.....

.....

Qadın -Ülviyyə Rəhman

Qadın -Ülviyyə Rəhman

Qadın

“Qadın gülərsə, şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”

– deyirdi Hüseyn Cavid. Bəs qadın kimdir?..

Bəşərin yaradılışından etibarən həyat verən, insan övladını canında daşıyan varlıqdır qadın. Bütün mifologiyalarda qadın ikinci yaradılan insan və bütün digər insanlığın anası hesab edilir. Azərbaycan dilindəki qadın sözü də kişi cinsinin əksi mənasını ifadə edir.

Qadın sözü dilimizdə zamanla əmələ gələn sözdür. Etimoloji cəhətdən quda sözünə yaxın olduğu düşünülür. Bu mənada qadın yalnız evli olan xanımları ifadə edirdi. Lakin günümüzdə qadın sözü ümumi məfhum bildirir. Hər hansısa bir statusdan asılı olmayaraq bütün xanımlar qadın adlandırılır. Dilimizdə qadın mənasını ifadə edən xanım, xatun, bəyim, banu, qız kimi sözlər də var.

Xanım demişkən, bu sözün də etimologiyası çox maraqlıdır. Rəvayətə görə, böyük Hun imperatoru Mete xan (Monqollara görə isə Çingiz xan) bəylərini qəbul edərkən hər kəs ona xanım deyə müraciət edərmiş. Xanın həyat yoldaşı içəri girərkən üzünü bəylərinə tutub “Mənim xanım da budur” deyib. Bu zamandan sonra xanım sözü xanın həyat yoldaşını bildirmək üçün istifadə edilib. Xatun sözü də eyni məna daşıyır. Monqolca hatan və ya xatan kimi işlədilib. Türk dillərinə isə xatun şəklində keçib.

Bəyim sözü də bəy sözü ilə əlaqəlidir, bəyin qızını bildirir. Banu sözü isə türk dillərinə farscadan keçib, soylu qadın deməkdir. Türk dillərində alpərən sözü ilə yanaşı alpqız sözü də işlənib.

Qədim türk toplumlarında qadına böyük qiymət verilmişdir. Bəyin olmadığı yerdə onun qadınının sözü keçmiş, yeri gələndə qadınlar dövlət idarəsində iştirak etmiş, at çapmış, savaşlarda silah qurşanmış, vətənini, ailəsini və övladlarını qorumaq üçün canlarını fəda etmişlər.

Bizim cəmiyyətimizin xanımı hər zaman zərif, bir o qədər də güclü olub. “Kitabi Dədə Qorqud”da da xatunlar və qız-gəlinlər mərd, igid, cəsarətli və hünərli təsvir edilir. Elə dahi Nizaminin təsvir etdiyi Fitnə, Şirin, Məhinbanu, Nüşabə kimi türk gözəlləri də öz əzmkarlıları, zəkaları ilə seçilmişlər.

Bu gün insanlıq çox qəliz bir haldadır. Bir yandan zəkası, ağlı, gördüyü işlərlə ucalan qadınlar bizi fəxrləndirir, bir yandan da hər gün qadın cinayəti, zorakılıq xəbərləri oxuyuruq, ətrafımızda kiçik yaşda evləndirilən, oxumaqdan məhrum edilən qadınları, qızları görürük. Qəribə olan bilirsiz nədir? Çoxmuz buna rekasiya bildirmirik və ya susmağı üstün bilirik.

Ona görə də, əziz oxucu, hər bir insan kimi qadın da ona verilən haqlardan xəbərdar olmalıdır. Özünü hər zaman qorumağı bilməlidir. İnsan isə qadın və ya kişi olmasından asılı olmadan doğruluqla, doğru yaşamalıdır.

Əziz qadın, daim inkişaf et! Xoşbəxt ol! Sevin! Hüquqlarını tanı! Oxu! Maariflən! İşlə! Ürəyindən gəldiyi qədər gül! Əmin addımlarla irəlilə! Bəzən büdrəyəcəksən, dərhal ayağa qalx! Addımlamağa davam et! Zərif, incə, güclü, qüvvətli…. sənə necə rahatdırsa, elə ol. Cavidin də dediyi kimi, qadın gülərsə, onun ailəsi, ailəsi gülərsə, onların ətrafındakılar, onlar da gülərsə, bütün cəmiyyət gülər, xoşbəxt olar.

Ülviyyə Rəhman

filoloq

“İŞIQ” Qadın jurnalı, №2 (118), 2024