.....

.....

İllüziyanın labirinti: sosial media “qulları” və “Təsdiq” sindromu…

İllüziyanın labirinti: sosial media “qulları” və “Təsdiq” sindromu…

“Dünya şöhrətli unikal ziyalı” hekayəsi fikrimizcə, çağdaş dövrümüzün aktual problemlərinə işıq tutur. Gəlin, hekayəni birlikdə “dolaşaq” və fərqli pəncərədən “izləyək”…

İllüziyanın labirinti: sosial media “qulları” və “Təsdiq” sindromu…

“Dünya şöhrətli unikal ziyalı”. Hekayənin adındakı bu ifadə mətndə tez-tez təkrarlanır, titul, sosial status anlayışından çox qəhrəmanın narsistik xarakterinin karikaturası kimi çıxış edir. Hekayə bir növ “Etirafnamə” təsiri bağışlayır. Yazıçı sadəcə müşahidəçidir, müdaxilə etmir, sadəcə qəhrəmanının illüziya dolu dünyasının çöküşünü “izləyir”. Baş qəhrəmanın illərlə “yediyi” yalanlar sonda ruhunu “zəhərləyir” və “yediklərini” belə demək olarsa, “qaytarır”. (“İllüziya zəhərlənməsi”) Bu illər ərzində onun tək arzusu bu idi ki, təsdiq olunsun, xoşbəxt ailə tablosu yaratsın, hamı onu heyranlıqla izləsin, təriflərə “boğsun”.. (Bir narsist başqa nə istəyər ki?!) Maraqlıdır, başqalarını aşağılamaqdan zövq alan və buna adət edən qəhrəman bir başqasının laqeydliyi qarşısında əzilir, kiçilir. (Əvvəl özü, sonra başqası kiçildir) Qəhrəmanın sonda yaşadığı sarsıntının da səbəbi fərqli deyildi: bir zamanlar “qidalandırdığı” eqosu indi “zədələnmişdi”.
Hekayədə toxunulan problemlər müasir dövrümüz üçün də aktualdır: sosial statusun üstünlüyü, insanların təsdiq axtarışı, sosial şəbəkədə bəyənmə və baxış sayına görə insanların özlərinə biçdiyi dəyər və ya kimlərsə tərəfindən təyin olunmuş “meyarlarla” dəyərlərinin ölçülməsi, “sosial media qulları”. Davamlı təsdiq, davamlı təsdiq, təsdiq, təsdiq…Özünütəsdiq (“Təsdiq” sindromu) naminə baş verən davranış pozuntuları, əyləncəli, istirahətlərlə, alış-verişlərlə dolu, zəngin (?) həyatlarını diqqət mərkəzində saxlayaraq, xoşbəxt insan/ailə tablosu yaradan sosial platforma “kölələri”…Bu baxımdan müəllif aktual məsələləri bədiiləşdirməyi, ədəbi mətnin “qazanında qaynatmağı” bacarıb: qəhrəmanın zədəli eqosunu, daxili dünyasını, narsistik təbiətini ironik və psixoloji qatlarla təsvir edib, çağdaş dövrümüzə qədər daşıya bilib..
Davamlı təsdiq, təsdiq, təsdiq…

Hörmətli yazıçı İlahə Səfərzadə, sizə yaradıcılığınızda uğurlar arzu edirəm.