.....

.....

Orkestr musiqilərini dinləyən adamlar seçilirlər

Bu gün insanlar yenə yüzlərlə şam işıqlarının ətrafında toplaşmışdılar. Əslində onlar şamlarsız da işıqlı idilər. Bunu öyrənmək üçün sadəcə onlarla 15 dəqiqə söhbət etmək kifayət edər.

Mənə həmişə elə gəlib ki, orkestr musiqilərini dinləyən adamlar hər kəsdən seçilirlər. Onların geyim tərzləri, saç düzümləri, danışıqları, hətta geyindikləri paltarın rənginə qədər fərqli olur. Göz-gözə gələndə təbəssümləri ilə “Xoş gördük” deyib keçirdilər sanki.

Yay boyu konserti maraqla gözləyənlərdən biri də mən idim.

Beləliklə, Azərbaycan Dövlət Filarmoniyasının (Kirxa) kamera və orqan musiqisinin fantastik zalında mövsümün ilk konserti keçirilir.

Konsert başlamamış kilsədə yerimi tuturam. Bayaq sadaladığım bütün xüsusiyyətlərini özündə ehtiva edən bir qadının yanında oturdum. Qadın təbəssümlə baxdıqda ona salam verməyi özümə borc bildim. “İyi akşamlar”dan sonra bildim ki, qonaq Türkiyədən gəlib. Konsertin başlamağına 15 dəqiqə qalıb, biz isə onunla söhbət edirdik. Xanım Türkiyənin Hacettepe Universtetindən Azərbaycan Texniki Universtetinə dərs deməyə gəlmişdi. O, yaxın günlərdə teatrlarımızda keçiriləcək bütün tamaşalardan xəbərdar idi. Növbə ilə gedəcəyi məkanları sadalayır: 18 sentyabr Opera və Balet teatrında “Min Bir Gecə” tamaşası, 19 sentyabr Azərbaycan Dövkət Akademik Musiqili teatrında “Leyli və Məcnun” tamaşası, 26 sentyabr Heydər Əliyev Sarayında “Min Bir Gecə” baleti… Onunla söhbət etməkdən necə də zövq alırdım.

Aparıcı konsertin başlanmasını elan edir. Simli alətlərin səsi aramla zalda dalğalanır. Kameralarını işə salıb telefon tutan əllər göyə qalxır. Musiqi səsindən sonra insanların pıçıltısı tamamilə kəsildi.

İlk ifa violinlə başladı. Deyəsən, ifaçını tanıdım. Bəli, bu, həmin xanım idi, bir çox orkestr konsertlərində çiynində violin izləyicilərin qəlblərini fəth edən buruq saçlı “skripaçka” – Renata Abubəkirov. Violada ifa edən isə ən doğma bildiyim adamlardan biri – Rəna Rəhimova idi. Hətta, yanımda oturan türkiyəli xanıma onun barədə danışdığımı da xatırlayıram. Bu arada, viola ilə violinin fərqli alətlər olduğunu bir neçə il öncə bilmişəm. Orkestr musiqilərinə olan sevgimdən artıq musiqi alətlərini bir-bir incələməyə başlamışdım. Onların sənətkarlığı və işlərinə olan həvəsi Azərbaycanın ən atmosferli salonlarında sehrli əhval-ruhiyyə yaradır.

Qeyd edim ki, Şam işığında keçirilən salon konsertləri dəbində hazırlanan musiqi axşamı “Red Events” agentliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.
Orkestr heyəti bakılılara və şəhərin qonaqlarına “Rivyalı Heralt”, “Karib dənizinin quldurları”, “Taxt-tac oyunları” və digər filmlərin musiqisindən ibarət orijinal proqram təqdim etdi. Onlardan ən çox coşqu ilə qarşılayan isə “Taxt-tac oyunları” filminin musiqisi idi. Bu sehrli gecənin işıqlı ulduzlarından biri mən idim.
Havar Şəfiyeva

Orkestr musiqilərini dinləyən adamlar seçilirlər – Havar Şəfiyeva yazır
17.09.24 23:57424