Bioqrafiya
Eva Petropoulou-Lianou – yazıçı, uşaq ədəbiyyatı sahəsində mükafatlandırılmış müəllif və şairdir. Yunanıstan Beynəlxalq Yazıçılar və Rəssamlar Assosiasiyasının üzvüdür. Serbiyanın Alia Mundi assosiasiyasının qızıl üzvü, Pirey Yazıçı və Rəssamlar Assosiasiyasının, həmçinin Korinf Yazıçılar Assosiasiyasının üzvüdür. ABŞ Ədəbiyyat İttifaqının Sülh Səfiri və Nümayəndəsidir.
Stockholm project 2033 layihəsinin nümayəndəsidir.
Eva Petropoulou-Lianou Yunanıstanın Ksylokastro şəhərində anadan olub.
O, əvvəlcə jurnalistikaya maraq göstərmiş və 1994-cü ildə Fransanın Le Libre Journal qəzetində jurnalist kimi çalışmışdır.
Lakin Yunanıstana olan sevgisi üstün gələrək, 2002-ci ildə geri dönmüşdür.
Onun nəşr etdirdiyi kitablar və e-kitabları arasında:
Me and my other self, my shadow (Saita publications),
Geraldine and the Lake elf (English – French),
The Daughter of the Moon (yunanca–ingiliscə, 4-cü nəşr, Oselotos publications).
Onun yaradıcılığı Yunan Ensiklopediyası Haris Patsisdə (səh. 300) daxil edilmişdir.
Kitabları Kipr Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən müəllim və şagird kitabxanaları üçün təsdiqlənmişdir.
2019-cu ildə yeni kitabları işıq üzü görmüşdür:
The Fairy of the Amazon. Myrtia (əlilliyi olan Myrtoya həsr olunub),
Lefkadios Hearn, Myths and Stories of the Far East (Sumi-e rəssamı Dina Anastasiadou tərəfindən illüstrasiya edilmiş).
Son zamanlar onun The Adventures of Samurai Nogasika. san adlı kitabı İngiltərədə yerləşən nəşriyyat tərəfindən ingilis dilində nəşr olunmuşdur.
Onun əsərləri Chinese, Vietnamese və Spanish dillərinə tərcümə edilmişdir. Müxtəlif ölkələr və yazıçılarla mədəniyyət və yaradıcılıq mübadiləsi layihələri həyata keçirir. Elektron ədəbiyyat jurnalı The Polis Magazino və bir çox digər nəşrlərlə əməkdaşlıq edir.
Eva həmçinin ABŞ-da yerləşən Beynəlxalq Ədəbiyyat İttifaqının tərəfdaşıdır. Ədəbiyyatın inkişafı və yunan poeziyasının dünyada tanıdılması istiqamətində fəaliyyət göstərir. Yaxın günlərdə Çinin ədəbiyyat şəbəkəsində müşavir və redaktor köməkçisi seçilmiş, həmçinin beynəlxalq International Poetry Festival of Peace (Meksika) tədbirində qonaq iştirakçı kimi yer almışdır.
Fəxri vəzifələri:
Mil Mentes Por Mexico Beynəlxalq Assosiasiyasının prezidenti
Global Federation of Leadership and High Intelligence (Yunanıstan və Meksika)
2024-cü il Nobel Sülh Mükafatına rəsmi namizəd
Hindistan International Academy of Ethics səfiri və media tərəfdaşı
Ədəbi fəaliyyət:
Chimera magazine – ədəbi agent
Williams MAVELi – redaktor
Mükafatları:
UNESCO Italy və UNESCO Mauritania tərəfindən Books for Peace International Award
50 Memorable Women Award
Nelson Mandela adına International Peace Award.
SÜLH
Soldan bombalar yağır,
Sağdan bombalar yağır.
Qəhvənin qoxusu yuxularımda duyulur,
İnsanlar hədəfə alınır,
Əzab…
Aclıq…
Azadlıq nidalarının riyakarlığı.
Hökumətlər sayır pullarını,
Ölmüş uşaqların bədənləri üzərində.
Sən bu həyatımı istəyirsən?
Bu gün özünü
nə qədər insan hiss edirsən ?
Biz hamımız qurbanıq
Hakimiyyət dəlisi olan narsistlərin
beyinlərində.
Sülh –
Naməlum bir söz.
Nifrət
Müharibə.
İnsanları xaosa aparan sözlər.
Ən dəhşətli xaos.
Bu şəri kim dəstəkləyir?
Biz özümüz!
Sükutumuzu ilə,
Eqoistliyimizlə,
Şəxsi işlərimizlə,
Korluğumuzla.
Çünki insan —
Bütün varlıqların içində
ən böyük canavardır.
Aç gözlərini,
Aç qəlbini,
Əllərini göyə qaldır,
Dua etməyə başla!
MƏN QADINAM
Sülh haqqında uca səslə danışan qadın.
Mən qadınam,
Bir ana,
Bir qız övladı,
Bir ilahə,
Bir quş,
Ədaləti sevən.
Mən uzun saçlı qadınam,
Göz yaşlarımı gizlətmək üçün,
Bədənimi kifayət qədər güclü saxlamaq üçün
sənin şər dolu baxışlarına qarşı.
Mən qadınam ,
Tanrını ucaldıram
Hər addımımda…
EVA Petropoulou Lianou
Tərcümə: Cahangir NAMAZOV,
Zaur USTAC