Gülnarə Sadiq
Avqustun 17-si Gəncədə Fərəh Sosial İctimai Birliyinin təşkilatçılığı ilə rejissor Elçin Ağazadənin “Problem yoxdur” sənədli filminin nümayişi oldu. Qeyd edim ki, filmin ssenarisi yaşanmış həyat hekayəsinə dayanır. Əlilliyi olan şəxs Alik Cəfərovun həyatından, onun yaşadıqlarından bəhs edir. Filmin ilk nümayişi Bakıda avqustun 4-də Nizami Kino Mərkəzində baş tutub. Həm Bakıda, həm də Gəncədə tamaşaçıların böyük marağına səbəb olub.
“Fərəh” SİB, qəhrəmanımız Alik Cəfərov və gözəl ailəsi də tədbirdə iştirak edib. İnklüzivlik üçün atılan hər bir addım uğurludur və hər zaman təbliğ olunmalıdır. Film Gəncə ictimayəti tərəfindən yüksək qiymətləndirilib. Gəncə səfərinin ardınca bu tədbirlər davam edəcək. Növbədə isə bu dəyərli filmin nümayişi olacaq möhtəşəm tədbir yaxın vaxtlarda Sumqayıtda olacaq.
Ümumiyyətlə onu qeyd edim ki, yaradıcı heyyətin səhnələşdirdiyi mövzu günümüzdə çok aktual bir mövzudur. Mənə görə belə layihələrin sayı çoxalmalı, dəstəkçiləri artmalıdır. Hər kəs güclü olmalıdır, həyatdan gördüklərindən dərs çıxarmalıdır.
Bu çətin, amma şərəfli yolda bütün yaradıcı heyyətə həm dərin təşəkkürümü bildirirəm, həm də uğurlar arzu edirəm.