Günel İmranın “Maya elfler diyarında” kitabı Türkiyədə nəşr olunub. Kitab uşaq ədəbiyyatına aiddir, Türk Edebiyatı Vakfı tərəfindən nəşr olunub. Kitabın tərcüməçisi, redaktoru tanınmış yazar, tərcüməçi İmdat Avşardır. Maya adlı balaca qızcığazın qarşılaşdığı sehirli əhvalatlardan bəhs edən kitab seriyasının ilki 2016-cı ildə nəşr olunub.
Günel İmran Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb. “Məni kim öldürdü?!” ( 2014 ),“Qapqara günəş” (2015) ,“Maya və ifritənin büllur ürəyi” ( 2016) , “Ömər”(2018) , “ Maya və beşbaşlı ilan” (2022) adlı nəsr kitablarının müəllifidir.
