.....

.....

Dünya ədəbiyyatı əsərlərindən seçilmiş fikirlər.

Dünya ədəbiyyatı əsərlərindən seçilmiş fikirlər.

Dünya ədəbiyyatı əsərlərindən seçilmiş fikirlər.

Hazırladı: YEGANƏ ƏHMƏDOVA
Madam ki nifrət etdiyin bir zənciri parçalamağa iqtidarın çatmır, onda itaət elə. MERİME

Öz idealının cismani gözəlliklə cəzb olunub səndən, öz mənəvi yoldaşından üz çevirməsini görmək asan deyil. DRAYZER

Heç kəs sənə bir vaxt sevdiyin adam kimi yadlaşa bilməz. REMARK

Nə üçün insanın xoşbəxtliyini təşkil edən bir şey, həm də onun iztirablarının mənbəyi olmalıdır? GETE

Hiss və fikirlərin mükəmməlliyi və dərinliyi çılğın ehtirasa yol vermir: könül zövq alarkən və əzab çəkərkən bunun hamısını ciddi bir surətdə mülahizəyə alır və inanır ki, bunlar elə belə də olmalıdır. LERMONTOV

Dözüm heç vaxt olmur, təkcə hər şeyə öyrəşmək mümkündür. REMARK

O şeyi ki ürəyimdən qoparıb atmışam, bəlkə də bunu qopararkən ürəyim parçalanmışdır. DOSTAYEVSKİ

Qəm-qüssənin səssiz-səmirsiz qövr etməsini yalnız göz yaşları söndürür. TURGENEV

Şeytan öz-özünə əzab verən adamların dərd-sərini gizlicə dinləyir. Belə bir mənzərə insan deyilən varlığın düşməni üçün maraqlıdır. MERİME

Mən böyük düşüncə qarşısında baş əyir, böyük ürək qarşısında diz çökürəm. GETE

Qəlbimin hansısa güşəsində oğrun-oğrun onun gəlməsini arzulaya-arzulaya, özümü güclə aldadıram ki, guya istəmirəm. REMARK