Həyati düşüncənin fikir zənginliyini yaradan, insanın mənəvi-ruhi həyat eşqinin qığılcımlarıdır.
Qəlbin ruhi dərinliyindəki hikmətin sirri, insanlığın həyat dərdlərinin cazibəsini yaradır.
Ruhi-psixoloji yetkinlik, insan hisslərinin həyat ruhunu daima sağlamlaşdırır.
Seadet Qerib in lirikasının düşündürücü tərəfi, insani münasibətlərin həyati dəyərini açıqlamasıdır.
..
Çiynində nə qədər yükün var,Adam,
Qəm yükü-dərd yükü, məhəbbət yükü.
Dünənin bir namərd “Cəllad körpüsü”,
Bu Günün daşıyır:,-“Sədaqət Yükü “!
….
İnsanln iç dünyası, onun xəyal dünyasının ruhi-psixoloji halının duyarlılığını yaradır .
Ruhi sevginin həyati dərinliyindəki duyğuların izharı, qəlbin həyat durumunu ortaya qoyur.
İnsanın özünü yalandan öyməsi , həyatın məğzini üzə çıxartmaqla könüllərə həyat duyarlılığını aşılayır.
Səadət Qəribin lirikasının həyati psixolojisi öz həyat ruhu ilə insanın fikir mübadiləsini idraki olaraq həyata bağlayır.
..
Əl-ələ gəzirsən xəyallarınla ,
Hələ yaşayırsan,olmaz “ar”ınla?
Öyürsən özünü,yalan- “var”ınla?
Taxt qurub içində: , -“Səfalət Yükü”!
….
Insan həyatının mənası, onun şəxsiyyətinin bütövlüyünü bəlli edir.
Şəxsiyyətin ucalığı, insanın mənəvi aləminin həyat dəyəri ilə ölçülür..
Həyata şüurlu baxış , həyati duyarlılıqla, insanın özünüdərkinin həyati məna kəsb etməsinə imkan verir
Səadət Qəribin lirikasının düşündürücü tərəfi, insani hisslərin yaratdığı duyğuların izharıdır.
..
Bir daş qoymamısan , daşını üstə,
Hər Gün bir yaş gəlir,yaşının üstə.
Tutmusan “vəfa”nı başının üstə,
Ayağın altında:,- “Məşəqqət Yükü”!
..
Dünya həyatı , insanın yaşam döngüsünün həyati rəngarəngliyi aydına çıxır .
Insanlığın həyat dərdlərinin metaforasını bəlli edən, işıqlı gələcəyə gedən Yolun işığında özünü tapmaqdır. .
Ruhun emosional həyat axtarışının dayanışması, insan hisslərinin həyat ülviliyini aydına çıxarır.
Səadət Qəribin lirikasının həyat məntiqi, həyati düşüncənin psixoloji halının dəyişimini yaradır.
..
Bu “nimdaş” dünyadan,Sən “qəzəl”
umma,
Dərdin badəsindən heç məzə umma.
Peşiman ürəkdən möcüzə imma,
Gözündə apardın:,- “Səadət Yükü”!
..
Həyatın Zamana görə şəkillənməsi, həmişə insanın ruh dəyişimini anlamaqdan ibarətdir .
Həyatın ağır yükünü çiyinlərində daşıyan insanın yaşam duyğularını riqqətə gətirən, onun əməlləridir
Qəlbin həyat nuru, həmişə insanın könül sevgisinin həyat yükünü azaldır.
Səadət Qəribin lirikasının həyati psixolojisi, həyat həqiqətlərinin uzlaşısını üzə çıxardır.
..
“Günaha” bulaşıb,”çirk”lə gedirsən,
Kimin var orada,”ərk”lə gedirsən?
Bu:- “Son mənzilinə”,”yük”lə gedirsən,
Əlində :,- bir zənbil,”Qəbahət Yükü”!
…
Düşüncənin həyati sorğulanması, insanın həyata dyğusal münasibətindən asılıdır.
Həyat həqiqətlərinin izharı, insan hisslərinin həyat ülviliyini əks etdirir.
Fikir duyğusallığının ictimai-ruhi xarakteri, insanın mənəvi dünyasının ruhi dərinliyindəki hikmətin ecazkarlığına inamı artırır.
Səadət Qəribin lirikasının düşündürücü tərəfi, insani duyğuların həyat enerjisinin üzə çıxmasına səbəb olmasıdır.
Şairənin könül duyğularının həyat ahəngi, insanın mənəvi aləminin gözəlliyini əks etdirir.
Uğurlar arzulayıram Şairə xanıma.
YÜK
Çiynində nə qədər yükün var adam
Qəm yükü, dərd yükü, məhəbbət yükü.
Dünənin bir namərd cəllad körpüsü,
Bu günün daşıyır sədaqət yükü.
Əl- ələ gəzirsən xəyallarınla ,
Hələ yaşayırsan olmaz arınla,
Öyürsən özünü “yalan” varınla,
Taxt qurub içində səfalət yükü .
Bir daş qoymamısan daşının üstə,
Hər gün bir yaş gəlir yaşının üstə,
Tutmusan vəfanı başının üstə,
Ayağın altinda məşəqqət yükü.
Bu nimdaş dünyadan sən təzə umma,
Dərdin badəsindən heç məzə umma,
Peşiman ürəkdən möcüzə umma,
Gözündə apardın səadət yükü.
Günaha bulaşıb çirklə gedirsən,
Kimin var orada ərklə gedirsən.
Bu son mənzilinə yüklə gedirsən,
Əlində bir zənbil qəbahət yükü.
Səadət Qərib
..
Hörmətlə:
Filoloq, Nəsib Abid