.....

.....

“İki zəngəzurlu zabit” romanıBu, Əli bəy Azərinin “hərb mövzulu əsərlər” seriyasından növbəti romanıdır.

“İki zəngəzurlu zabit” romanıBu, Əli bəy Azərinin “hərb mövzulu əsərlər” seriyasından növbəti romanıdır.

“İki zəngəzurlu zabit” romanı
Bu, Əli bəy Azərinin “hərb mövzulu əsərlər” seriyasından növbəti romanıdır.

Yazıçı Əli bəy Azərinin yeni romanı çapdan çıxıb. Roman “İki zəngəzurlu zabit” adlanır. 272 səhifəlik əsər AMEA Folklor İnstitutunun şöbə müdiri Mahir Cavadlının redaktorluğu ilə “Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunub.
Əsər ötən əsrin doxsanlarında baş verənlərlə yazıçı fantaziyasının sintezi üzərində qurulmuş hadisələrdən bəhs edir. Sovet Ordusunda tanışlıqları dostluğa çevrilmiş iki zabit – azərbaycanlı Azərlə erməni İosif Zəngəzur cəbhəsində qarşı-qarşıya gəlir.
Maraqlı anlarla diqqət çəkən əsər dinamikliyi ilə daima gərginləşir və oxucuya gözlənilməz hallar yaşadır.
Geniş oxucu kütləsi, fərqli auditoriyalar üçün nəzərdə tutulub. Əli bəy Azərinin oxucularla on altıncı görüşüdür. Xatırladaq ki, bu, yazıçının “hərb mövzulu əsərlər” seriyasından növbəti irihəcmli əsəridir. Oxucular indiyə kimi onun “Hərbi Zəngilan” romanı, “Qəmlibel müsibəti” və “Arazgersdən keçən köç” povestləri ilə tanış olmuşlar.
Kitabı şəhərin kitab mağazalarından əldə etmək olar.