.....

.....

Həvva Nazimin “Ömür keçir” adlı kitabının təqdimatı

Həvva Nazimin “Ömür keçir” adlı kitabının təqdimatı

Aprelin 4-də Moskva şəhərində Həvva Nazimin “Ömür keçir” adlı kitabının təqdimatı keçirildi. Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyətinin (MMM) təşkilatı ilə həyata keçirilən tədbir gözəl və maraqlı anları ilə yadda qaldı. Tədbirin aparıcısı, eyni zamanda kitabın redaktoru və tərcüməçisi tanınmış ziyalımız Rusiya, Azərbaycan və Avrasiya yazarlar birliklərinin üzvü, AYB Moskva bölməsinin məsul katibi Afaq xanım Şıxlı idi. Bəxtiyar Həsənovun təbriklərini çatdıran Moskva azərbaycanlılarının MMM sədr müavini Həşım Əliyev Həvva xanıma yaradıcılıq yolunda uğurlar dilədi. Tədbirdə AYB Moskva bölməsinin sədri, professor Abuzər Bağırov, şairlərdən Elmar Elminur, Əliş Əvəz, Yaşar Süleymanlı, Müsahib Şəmkirli, Səidə Rəhimli, Reyhanə Aslan və digər ziyalılar öz çıxışları ilə iştirak etdilər. Moskva azərbaylanlılarının MMM nəzdindəki Qadınlar Birliyinin rəhbəri, poeziya həvəskarı, qiraətçi Leyla xanım Fərəcova həm rus, həm azərbaycan dilində şeirlər səsləndirdi. Ülviyyə Əzizovanın, Xalidə Səmədovanın və digər qiraətçilərin ifasında səsləndirilən şeirlər könülləri riqqətə gətirdi. Dəyərli müğənnimiz Gülnur xanımın ifasında səslənən Azərbaycan mahnısı isə qürbətdə şeir üçün bir araya gələn vətən həsrətli həmyerlilərimizin könlünü oxşadı. Həvva xanıma yeni yaradıcılıq uğurları diləyən iştirakçıların səmimi söhbəti isə daha sonra ənənəvi çay süfrəsi arxasında davam etdi.