailiyyətlərinin daha da çox olmasını arzu edirik!

Cəvahir Tanrıverdi